Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
İyunun 1-də Yardımlı rayon sakini Rövşən Əliyev narkotik vasitələrin alqı-satqısında şübhəli şəxs kimi rayon polis şöbəsinə gətirilib və orada ölüb.
Mərhumun qardaşı Rasim Əliyev iddia edir ki, polis şöbəsində ona işgəncə veriblər: “Axşam saatlarında bankomatdan pul götürüb, avtovağzala gedib borcunu verməyə. Onu orda polislər tutub, şöbəyə aparıblar. Mənim bir qardaşım orada olub. Buna etiraz olaraq Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun qaynar xətlərinə müraciət etdim”.
Rasım Əliyevin qeyd etməsinə görə, təxminən iki saatdan sonra onlara bildirdilər ki, polis şöbəsinə təcilli yardım gedib: “Sonra məlumat gəldi ki, Rövşən polis şöbəsində ölüb. Ona polisdə işgəncə veriblər. Videosu, şəkilləri var. Meyitin üstündə işgəncə yerləri aydın görünür. İndiyə kimi bizə heç nə demirlər. Rayon prokurorluğundan bildirdilər ki, ekspertizanın rəyi gələndən sonra iş açılacaq”.
Rasim Əliyev qardaşının narkotik aludəçisi olduğunu da bildirir: “Amma bu, kiməsə işgəncə verməyə əsas vermir. Birinci Qarabağ müharibəsinin iştirakçısı idi, 80 manat veteran pulu alırdı, heç yerdə işləmirdi. İki uşağı var. Sakit bir həyat yaşayırdı. Söhbət haqdan, ədalətdən gedir. Biz şikayətimizi davam etdirəcəyik”.
Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev “Turan”a bildirib ki, ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış olub: “Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Yardımlı rayon sakini Rövşən Əliyev iyunun 1-də saxlanıldıqdan sonra həkimlərin səyinə baxmayaraq, ürəktutmadan vəfat edib. İlkin xarici müayinə zamanı meyit üzərində həyat üçün təhlükəli olan hər hansı zədələnmələr müşahidə olunmayıb. Lakin bu gün bəzi sosial şəbəkə istifadəçiləri mərhumun fotosunu yayaraq guya onun fiziki işgəncələr nəticəsində öldüyünü iddia edirlər”.
Elşad Hacıyevin sözlərinə görə, ölən şəxsin meyiti üzərində olan xəsarətlər döyülmə əlaməti deyil: “Həyat üçün təhlükəli olan zədələnmələr bədən xəsarəti, xəstəlik və ya patoloji vəziyyət halında ola bilər. Məqsədli olaraq yayılan fotolardan aydın görünür ki, meyit üzərində həyat üçün təhlükəli olan xəsarətlər yoxdur, yəni bu, ölümə səbəb olan hal deyil”.
Məsələ ilə əlaqədar Respublika Baş Prokurorluğunda cinayət işi qaldırılıb, istintaq tədbirləri davam etdirilir.