Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

REAL partiyasının irəli sürən layihələr müzakirə olunmaya bilər

Tarix:5-05-2019, 15:44 Baxış Sayı:110

REAL partiyasının irəli sürən  layihələr müzakirə olunmaya bilər

“Hələlik parlamentdən bizə toplanmış imzaların hansılarında problem olması ilə bağlı rəsmi cavab verilməyib. Amma qeyri-rəsmi bildiyimiz budur ki, parlament tələb olunan qədər imza toplamadığmızı iddia edir”.

Bunu “REAL” Partiyasınln təmsilçisi Natiq Cəfərli bildirib.

REAL Partiyası Milli Məclis qarşısında qanunvercilik təşəbbüsü ilə çıxış edib. Bundan ötrü tələb edilən 40 mindən çox imzaların bu ilin fevral ayının sonuna qədər toplanıb təqdim edildiyi açıqlanmışdı:

“Əvvəla, hər hansı açıqlama verilirsə, bu öncə rəsmi qaydada qarşı tərəfə bildirilməli, nöqsanlar varsa onları sübut edəcək dəlillər ortaya qoyulmalıdır.Yəqin ki, bazar ertəsi partiyaya rəsmi cavab veriləcək və biz buna öz mövqeyimizi ifadə edəcəyik”.

N.Cəfərli partiyanın bu məsələ ilə bağlı açıqlama yaycağını bildirib.

REAL Partiyası üç məsələ üzrə iki qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim etmişdi. Natiq Cəfərlinin bu açıqlamasına,hələlik, Milli Məclis və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Söhbət hansı qanun layihələrindən gedirdi?

Partiyanın sədri İlqar Məmmədov fevralın 28-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, qanunvericilik təşəbbüsü ilə çıxış etməkdən ötrü lazım olam imzalar toplanıb. O deyib ki, ölkədə 2015-ci ildə baş verən devalvasiyalardan sonra yaranan problemli kreditlərin həlli və təhsil ilə bağlı təkliflər bir qanun layihəsi şəklində hazırlanıb.

Bakı şəhər başçısının seçilməsinə dair qanun layihəsi isə ayrıca hazırlanıb.«Konstitusiyaya görə, bunun üçün 40 min imza toplanması tələb edilir. REAL isə 2018-ci il noyabrın sonlarından üç ay ərzində davam edən imzatoplama kampaniyasında 41min 658 imza toplayıb və yaxın günlərdə imzalar qanun layihələri ilə birgə Mili Məclisə təqdim olunacaq», - İ.Məmmədov əlavə etmişdi.

REAL sədri demişdi ki, problemli kreditlərin həllini vətəndaş-bank-iş adamları üçlüyü çərçivəsində görürlər. Onun fikrincə, buna gücü çatmayanların kreditlərini isə dövlət öz hesabına silməlidir.

Partiya habelə hesab edir ki, əhalinin indiki yaşayış səviyyəsində ali məktəblərdə təhsil yerlərinin böyük bir hissəsinin pullu olması düzgün deyil.

Bakı meri seçkilərinə gəlincə, REAL sədri əlavə edib ki, bu, Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olarkən götürdüyü öhdəliklərdən biridir.

Xatırlatma

Rəsmi məlumatlara görə, hazırda Azərbaycandakı ali məktəb tələbələrin yalnız 30 faizə yaxını dövlət hesabına təhsil alır. Bu il atılan bəzi addımlarla hökumət bunun həcimin artırmaq niyyətindədir.

Hakimiyyət rəsmiləri Bakıda mer seçkilərinin keçirilməsi ilə bağlı təkliflərə isə, hələlik, bir neçə dəfə münasibət bildiriblər və birqayda olaraq buna müsbət yanaşmayıblar.

2015-ci ildə ölkədə iki dəfə devalvasiya baş verib, manat dollar qarşısında təqribən iki dəfə dəyər itirib. Hazırda problemli kreditlərin həcminin 1.6 milyard manata yaxın olduğu bildirilir. Lakin elə bu il fevralın 28-də prezident İlham Əliyev fiziki şəxslərin problemli kreditlərinin həllinə dair fərman imzalayıb.Bu fərmana görə, banklara 10 min dollara qədər kredit borcu olan fiziki şəxslərə güzəşt edilməlidir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL