Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
AXCP Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmli
Belə bir iddia ortaya atılıb ki, xalqın əhəmiyyətsiz faktor olması ilə yanaşı sanki ölkədə azadlıq, ədalət, demokratiya uğrunda mübarizə aparmağın, fədakarlıq etmənin, cəsarət nümayiş etdirmənin də heç bir əhəmiyyəti yox imiş və hər şey kanardan idarə olunurmuş.
Guya hansısa Bayden, Conson çıxıb oradan heç kimin tanımadığı, cəmiyyət içində heç bir nüfuzu, reytinqi olmayan birnin adını çəkəcəkmiş və bununla da, o da dönüb olacaq xalqın sevimlisi. Bunun nəticəsində də hakimiyyət dəyişikçiyinə start veriləcək.
Dolayısı ilə mübarizə aparan insanlara, həyatını xalqın, vətənin azadlığı uğrunda fəda etmiş liderlərə deyirlər ki, siz mənasız işlərlə məşqulsunuz, xalq içində olan reytinqiniz, nüfuzunuz heç bir işə yaramır və hər şey hansısa “baydenlərin” dilinin altındadır))
Bu tezisi ictimai rəyə ötürənlərə sualım etmək istəyirəm:
Dünyada elə bir avtoritar rejim görmüsünüz ki, orada dəyişiklik zamanı öz mübarizəsilə, fadakarlığı ilə önə çıxmış liderlərin, onlara dəstək verən yüz minlərin, milyonların rolu olmasın? Onlarsız hakimiyyət dəyişikliyi baş versin və bu dəyişikliyi edən şəxslərin adları dəyişiklik prosesindən öncə hansısa güc dövlətlərinin liderlərinin ağzından çıxsın?
Məsələn qonşu Gürcüstanda, Ermənistanda dəyişiklik prosesindən öncə Saakaşvilinin, Paşinyanın adlarını o dövrdəki ABŞ prezidentləri Corc Buş və ya Barak Obama çəkmişdi?
Paşinyan həbs edilən zaman erməni xalqını Ermənistanın “Azadlıq Meydanına” Barak Obama çağırıb tökmüşdü?
Yoxsa, məsələn bu yaxınlarda inqlab baş verən ölkələrdən biri olan uzaq Şri-Lankada xalqın kütləvi dəstəyilə hakimiyyət dəyişikliyi həyata keçirilərkən, ölkəni idarə edən diktator Rajapaksa ölkədən qaçarkən meydana çıxmış yüz minləri Cozef Bayden ora çağırmışdı, yoxsa o prosesə liderlik edınlərin adlarını prosesdən öncə o elan etmişdi?
Tarixdə belə nümunələr çoxdur, lakin bunun əksini sübut edəcək bir dənə də olsun nümunə yoxdur.
Qələbə qazanmanın düstüru birdir və bu düstur dəyişməz olaraq qalır.
Əgər azad olmaq istəyirsənsə, vətənində demokratiya bərqarar etmək, hüquqi, sosial rifah dövləti qurmaq istəyirsənsə mübarizəyə qoşulacaqsan, dəfələrlə bütün sınaqlardan üzüağ çıxmış liderlərə, siyasətçilərə kütləvi şəkildə dəstək verəcəksən. Oturub xaricdən hansısa dünya liderinin ağzınadan kimin adı çıxacağını gözləməyəcəksən.
Nə zaman ki, sən özündə güc tapıb, içindəki avtoritarizm xofuna qalib gələcəksən, illərdir bütün şüurlu həyatını bütöv bir xalqın azadlığı, rifahı uğrunda mübarizəyə həsr etmiş liderlərə, siyasətçilərə real dəstək verəcəksən, onda dünya gücləri də, mütərəqqi dünyanın liderləri də sənin yanında olacaq, sənin dəstək verdiyin liderin adını çəkəcəklər.
Bu bir aksiomdur və alternativi də yoxdur!