Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Sosial şəbəkələrdə yayılan məlumat ciddi narahatlıq yaradıb
Vəkillər adını açıqlamadıqları bir həmkarlarının Binəqədi Rayonu Polis İdarəsinin 4-cü Polis Bölməsində zorakılığa məruz qalması barədə məlumat yayıblar. Sosial şəbəklərdə yayılan bu məlumatda qeyd edilir ki, müdafiə etdiyi şəxslə görüşməkdən ötrü bölməyə baş çəkən vəkil orada döyülüb və müvəkkilinin saxlandığı kameraya salınıb.
Qafqazinfo.az saytında isə yer alan bir məlumatda adı çəkilməyən həmin vəkilin Orxan Kəngərli olduğu iddia edilib. İşinə hər hansı məhdudiyyət yaranmamasını əsas gətirərək adının açıqlanmasını istəməyən bir başqa qaynaq da söhbətin Orxan Kəngərlidən getdiyini bildirərək AzadlıqRadiosu-na bunları söyləyib:
“Orxan Kəngərli hüquqlarını müdafiə etdiyi şəxslə görüşmək üçün polis bölməsinə gedib. Vəkil vəsiqəsini və orderi təqdim edib. Onu təhqir edərək, bölmədən çıxmasını tələb ediblər. Etirazını bildirəndə isə 4-5 nəfər tökülüşərək onu döyüb, saxlanılan şəxslərin olduğu yerə – müdafiə etdiyi adamın yanına salıblar. Axşama qədər saxlayıblar”.
Vəkil Orxan Kəngərli AzadlıqRadiosu-na açıqlamasında vurğulayıb ki, bu məsələnin ictimailəşməsini istəmir: “Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu barədə məlumatlıdır və lazımi tədbir görəcək”.
Anar Bağırov AzadlıqRadiosu-nun bu barədə sualını cavablarkən, konkret ad çəkmədən bildirib ki, Vəkillər Kollegiyası istənilən vəkilə qarşı qanundankənar hallarla bağlı öz mövqeyini ortaya qoyub və bundan sonra da elə davranacaq: “Biz bu cür hallara qarşı həssasıq. Vəkilin, vəkilliyin nüfuzuna heç kim zərbə vura bilməz. İndiyədək Azərbaycanda belə hal baş verməyib. Biz bu hadisənin də tam araşdırılmasını, təqsirkar şəxslərin sərt şəkildə cəzalandırılmasını tələb edirik. Bunun üçün bizdən asılı olan bütün zəruri addımlar atılacaq”.
Kollegiya sədri hər hansı vəkilə təcavüzü özünə təcavüz saydığını da bildirib.
Daxili İşlər Nazirliyindən bu iddialarla bağlı rəy almaq mümkün olmayıb.
Orxan Kəngərli ötən il vəkilliyə qəbul edilən şəxslərdəndir.
—
DİN vəkilin polis bölməsində döyülməsi barədə deyilənlərə münasibət bildirib
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə ONA-ya bildirib ki, vəkilin şöbədə döyülməsi ilə bağlı yayılan iddialar əsassızdır, qərəzlidir və özünü müdafiə xarakteri daşıyır: “Məsələyə səbəb budur ki, Binəqədi qəsəbə sakini olan qadın mənzilindən oğurluq olması ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edib. Bölmə əməkdaşlarının isti izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin qadının qohumu olan bir şəxs şübhəli şəxs qismində saxlanılıb. Bununla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxs oğurluq əməli törətdiyini etiraf edib. Oğurladığı pulun bir qismini maddi sübut kimi istintaqa təhvil verib.
Həmin gün oğurluq törətməkdə şübhəli bilinən şəxsin tanışı olan, özünü və müvafiq orderi təqdim etməyən vəkil araşdırmanın gedişatına, nəticələrinə əsassız və qanunsuz olaraq müdaxilə etməyə cəhd edib. Bu zaman qanuni xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib, onları təhqir edib və şöbənin normal iş rejimini pozub”.
Rəis müavini daha sonra bunları əalvə edib: “Araşdırma zamanı onun vəkil Orxan Kəngərli olduğu məlum olub. Onun hərəkətlərinin yolverilməz olduğu özünə bildirilib. Əməli ilə bağlı hadisə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə sənədləşdirilib. Barəsində həmin maddəyə uyğun inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib”.
O.Mansurzadə qeyd edib ki, vəkil törətdiyi hüquqazidd əməllərini ört-basdır etmək və özünü sığortalamaq üçün bu cür qərəzli məlumatlar yayıb.
Həmin maddə ilə ittiham subuta yetersə vəkilə 15 günə qədər inzibati həbs cəzası verilə bilər.