Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Baba Rzayevin ailə biznesi

Tarix:6-05-2019, 18:17 Baxış Sayı:413

Baba Rzayevin ailə biznesi

Bu yazı 2012-ci ildə çap edilib. Sentyabrın 4-də Baba Rzayevin "Azərenerji"yə rəhbər təyin edilməsindən sonra yenidən çap edirik)

Uzaq ölkələrdən Azərbaycana qonaq gətirən təyyarələrin yolunu işıqlandıran projektorlardan tutmuş Bakı sakinlərinin evində közərən lampalara qədər, ölkə paytaxtında yandırılan elektrik enerjisinin hər kilovatından qazanan bir ailə var. Dövlətin rəsmi sənədlərini saf-çürük edəndən sonra bu qənaətə gəlmək olur...

TANIŞ OLUN, RZAYEVLƏR AİLƏSİ

Bu ailənin üzvlərinə Azərbaycanda elektrik məhsullarının satışından tutmuş, elektrik təchizatı ilə bağlı dövlət sifarişlərinin icrasına qədər ciddi işlərlə məşğul olan bir neçə şirkətin təsis sənədlərində rast gəlirik.


Bakıda Böyük Şor şosesində işıqlı, çilçıraqlı binası ilə göz oxşayan Santral Elektrik LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur (Balababa Rzayev yerli mətbuata verdiyi müsahibələrində özünü Baba Rzayev kimi tanıdır deyə, biz də mətndə Baba Rzayev kimi qeyd edirik - müəlliflər).

Santral Elektrik LTD Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. O vaxt şirkətə Emin Rzayev – Baba Rzayevin qardaşı rəhbərlik edirdi.

İndi Santral Elektrikə rəhbərlik səlahiyyəti İlham Həsənova – Baba Rzayevin qaynına verilib.

Həm də təkcə Santral Elektrik deyil, əldə etdiyimiz sənədlərə görə bu ailə Azərbaycanda elektrik məhsulları sahəsində əksər şirkətlərə himayədarlıq edir.

Ailənin biznesi 2006-cı ildən sonra çiçəklənməyə başlayıb. Bu isə Baba Rzayev paytaxtın elektrik paylama şəbəkəsinə nəzarət edən dövlət qurumu olan “Bakıelektrikşəbəkə”nin sədri təyin olunan vaxta təsadüf edir.

Məhz həmin dövrdə paytaxtın elektrik şəbəkəsi də özəl əllərdən – Barmek şirkətindən alınaraq, bərpa edilmiş dövlət qurumuna – “Bakıelektrikşəbəkə”yə keçib.

BABA RZAYEV HƏM DƏ MEHRİBAN ƏLİYEVANIN NÜMAYƏNDƏSİ İMİŞ...

Baba Rzayev və onun həyat yoldaşı Nərminə Həsənova iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvləridir.

Bundan başqa, 2005-ci ildə parlament seçkilərində Baba Rzayev namizəd Mehriban Əliyevanın Qala və Zirə kəndlərində təmsilçisi idi. Bakıelektrikşəbəkə ASC-nin sədri həm də Eurovision-2012 müsabiqəsinin təşkilat komitəsinin üzvüdür.

Baba Rzayev Santral Elektrikin əsasını 2000-ci ildə Türkiyədən olan tərəfdaşı ilə birlikdə qoyub. Sonralar, 2003-cü ildə türkiyəli iş adamı öz payını Baba Rzayevə satıb. Bakelektrikşəbəkəyə sədr keçdikdən sonra onun, Santral Elektriki də qeyri-rəsmi idarə etdiyi bildirilir.

Картинки по запросу baba rzayevКартинки по запросу baba rzayev vs mehriban aliyeva

İxtisasca elektrik mühəndisi, ADNA məzunu olan Baba Rzayev Bakelektrikşəbəkəyə rəhbər göndərilməzdən əvvəl “Bakelektro” ASC-nin icraçı direktoru işləyib. Hazırda “Bakelektro”ya da onun qardaşı Emin Rzayev rəhbərlik edir.

Santral Elektrik Azərbaycanda elektrik avadanlığı, onların quraşdırılması və xidmət sahəsində iri özəl şirkət hesab edilir. İnternet səhifəsindəki məlumatlara görə, “Legrand” (Fransa), “Pirelly” “GEWISS”, “KEMMR.I” (Finlandiya), “Vortice” (İtaliya), “Stanley” (ABŞ), Philips, Osram “Dewallt”, “Massive”və başqa şirkətlərin Azərbaycanda rəsmi distribütoru da Santral Elektrikdir.

Satınalmalar Komitəsinin internet səhifəsində əksini tapmış tender siyahısından görürük ki, 2011-ci il ərzində bu şirkət müxtəlif dövlət qurumlarına elektrik avadanlığı satıb. Bu siyahı dövlət qurumlarının alqı-satqı müqavilələrinin heç də hamısını əks etdirmir.

Satınalmalar Komitəsinin saytında əksini tapmasa da, Santral Elektrik LTD-nin internet səhifəsində bir il bundan əvvələ qədər göstərilən reklam prospektlərində bu şirkətin həm də Bakı aeroportuna gedən yolun işıqlandırılması, Bakı Beynəlxalq Hava limanının və Bakı Beynəlxalq avtovağzalının bütün xarici elektrik təchizatı, kabel, elektrik xətlərinin çəkilişi, Yeni Bakıneftayırma Zavodu, Səngəçal Terminalı, Milli Olimpiya Komitəsi,

LukOil şirkətinin baş ofisi, Azəri-Çıraq şirkləti, Dərin Özüllər Zavodu, Bakı Metropoliteninin də işıqlandırma məsələləri ilə məşğul olduğunu görə bilərdik.

Amma Santral Elektrik LTD Rzayevlərin “işıqlı biznesinin” ümmanında bir damladır. İşıqlı biznesin hərəkətverici qüvvəsi isə Bakıelektrikşəbəkə ASC-nin tenderləri və alqı-satqı müqavilələridir.

Baba Rzayevin rəhbərlik etdiyi Bakelektrikşəbəkənin fəaliyyəti ekspertlər tərəfindən şəffaf dəyərləndirilmir. Qurumun keçirdiyi tenderlər şəffaf deyil. İnternet saytlarında tender elanlarını görmək olar, amma nəticə və qaliblər barədə bilgi verilmir.

AzadlıqRadiosunun bu barədə sorğuları da “Bakıelektrikşəbəkə” tərəfindən cavablandırılmayıb. ASC-nin İnsan Resursları və Xidmət İdarəsindən sorğuya verilən cavaba görə, “Bakelektrikşəbəkə” ASC göstərdiyi xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliyə dair informasiya verə bilər. Sorğunuz bununla əlaqədar olmadığından onun icrasının təmin edilməsi mümkün deyildir”.

ÐŸÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изображение

PREZİDENTƏ “BAKIELEKTRİKŞƏBƏKƏ” HAQQINDA NƏ DEYİBLƏR?

“Bakıelektrikşəbəkə”nin qeyri-şəffaf tenderləri, yeyintilər barədə hökumətdə də suallar yaranmağa başlayıb. Məsələn, AzadlıqRadiosu bu barədə prezident İlham Əliyevin xüsusi tapşırığı ilə yoxlama aparan Dövlət Nəzarəti Şöbəsinin rəyini əldə edib:“Bakıelektrikşəbəkə” ASC təqribən 90 milyon manat məbləğində 236 müqaviləni dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərini pozaraq tender keçirmədən, razılıq almadan birbaşa bağlamış, bəzi malların alınmasına təcili zərurət yarandığını əsas gətirərək birbaşa müqavilələrin bağlanmasına icazə alsa da, bəzən müqavilələri razılıqdan 4-11 ay sonra imzalamış, bir sıra hallarda isə tenderdən yayınmaq məqsədilə malların məbləği süni surətdə ayrı-ayrı hissələrə bölüşdürülmüşdür.


Hər birinin qiyməti 145375,84 manat olan 2 transformatorun alınmasına təcili tələbatın yaranması əsası ilə icazə alınmasına baxmayaraq həmin mallar xarici şirkətdən 8 ay sonra alınmış və bu müddətdən 5 ay sonra anbara mədaxil edilmişdir. Qeyd olunan müqavilədən 2 ay sonra eyni gücə malik 1 transformator yerli şirkətdən 28600 manata alınmışdır. Eyni zamanda 52,5 min manata “Avalon” markalı avtomobilin alınması və

Prezidentə göndərilmiş sənədin surəti
Prezidentə göndərilmiş sənədin surəti

rayon idarələrində 231, 3 min manat məbləğində cari təmir işlərinin aparılması icazə alınmadan həyata keçirilib”.

“Bakıelektrikşəbəkə”nin tenderləri ilə əlaqədar suallarımızı Dövlət Satınalmalar Agentliyi cavablandırmayıb.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL