29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
İyunun 3-də “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı mətbuat nümayəndələri qarşısında 2022-ci ilin may ayında Azərbaycanda insan hüquqlarının vəziyyəti haqda hesabatını açıqlayıb.
Konfransda media nümayəndələri ilə yanaşı, hüquq müdafiəçiləri, insan hüquqları təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin ailələri və keçən ay əfv sərəncamı ilə azadlığa buraxılan siyasi fəallar da iştirak ediblər.
“Müdafiə Xətti” təşkilatının icraçı direktoru Rüfət Səfərov keçən ay ərzində Azərbaycanda insan hüquqları ilə bağlı durumun daha da pisləşdiyini bildirdi və 14 may aksiyası zamanı etirazçıların saxlanılması və üzləşdiyi zorakılıq haqda danışdı:
“25-dən çox aksiyaçı zorakılıqla saxlanılıb, polis bölmələrinə aparılıb. Bəzi aksiyaçılar əvvəldən tutularaq Bakıdan kənar məntəqlərə aparılıb, aksiya bitəndən sonra köməksiz vəziyyətdə sərbəst buraxılıblar. “Müdafiə Xətti”nin həmtəsisçisi Zaur Əkbərin cinsiyyət orqanına təpiklə zərbə endirilib, o öz üzərində nəzarəti itirib.”
Rüfət Səfərov Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gəncə şəhər təşkilatının üzvü Razi Alışovun həbsi və keçmiş siyasi məhbus Rəşad Ramazanovun narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək saxlanılmasına da toxunub.
“Kim bu hökuməti istəmirsə, kim bu hökuməti qəbul etmirsə, siyasətini bəyənmirsə, ümumiyyətlə bu ölkədə hakim siyasəti, cənab İlham Əliyevin adını dilinə gətirib tənqidi fikir söylədisə, narkobarondur.”
Daha sonra konfrans təşkilatçıları “Azad söz” YouTube kanalının rəhbəri Tural Sadıqlı ilə canlı bağlantı qurdurlar. Sadıqlı jurnalist fəaliyyətinə görə həyatının hələ də təhlükədə olduğunu dedi:
“Çox təəssüf edirəm ki, istər mənim bu məsələni ictimailəşdirməyimdəm, istər ictimai-siyasi şəxslərin bu məsələyə diqqət ayırmasından sonra hələ də, məndə olan məlumata görə, onlar fikirlərindən daşınmayıblar.”