Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Gəncə məhbusu Aydın Qurbanov ölümcül haldadır.

Tarix:14-05-2019, 13:03 Baxış Sayı:213

Gəncə məhbusu Aydın Qurbanov ölümcül haldadır.

Gəncə hadisələrində həbs edilmiş Aydın Qurbanov ölümcül xəstəliyə düçar olub.

 

Gəncə məhbusu ölümcül ayağındadır.İddia olunur ki,Aydın Qurbanov saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında onkolojı xəstəyə çevrilib.

 

O,artıq bir həftədir ki qida qəbul edə bilmir və mədəsindən qan gəlir.

 

Hazırda Penitensiar Xidmətinin Müalicə Mərkəzində olan Aydın Qurbanov mayın 12-də həyat yoldaşı Məhbubə Qurbanova ilə telefon əlaqəsi saxlayıb.

Bu barədə AzadliqRadiosuna danışan Məhbubə Qurbanova bildirib ki, Aydın Qurbanov mədə-bağırsaq ağrılarından əziyyət çəkir, çətin nəfəs alır, yeməkdən də faktiki kəsilib:

“Mən onun müalicə olunduğuna inanmıram, çünki heç bir müalicə getmir, adamı ay yarımdır MRT-yə ( MRT-Maqnit rezonans tomoqrafiya) salmırlar, bilinsin ki, daxili orqanların vəziyyəti necədir”.

“2 aydır yoldaşımın mədəsində qanaxmalar baş verib,...”

Məhbubə Qurbanovanın sözlərinə görə, yoldaşı Cinayət Məcəlləsinin 228.3 maddəsi ( Qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham edilir:

“ 10 aydır istintaq davam edir, iyulun 28-də həbs olunub.Vəkili olsa da, ciddi müdafiə olunmur. Mənim müraciət etmədiyim dövlət orqanı qalmayıb, cavab yoxdur. 2 aydır yoldaşımın mədəsində qanaxmalar baş verib, amma xəbərimiz olmayıb, çünki əlaqə saxlaya bilməmişik. Yalnız onu deyirdilər ki, soyuqdəyməsi var, Kürdəxanı təcridxanasında onun səhhəti ilə ciddi məşğul olmayıblar, indi də Müalicə Mərkəzinə gətiriblər. Bu, ölüm cəzasıdır. Aydın həbs olunanda sağlam idi, necə oldu ki, indi qanaxması var? Həkim də deyir şiş var…”.

 

“Mənzildən çıxarıldıq,.. oğlum da oxuduğu universitetindən uzaqlaşdı”

 

M.Qurbanova hazırda kirayədə yaşadıqlarını söyləyir:

“Biz ipoteka krediti ilə mənzil almışdıq, Aydın həbs olunandan sonra 5 il yaşadığımız mənzildən çıxarıldıq, çünki pulu verə bilmədik. Oğlum da oxuduğu Gəncə Dövlət Universitetindən uzaqlaşdı, çünki uşağı oxutmağa maddı imkanımız yox idi”.

Məhbubə Qurbanovanın bu dediklərinə, hələlik, Penitensiar Xidmətdən və bu qurumun Müalicə Mərkəzindən münasibət almaq mümkün olmayıb.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL