Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
"Hazırda azadlıqdayam. Lakin buna rəğmən desəm ki, tam rahat hislər yaşayıram, yox. Buna səbəb isə dostlarımızın hələ də qanunsuz və əsassız ittihamlarla həbsdə çürüməsidir. Onlar siyasi motivlərlə hələ də həbsdə yatırlar", prezidentin şənbə günü verdiyi əfv sərəncamı ilə azadlığa çıxan keçmiş müstəntiq Rüfət Səfərov deyir.
BBC News Azərbaycancaya müsahibəsində 3 ildən artıq müddətdə həbsdə olmuş Rüfət Səfərov azadlığa çıxmağın verdiyi sevincdən, hələ də həbsdə olan, siyasi məhbus hesab olunan şəxslərdən, həbsdə olarkən ailəsində baş verən sevincli-kədərli hadisələrdən və gələcək planlarından danışıb.
- Çalışıb, bütovlükdə, Azərbaycan cəmiyyətinin haqq fikrini ifadə edən və buna görə həbs həyatı yaşayan insanların azadlığına nail olmaq lazımdır. Yalnız ondan sonra dərindən nəfəs almaq ola bilər. Deyim ki, ciddi xoş hislər var, yox, tam deyil. Artıq bu barədə bildiyiniz kimi mən prokurorluq orqanlarından ayrılarkən bir hüquqçu olaraq azad fikirlərimi ortaya qoymuşdum. Çox qısa zamanda haqqımda qondarma ittihamlarla həbs qəti imkan tədbiri seçildi. Nə baş verdisə 4-5 gündən sonra ev dustaqlığına buraxıldım. Ev dustaqlığında olduğum müddətdə də təqiblər səngimədi. Buna adekvat olaraq biz də öz mövqeyimiz möhkəmləndirdik. Fikirlərimizi cəmiyyətə, insanlara çatdırdıq. Görünür, ev dustaqlığında olduğum müddətdə fikirlərim və fəaliyyətim bədxah qrupları qane etmədi və yenidən barəmdə ağılasığmaz bir qərar verdilər və 9 il müddətinə azadlıqdan məhrum etdilər.
-Həbsxanada sizinlə necə davranırdılar?
- Üç il 3 ay təcrid olunmuş vəziyyətdə yaşadım. Həbs müddətində belə Azərbaycanın zorakı siyasi idarəçiliyi məndən əl çəkmək fikrində deyildi. Təsəvvür edin ki, dilə gətiriləsi mümkün olmayan işgəncələrə məruz qoydular ki, bəlkə mövqeyimdən müəyyən sapmaya məruz qoyalar.
- Sizə hansı işgəncələri verirdilər?
- Bu barədə açıq mətnlə fikrimi bildirmək istəmirəm. Əzizlərim, dostlar, tanışlar söhbətimizə baxacaqlar. Müəyyən elementlər var, onu təffərrüatına qədər qeyd etmək yersizdir. Ancaq onu deyim ki, münasibət ağılasığmaz oldu. Hər şey barədə düşünmüşdüm və həbsə qədər proqnoz vermişdim ki, məni nə gözləyir. Ancaq bu həddə insanlığa sığmayan münasibəti mən hesablamamışdım. Şükür ki, o yolu adladıq haqq-ədalət öz yerini möhkəmlətdi və azadlıqdayıq.
- Siz həbsdə olanda övladınız doğuldu..
- Sürpriz bir xəbər oldu övladım. Çox sevindim. Həyatın iki - sevinc və kədər üzünün olduğuna bir daha inandım. Həbsdə olarkən nənəmi itirdim. Çox sarsıldım. Etiraf etməliyəm ki, bu illərdə keçirdiyim məşəqqətli günlər nənəmi itirməyimin yanında kölgədə qaldı. Ancaq neyləməliyik?!
-Rüfət bəy, bu yaxınlarda prezident İlham Əliyev Azərbaycanın məhkəmə-hüquq sistemində islahatlara ciddi ehtiyac olduğunu deyib. Bir keçmiş hüquq işçisi kimi, sizin fikrinizcə, hansı islahatlara ehtiyac var?
- Bu sual ətrafında yaxın günlərdə daxili mərkəzləşmə keçdikdən sonra fikirlərim olacaq. Lakin ümumi formada bunu deyə bilərəm ki, bu gün heç kimə sirr deyil ki, Azərbaycanda mövcud olan məhkəmə-hüquq sistemi Prezident Administrasiyasının bir əlavəsidir, davamıdır. Əgər prezident belə bir fikir deyibsə, bu normal qarşılanmalıdır. Lakin bu, həyatda nə qədər reallaşacaq, bax, bu sual altındadır. Təxminən 30 ilə yaxındır Azərbaycanda mövcud olan hakim korpusu, müstəntiq-əməliyyatçı heyəti qanunvericiliyin diqtə etdiyi normaları deyil, icra hakimiyyətinin ortaya qoyduğu direktivləri icra etməkdən ibarət olub. Əgər Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti qurmaq fikrindəyiksə, şübhəsiz ki, hakimiyyətin sərbəstliyini və müstəqilliyini tanımalıyıq. Buna qədərki təcrübələr məndə Azərbaycanda məhkəmə-hüquq sisteminin liberallaşmasına şübhə yeri qoyur. Lakin ümid edək. Biz də öz imkanlarımız həddində vaxtaşırı təklif və mülahizələrimizlə çıxış edəcəyik. Bütün hallarda düşünürəm ki, zamanla proseslər öz qaydasına düşəcək.
-Gələcək planlarınız haqda bir qədər danışın.
- Konkret fəaliyyət barədə qəti qərara gəlməmişəm. Lakin düşünürəm ki, seçəcəyimiz fəaliyyət növü həbsəqədər sərgilədiyimiz mövqeyin məntiqi davamı olmalıdır. Hesab edirəm ki, elə bir istiqamət və fəaliyyət növü seçməliyik ki, imkanlarımız həddində cəmiyyətə insanlara fayda verə bilək. Ümid edirəm və inanıram ki, bu fəaliyyət Azərbaycanda demokratiya bərqərar olana qədər davam edəcək və həmin günün gələcəyinə də mən qəlbən inanıram. O gün uzaqda deyil.
Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədəki qanunsuzluqlara göz yummaqda ittiham etdikdən sonra istefaya çıxıb.
2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
2016-ci ilin əvvəlində isə Rüfət Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub.
Sabiq müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib.
Mənbə-BBC News Azərbaycan