Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Bu gün, iyunun 17-dә Gürcüstanda yaşayan hüquq müdafiәçisi Avtandil Mәmmәdovun saxlandığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna onun xanımı Günel Məmmədova məlumat verib. Günel Məmmədovanın sözlərinə görə, əri polisdə saxlanır.
O həmçinin qeyd edib ki, 72 saat ərzində Aftandil Məmmədovun hakim önünə çıxarılması gözlənir.
Günel Mәmmәdova onu da vurğulayıb ki, ərinin saxlanma sәbәbi Azәrbaycan Daxili İşlәr Nazirliyindәn Gürcüstana göndәrilәn müraciətlərdir:
"Ona qarşı hansı ittiham irәli sürülüb bilinmir. Bu gün, iyunun 17-də onunla görüşülüb. Aftandil Məmmədov bildirib ki, onu Azәrbaycana ekstradisiya etmәk istәyirlәr..."
Günel Məmmədovanın bu açıqlamasına, hələlik, Gürcüstan və Azərbaycanın hüquq mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.
Quba Rayon Polis İdarəsindən də (Aftandil Məmmədov Azərbaycanda Quba rayonunda yaşayıb - red) Aftandil Məmmədovla bağlı cinayət işi açılıb-açılmaması məsələsinə aydınlıq gətirməyiblər.
Avtandil Mәmmәdov Azәrbaycanda bir sıra hüquq müdafiә tәşkilatları ilə әmәkdaşlıq edib.
Yaxınlarından verilən məlumata görə, 2017-ci ildә Azәrbaycanda bir neçə dəfə polisdə dindirildikdən və təzyiqlərə məruz qaldıqdan sonra Gürcüstana köçüb, yerli hakimiyyәtdәn sığınacaq istәyib. 2018-ci ilin oktyabrında Gürcüstanda “Hüquq və Azadlıqların Müdafiə İnstitutu”(HAMİ) adlı hüquq müdafiə təşkilatı yaradıb. Təşkilat Gürcüstanda dövlət qeydiyyatına alınıb, Tbilisi şəhərində fəaliyyət göstərir. O, jurnalist Əfqan Muxtarlının müdafiəsi ilə bağlı keçirilən aksiyalarda da yaxından iştirak edib.
Azərbaycan rəsmiləri isə bir qayda olaraq ölkədə bütün fundamental azadlıqların qorunduğunu bildirirlər.Onlar ölkədə hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti təmsilçilərinə basqıların olması ilə bağlı deyilənləri qəbul etmirlər.
Amma Azərbaycanda faəliyət göstərən bəzi hüquq müdafiəçiləri indi ehtiyat edirlər ki, jurnalist Əfqan Muxtarlı kimi Aftandil Məmmədov da Azərbaycanda həbs edilə bilər.
Xatırlatma
Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izni alıb. Amma 2017-ci il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.
Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.
Əfqan Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il həbs cəzası alıb.
Gürcüstan baş naziri və daxili işlər naziri də Əfqan Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib ediblər.