Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Avropa Birliyi Azərbaycandan nə gözləyir?

Tarix:16-05-2019, 16:15 Baxış Sayı:162

Avropa Birliyi Azərbaycandan nə gözləyir?

AXCP sədri Əli Kərimli son günlər Azərbaycan-Avropa Birliyi əlaqələrində baş verən yeniliklərə münasibət bildirib.

Картинки по запросу ali kerimli

Ə.Kərimlinin bununla bağlı paylaşdığı facebook statusunda deyilir: “Avropa Birliyi Azərbaycanla bağlı mühüm hesabat yayıb. Əvvəla, hesabatda çox aydın şəkildə vurğulanıb: “Demokratik prinsiplərə, qanunun aliliyinə, insan hüquqları və fundamental azadlıqlara hörmət və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq Aİ-Azərbaycan arasında yeni Sazişin əsasında duran məsələlərdir.”

Hesab etmək olar ki, bu açıqlama ilk növbədə AB ilə Azərbaycan arasında hazırlanmaqda olan Sazişin mətnindən narahatlığını ifadə etmiş Azərbaycan müxalifətinə və vətəndaş cəmiyyətinə cavabdır. Yuxarıdakı fikirləri öz rəsmi hesabatına daxil etməklə AB Azərbaycan cəmiyyətinə mesaj verir ki, hansısa imitasiya prosesində iştirak etməyəcək, “demokratik prinsiplərə, qanunun aliliyinə, insan hüquqları və fundamental azadlıqlara hörmət” Azərbaycanla münasibətlərin əsasını təşkil edəcək.

AB-nin hesabatında Azərbaycanda sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasından narahatlığın ifadə olunması da önəmlidir. Xüsusilə də Milli Şuranın son 6 mitinq müraciətinə yox deyildikdən sonra AB-nin bu məsələyə rəsmi münasibəti yerinə düşür.

Hesabatın tam mətnini şərh bölümündə oxuya bilərsiniz. Hesabatda bir neçə xüsusi önəm verdiyim məqamları isə buraya əlavə edirəm:

– İnsan hüquqları ilə bağlı vəziyyət hələ də narahatlıq doğurur. Fundamental sərbəst toplaşmaq, söz və birləşmək azadlığı və hakimiyyət orqanları tərəfindən opponentlәrin və ya opponent hesab edilənlərin təqibi davam edir;
– Məhkəmə qərarı olmadan tanınmış media internet səhifələri bağlanıb;
– Vəkillər Kollegiyası insan hüquqları müdafiəçilərinin məhkəmə işlərində fəal olan bəzi vəkillərin lisenziyasını əlindən alıb;
– Aİ Nümayəndəliyi siyasi məhbuslar, müxalifətdən olan fəalların inzibati qaydada saxlanması kimi cari halları yaxından yoxlayıb…

Eybi yox, belə yerdə deyirlər ki, gec olsun, ancaq güc olsun. AB ilə Azərbaycan arasında sazişin imzalanması ləngidi. Ancaq önəmli olan odur ki, Saziş rejimin əslində dəyişmədən demokratiya imitasiyasına deyil, fundamental hüquq və azadlıqların gerçəkdən də təmin edilməsinə, sadə vətəndaşın həyatının yaxşılaşmasına xidmət etsin”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL