Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gəncə təşkilatının həbsdə olan sədr müavini Razi Alışova verilən ittiham maddəsi ağırlaşdırılıb. Bu, iyunun 2-də Gəncə Apellyasiya Məhkəməsində məlum olub. Bu məhkəmədə Alışov haqqında həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. Teyyub Muxtarovun sədrlik etdiyi hakimlər kollegiyası şikayəti təmin etməyib, həbs qərarını qüvvədə saxlayıb.
Məlum olub ki, AXCP fəalına qarşı həbs olunduğu ilk günlərdə CM-in 234.2 (satış məqsədilə narkotik maddə əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü. Bu maddədə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. İndi isə ittiham CM-in 234.4.1 və 234.4.3 (satış məqsədilə bir qrup şəxs tərəfindən külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddələrinə tövsif olunub. Bu maddələrdə isə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Alışovun üzərində aşkar görünən xəsarət izləri olub. O, polis idarəsində işgəncəyə məruz qaldığını, vurulan zərbələrdən sol qulağının yaxşı eşitmədiyini deyib.
Narkotik ittihamını rədd edən Alışov bildirib ki, bu ittihamın ona heç bir aidiyyəti yoxdur.
“Məhkəmənin qarşısında olan AXCP üzvləri müstəntiqdən Razi Alışova niyə işgəncə verildiyini, üzərindəki xəsarət izlərini soruşublar. Müstəntiq deyib ki, “ona işgəncə verilməyib, bəlkə əvvəldən ağacdan yıxılıb, nə bilək?”. Razi Alışovun işini aparan müstəntiq də bir müddət əvvəl Gəncədə Facebook statuslarına görə narkotiklə şərlənən AXCP fəalı Şahin Hacıyevin işini aparan müstəntiqdir – Şahəddin Məmmədov”, – AXCP-dən AzadlıqRadiosuna bildirilib.
Alışov mayın 28-də günorta saatlarında Gəncədə AXCP üzvləriylə birlikdə Məhəmməd Əmin Rəsulzadənin heykəlini ziyarət etdikdən və bu barədə Facebook hesabından paylaşımından az sonra saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə AXCP fəalının şərlənərək həbs olunması haqda deyilənlərin əsassız olduğunu bildirib: “Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hər gün onlarla şəxs saxlanılaraq barələrində müvafiq tədbirlər görülür. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər siyasi baxışlarına və cəmiyyətdə tutduqları mövqelərinə görə deyil, törətdikləri konkret əmələ görə məsuliyyətə cəlb olunurlar. Gəncə şəhər sakini Razi Alışov da şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində narkotik vasitə olan metamfetamini satarkən tutulub”.
Azərbaycanda siyasi fəallar, əsasən, narkotiklə bağlı maddələrlə ittiham olunurlar. Amma rəsmilər ölkədə siyasi baxışlarına görə heç kimin təqib edilmədiyini deyirlər.