Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Son 3-4 gün ərzində Azərbaycan iqtidarının nəzarətində olan sayt və tv-lərdə İran əleyhinə yazılar və reportajlar verilməkdədir. Xüsusi ilə İran hakim rejiminin bu ölkədəki soydaşlarımızın milli haqlarını pozduğu vurğulanaraq, Güney Azərbaycanın müstəqilliyi məsələsi gündəmə gətirilir. Biz uzun illər ərzində Azərbaycan hakimiyyətinin bu məsələyə necə həssas yanaşdığını, İrandakı 40 milyon Azərbaycan türkünün varlığını görməzdən gəldiyini görmüşük. Hətta İrandan baş götürüb qaçan milli fəallara ölkəmizdə yaşamaq hüququ verilmədiyi, İran hakimiyyətini narazı salmamaq üçün onların dərhal ölkədən deportasiya olunduqlarını da bilirik. Bir çox hallarda isə Azərbaycan iqtidarının təmsilçilərinin Güney Azərbaycan məsələsinin gündəmə gətirilməsinə ironik yanaşdığını və buna Elçibəydən qalma siyasi romantizm kimi rişxənd etdiklərini də bilirik. Eləsə bəs nə oldu ki, indi birdən- birə Güney Azərbaycan məsələsi bu iqtidarın yadında düşdü, 3-4 gün ərzində bunlara milli ruhmu gəldi?
Aydındır ki, milli maraq, milli kimlik, milli duyğular kimi məsələlərdən uzaq olan Azərbaycan iqtidarının İrandakı soydaşlarımızın pozulan milli haqlarını gündəmə gətirməsi, heç də fars hakimiyyətinin Güney Azərbaycan türklərinə etdiyi milli zülmə etirazla bağlı deyil. Bu məsələ İsrail səfirinin “Təbrizin sehrli nağılları” kitabı ilə verdiyi mesajla başlanan bir prosesin davamına daha çox bənzəyir. Ona görə də, məsələ milli olmaqdan daha çox geosiyasi mahiyyət daşıyır. Bu işin içində İsrail olduğuna görə Azərbaycan hakimiyyətinin də bir vasitə olaraq prosesə cəlb olunduğu hiss olunur. Necə?
İsrail nüvə silahı əldə etməyə çalışan İranla bağlı məsələni köklü şəkildə həll etməmiş öz strateji təhlükəsizliyini təminat altına ala bilməyəcəyini bilir buna görə çox narahatdır. Bu gün İsrailə qarşı Orta Şərqdə aparılan bütün asimmetrik savaşların arxasında İran dəstəyi və yönləndirməsinin olduğu bilinən bir faktdır İranın nüvə silahı əldə etmək niyyətinin əsas hədəfi də məhz özünə rəsmi düşmən elan etdiyi İsrail dövlətidir. İran rəsmiləri zaman-zaman İsrail dövlətini yer üzündən silməklı bağlı bəyanatlar da səsləndirirlər. İsrail bu gün narahatdır ki, Bayden Administrasiyası Ərəb ölkələri ilə onun arasında münasibətlərin normallaşmasına real töhvələr versə də, İran məsələsində bu ölkənin təhlükəsizlik maraqlarını o qədər də nəzərə almır. Xüsusi ilə neftin qiymətlərini endirməkdə maraqlı olan Qərb dövlətləri bu gün İranla nüvə sazişinə geri dönmək və 6-lıq formatında danışıqları bərpa edib münasibətləri yumuşaltmaqda maraqlı görünürlər. Bu halda İranın hərbi potensialını məhv etmək imkanı əldən çıxa bilər və sanksiyalardan azad olmuş İran zaman keçdikcə İsrail üçün daha artıq təhlükəyə çevrilə bilər. Ona görə də, ABŞ- ı İrana qarşı öz planına cəlb edə bilməyən hazırkı İsrail hakimiyyəti İranın qonşu ölkələrdən biri ilə hərbi konfliktə cəlb olunmasında və bununla da Tehranı cəzalandırmaq üçün zəmin yaradılmasında maraqlıdlr. Belə bir ssenari gerçəkləşəcəyi təqdirdə isə ABŞ və digər Qərb ölkələri fakt qarşısı da qalıb İrana qarşı cəza tədbirlərinə dəstək verməyə məcbur olacaqlar.
İndiki halda isə milli etnik problemə görə İranla konfliktə gedə biləcək yeganə ölkə yalnız Azərbaycan ola bilər.
İsrail İranın şovinist fars hakimiyyətinin Güney Azərbaycan türklərinin milli haqları məsələsində nə qədər aqressiv və irticaçı bir mövqedən çıxış etdiyini gözəl bilir. Bu üzdən Azərbaycan iqtidarı vasitəsilə ilə İran daxili milli haqları gündəmə gətirib fars hakimiyyətini qıcıqlandırıb öz qonşusu ilə münaqişəyə cəlb etməyə çalışır. Görünən odur ki, Azərbaycanla İsrail arasında bununla bağlı müəyyən razılaşma var artıq.
Bu böyük oyundur və Azərbaycan əgər bu prosesdə iştirak edəcəksə, yalnız öz milli maraqlarını əsas götürərək Güney Azərbaycanın müstəqilliyi ilə bağlı təminatlar almalı və öz addımlarını Türkiyə ilə kordinasiya etməlidir.