Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Mətbuatın yazdığına görə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla Qaçqın və məcburi Köçkünlərlə İşü üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Almaniyada şərikli biznesi var. Söhbət “Karabach” və “Old Baku” restoranlarından gedir. Qeyd olunur ki, Fuad Muradov Diaspor Komitəsinə sədr seçildikdən sonra Berlində əvvəldən onların obyektlərinə nəzarət edən şəxslər yeni yaradılan diaspor birliklərində də önə çəkiliblər. Bunlardan biri “Karabakh” restoranı işlədən Zaur Ağakazımovdur.

Hətta mətbuatda adıçəkilən dövlət məmurlarının həmin restoranların birində görüntüləri də yayılıb.
İlginc mövzu olduğu üçün sözügedən restoranlarla bağlı kiçik araşdırma aparmalı olduq. Məlum oldu ki, restoranın rəsmi sahibi Zaur Ağakazımov yox, Zaur Ağakazım oğlu Spiwakdır. Həmin şəxsin həqiqətən Fuad Muradov və Rövşən Rzayevlə sıx bağlantıları var. Adıçəkilən məmurlar həmin restoranlara sıx-sıx baş çəkirlər və hakimiyyətin Almaniyada təşkil etdiyi tədbirlərdə Zaur Spiwak yaxından iştirak edir, Fuad Muradovun bu ölkədəki ən etibarlı adamıdır.

Zaur Ağakazım oğlu Berlində 3 şirkəti və həmin şirkətlər üzərindən sözügedən restoranları idarə edir. Bunlar 2013-cü ilin mayın 8-dən fəaliyyət göstərən LENURO REAL ESTATE GMBH, 2013-cü ilin iyulun 9-dan fəaliyyət göstərmiş GEA CAPITAL PARTNERS GMBH və 2013-cü ilin martın 18-də qeydiyyatdan keçmiş DUZAS REAL ESTATE GMBH-dir. Hər üç şirkət hər biri 25 min avro nizamnamə kapitalı olmaqla Berlinin Charlottenburg ədliyyəsində qeydiyyatdan keçib və daşınmaz əmlak alış-satışı, idarəçiliyi ilə məşğul olub.

GEA CAPITAL PARTNERS GMBH Berlində Onkel-Tom-Straße 2 ünvanındakı ERPEL otelində yerləşir və bu otelə sahibdir. Şirkətə müxtəlif vaxtlarda Elmar Əliyev və Cavid Ağayev adlı şəxslər rəhbərlik edib. Aktivləri yeni fəaliyyətə başladığı dövrdə 400 min avro civarında olub.

LENURO REAL ESTATE GMBH qeydiyyatdan keçirildiyi il 700 min avro aktivlərə sahib olub. Şirkəti bir müddət Nurlan Şükürzadə adlı şəxs idarə edib.
DUZAS REAL ESTATE GMBH əvvəllər Berlində (Königsallee 27B), hazırda Bremerhavendə fəaliyyət göstərir bir müddət Lyiba Atanasova və Şəmsi Əliyev adlı şəxslər tərəfindən idarə olunub. Şəmsi Əliyev Berlində tikinti, daşınmaz əmlak, ticarət və xidmətlə məşğul olan şirkətlərə sahibdir.

Zaur Ağakazım oğlu Spiwakın Fuad Muradovla və Rövşən Rzayevlə sıx münasibətlərinə baxmayaraq, sözügedən şirkətlərin rəsmi sənədlərində məmurların adı keçmir. Yəni onların bu şirkətlərlə bağlılığı istisna olunmasa da rəsmi sənədlərlə təsdiq olunmur.
Cavanşir Həsənli, müstəqil jurnalist
Yazı müəllifin feysbuk hesabından götürülüb.