Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
«Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Masallı rayonunda toplantısına müdaxilə oldu».
Bunu AXCP-nın sədr müavini Fuad Qəhrəmanlı bildirib. Onun sözlərinə görə, cənub regionunun partiya şöbələrinin iclasını polis dağıdıb: «Masallı Rayon İcra Hakimiyyətinə müraciət ünvanladığımıza baxmayaraq, iclasımız üçün yer verilmədi. Ona görə biz Xətai bağında yerləşən çayxanada toplaşmaq qərarına gəldik. Lakin toplantımız baş tutmadı».

F.Qəhrəmanlı bildirib ki, toplantıya ətraf rayonlardan gələn partiya üzvləri saxlanaraq yerli polis şöbələrinə aparılıb: «Məni isə Masallı Rayon Polis Şöbəsinə apardılar və bildirdilər ki, heç bir halda toplantınıza imkan verilməyəcək. Oradan çıxanda xəbər tutdum ki, bağda qalan dostlarımıza qarşı təxribat törədilib. Öyrədilmiş şəxs çayxanada qarşıdurma yaratmağı çalışıb».

F.Qəhrəmanlı əlavə edib ki, bütün bunları nəzərə alaraq, onlar Bakıya qayıtmaq məcburiyyətində qalıblar.
Bütün bu deyilənlərə, hələlik, Masallı Rayon Polis Şöbəsi, yerli icra hakimiyyəti və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

AXCP-nin nə paytaxt Bakıda, nə də əyalətlərdə qərargahları var. Partiya bunu hakimiyyət orqanlarının təzyiqləri ilə izah edir.
Rəsmilər isə belə fikirləri qəbul etmir, bir qayda olaraq, ölkədə bütün fundamental azadlıqların qorunduğunu bildirirlər.