Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
«İctimai təhlükəsizlik idarəsinin rəisi, polkovnik Nurullah Məmmədxanlı ilə görüşdüm». Bunu Bakı Şəhər Baş Polis İdarəsindən qayıdan ReAl Partiyasının sədri İlqar Məmmədov deyib. Onun sözlərinə görə, söhbət 28 Mayla bağlı müəyyən məsələlərdən gedib:
«Bilirsiniz ki, bizim Xalq Cümhuriyyətinin ildönümü ilə əlaqəli ənənəvi olaraq Cümhuriyyət abidəsinin önünə gül qoymaqla bağlı qərarımız var. Bununla bağlı müəyyən məsələlər var və bunlar mənim nəzərimə çatdırıldı. İndi bundan sonra biz İdarə Heyətində iclas keçirməliyik və ictimaiyyətə əlavə açıqlama verəcəyik».
Jurnalistin «gül qoyma mərasimi olacaqmı» sualına İ.Məmmədov belə cavab verib: «Bu, şəxsən təkcə mənə aid qərar deyil, İdarə Heyətində verməliyik. O qərar veriləndən sonra ictimaiyyətə əlavə açıqlama veriləcək».
Respublikaçı Alternativ (ReAl) Partiyasının sədri İlqar Məmmədov mayın 23-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. O, saat 14:00-da idarədə olmalıdır.
Bu barədə partiyanın icra katibi Natiq Cəfərli bildirib. N.Cəfərli deyib ki, İ.Məmmədovun şəhər polis idarəsinə çağrılması partiyanın mayın 28-də İstiqlaliyyət küçəsində 1918-20-ci illər Xalq Cümhuriyyəti abidəsi önünə əklil qoymaq istəmələri ilə bağlı ola bilər: «Bu, adi prosedurdur. Hər il ora əklil qoyuruq. Partiya sədrinin çağırılması ilə bağlı ancaq bunu ehtimal edə bilirəm. Başqa hər hansı səbəb görmürəm».
Məsələyə, hələlik, şəhər polisi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
2018-ci il mayın 28-də ReAL Partiyasının üzvləri və bəzi başqa fəallar Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Bakıda şəhər rəhbərliyi ilə razılaşdırılmamış yürüş keçirmişdilər. Bundan bir gün sonra partiyanın bəzi funksionerləri polisin qanuni tələbinə əməl etməmək ittihamı ilə inzibati qaydada həbs olunmuşdular.
1918-1920-ci ildə mövcud olan Xalq Cümhuriyyəti Rusiyanın silahlı müdaxiləsi ilə süqut edilib. 1991-ci ildə yaradılan Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi olduğu açıqlanıb.