Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Bugünlərdə Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda seçicilərin sayını açıqlayıb. MSK-dan bildirildiyinə görə, ölkədə səsvermə hüququ olan 6 milyon 402 min civarında şəxs var. 2020-ci ildə MSK bu sayın 5 milyon 329 min 460 nəfər olduğunu bildirmişdi.
Bəs iki ildə ölkədə 1 milyondan çox seçici necə arta bilər?
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci il aprelin 1-i Azərbaycan əhalisinin sayı 10 milyon 167 min 178 nəfərə çatıb. Halbuki, 2020-ci il martın 1-i əhali sayı 10 milyon 79 mindən bir qədər çox açıqlanmışdı. Demək, əhali bu iki ildə heç 100 min belə artmayıb. Üstəlik, seçici yaşlı insanların sayı ilə də bağlı vahid rəqəm yoxdur.
MSK
DSK-dan “Turan”a bildirilib ki, ölkədə 18 yaşından yuxarı əhalinin sayı 7 milyon 200 mini ötüb. Qurumdan qeyd olunub ki, ölkədə əhalinin siyahıyaalma prosesi vahid statistik metodologiya əsasında aparılır: “Proses zamanı sonuncu siyahıyaalma məlumatlarından istifadə olunur və doğulanlar, ölənlər, miqrasiya edənlərin cari uçotu əsasında növbəti illər üzrə əhali sayı müəyyən edilir”.
MSK-dan isə “Turan”a deyilib ki, seçici siyahıları icra hakimiyyəti orqanları, bələdiyyə başçıları və hərbi hissə komandirlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında yerli komissiyalarda tərtib olunduqdan sonra onlara verilib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Məmməd Məmmədzadə isə AzadlıqRadiosuna mövzu ilə bağlı bunları bildirib: “Əvvəlki illərlə müqayisədə bu il açıqlanan seçicilərin sayı artsa da, bu, yenə də reallıqdan uzaq bir rəqəmdir. Bizim kimi 10 milyonluq əhalisi olan ölkələrdə bu rəqəm 7.5 milyondur”.
Onun fikrincə, DSK hesablamalarda yanlışlığa yol verə bilər: “Əslində onlar yuxarı rəqəmləri verirlər və hesablamanı aparanda miqrasiya məsələlərini nəzərə almırlar. Nəticədə rəqəm şişir və 10 milyona çatır”.
Üstəlik, onun əlavə etməsinə görə, seçki komissiyalarının əməkdaşları da seçki siyahılarının dəqiqləşdirilməsinə peşəkar yanaşmırlar. Onun qənaətincə, seçicilərin sayının reallıqdan daha az göstərilməsi seçki zamanı seçicilərin fəallığının daha yüksək göstərilməsinə xidmət edə bilər.