Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Babək Həsənov aclığı dayandırması üçün ona olan müraciətləri qəbul edərək, mayın 31-də aksiyanı dayandırıb. Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat yayıb. Məlumata görə, B.Həsənov ailə üzvlərilə əlaqə saxlayıb və başda AXCP sədri Əli Kərimli olmaqla, mübarizə dostlarının çağırışlarını nəzərə alıb, aclığı dayandırıdığını bildirib.
***
AXCP Nərimanov rayon təşkilatının sədri Babək Həsənov mayın 28-dən 6 saylı cəzaçəkmə müəssisəsində aclıq edir. Bu barədə AXCP sədrinin müavini Gözəl Byramlı bildirib.
Onun sözlərinə görə, öncə Babək Həsənova qarşı təzyiqlər edilib.
“Təzyiqlərlə bağlı məsələ ictimailəşdirildikdən sonra Həsənova qarşı təzyiqlər dayandırılıb. Bununla yanaşı Babək Həsənovla həbsxanada ünsiyyətdə olan insanlara qarşı təzyiqlər davam etdirilir. Hətta onunla 5 dəqiqə ərzində ünsiyyətdə olan Müsəlman Birliyi Hərəkatının üzvü Əhsən Nuruzadə cərimə təcridxanasına salınıb. Babək Həsənov onunla ünsiyyət quran şəxslərə qarşı təzyiqlərin dayandırılması tələbi ilə aclıq edir”, G. Bayramlı qeyd edib.
Öz növbəsində Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Babək Həsənovun aclıq etməsi ilə bağlı yayılan məlumatların əsası yoxdur.
“Babək Həsənov, ümumiyyətlə, aclıq etmir. Onun saxlanıldığı müəssisə açıq tiplidir və orada məhbusların ünsiyyət qurmasına məhdudiyyət qoymaq mümkün deyil. Bu barədə yayılan məlumatlar da doğru deyil. Əhsən Nuruzadənin cərimə kamerasına salınması isə onun daxili intizam qaydalarını pozması ilə bağlıdır və bunun Babək Həsənova aidiyyatı yoxdur”,- Penitensiar Xidmətin əməkdaşı qeyd edib.
AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb. AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.
Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.
Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.
Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə günahkar bilinib.
Bu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovu 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu 3 il həbsə məhkum edib.
AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb.