Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

"Korrupsiya ilə yanaşı işgəncə də dövlət siyasətidir"

Tarix:5-05-2019, 10:34 Baxış Sayı:132

"Korrupsiya ilə yanaşı işgəncə də dövlət siyasətidir"

“Gəncə işi” üzrə davam edən məhkəmə prosesi dəhşətli məqamları üzə çıxarır. Məhkəmə prosesində açıqlanan işgəncə faktlarına AXCP sədri Əli Kərimli münasibət bildirib.

 

ÐŸÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изображение

Ə.Kərimli bununla bağlı facebook səhifəsində status paylaşıb. Statusda deyilir: “Əli bəy, xalqımıza deyin ki, “Gəncə işi” üzrə həbs olunan bizlərə ermənilərin Xocalıda xalqımıza verdiyi işgəncələrin eynisini veriblər”. Bu sözləri bu gün iştirak etdiyim “Gəncə işi” məhkəməsində təqsirləndirilən şəxslərdən biri şüşə qəfəsin arasından qışqıraraq çatdırdı. Sosial şəbəkələrd ən oxumuşdum ki, “Gəncə işi” üzrə təqsirləndirilən şəxslərdən ikisi olduqca ağır vəziyyətdə məhkəməyə gətirilib. Beyninə qan sızdığı üçün paralic vəziyyətdə olan Şahin Verdiyev elə bu vəziyyətdə də iki nəfərin qolları arasında məhkəməyə gətirilib. Digər ağır xəstə olan təqsirləndirilən şəxs Asif Cavadov isə elə məhkəmədə huşunu itirib, yerə yıxılıb. Məhkəməyə təcili yardım çağırılıb. Digər təqsirləndirilən Həbib Qurbanov isə onlara qarşı baş verən haqsızlığa etiraz əlaməti olaraq özünə qəsd edəcəyini bildirib.
Bu məlumatları oxuyub bu gün şəhər mərkəzindən kənarda – Sabunçu məhkəməsində keçirilən “Gəncə işi” üzrə 2 ayrı qrupun məhkəməsində iştirak etdim. Bədəninin bir hissəsi paralic vəziyyətdə olan, ağzı çox sərt şəkildə əyilmiş, danışa bilməyən Şahin Verdiyevi yenə də həmin vəziyyətdə sürüyüb gətirmişdilər məhkəməyə. Asif Cavadov da həmçinin çox ağır vəziyyətdə idi. Heç bir tibbi biliyi olmayan adam da görə bilərdi ki, bu şәxslәrin həyatına ciddi təhlükə var, onlar nəinki özünü müdafiə etmək, hətta ətraflarında baş verənləri anlamaq iqtidarında belə deyillər. Ancaq onları yenə də məhkəməyə gətirmişdilər ki, mühakimə etsinlər. Vəkillərin, qohumların, digər təqsirləndirilən şəxslərin ciddi etirazlarından sonra məhkəmə iclası nəhayət, bu gün təxirə salındı. Mən də “Gəncə işi” üzrə qonşu zalda keçirilən digər qrupun məhkəməsində iştirak etdim.
Məhkəmələrdən əvvəl isə təqsirləndirilən şəxslərin ailə üzvlərini dinlədim. Onlar mənə çox dəhşətli haqsızlıqlardan, həbs olunan şəxslərə verilən işgəncələrdən danışdılar. Əksəriyyəti bu fikirdədir ki, ötən il iyul ayının 10-da Gəncə Şәhәr İcra Hakimiyyəti qarşısındakı azsaylı mitinq şәhәrdә iri miqyaslı repressiya həyata keçirməklә qorxu mühiti yaratmaq üçün hakimiyyətin özü tərəfindən təşkil olunub. Bildirdilər ki, həbs olunanlar cinayət törətməyiblər (Gəncədə 2 yüksək rütbəli polisi öldürmüş şəxslər və hətta onlarla yaxın münasibəti olanlar da güllələnib). Hər halda şəhərdə 100-lərlə videokameralar quraşdırıldığı halda indi mühakimə olunan şəxslərin konkret hansısa cinayəti bu videokameralarda әksini tapmır. Həbs olunanların bir qismi icra hakimiyyəti qarşısında etiraz aksiyasında iştirak edib və bunun da cəzası uzaqbaşı inzibati həbs ola bilərdi. Mənə onu da danışdılar ki, hazırda mühakimə olunan şəxslər əsasən kasıb ailələrin üzvləridir. Əsassız olsa da “Gəncə işi” üzrə indi mühakimə olunan 60 – 70 nəfərdən qat-qat artıq adam cəlb edilmiş, çoxlu sayda insanlardan böyük miqdarda rüşvət alınmış, kasıb ailələrin nümayəndələri də kütləvi şəkildə həbs olunmuşdur.
Əvvəldən də bilirdim, bu gün isə tam əmin oldum: “Gəncə işində” dəhşətli haqsızlıqlara, əsassız həbslərə yol verilib. Ən pisi isə bu iş üzrə həbs olunan insanlara çox dəhşətli işgəncələr verilib. Hətta bu gün dindirilən şahid belə (ona qarşı heç bir ittiham irəli sürülməyib, sadəcə şahid kimi dindirilib) ona işgəncə verildiyini bildirdi. İstintaq vaxtı həmin şahidin lazımı ifadələri imzalaması üçün gözlərini bağlayıb işgəncə veriblər.
İlham Əliyevin 16 illik hakimiyyəti ölkəmizdə işgəncəni adiləşdirib. İndi korrupsiya ilə paralel işgəncə də artıq dövlət siyasətidir. “Gəncə işi” üzrə təqsirləndirilən şəxslərin yaxınları mənə danışdılar ki, onlar siyasətdən uzaq, sadə insanlar olublar. Ancaq qanunsuz həbs növbəsi onlara da çatıb, işgəncə maşını onların da qapısını döyüb. Susmayın ki, sıra sizə çatmasın!

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL