Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Rusiya ordusunun sayını 137 min nəfər artırmaq savaşda nəyi dəyişəcək?

Tarix:28-08-2022, 13:25 Baxış Sayı:93

Rusiya ordusunun sayını 137 min nəfər artırmaq savaşda nəyi dəyişəcək?

AXCP sədri Əli Kərimli

Putin Rusiya ordusunun sayını 137 min nəfər artırmaq barədə fərman imzalamaqla Ukrayna ilə savaşda ciddi itki verdiklərini, hərbi birliklərin xeylisinin döyüş qabiliyyətini itirdiyini etiraf etmiş oldu.
Rusiya rəhbərliyi bu yolla rəsmi ümumi səfərbərlik etmədən faktiki hərbi səfərbərlik etməyi planlayır. Ancaq bir çox hərbi ekspertlər Rusiyanın bu iddialı planını real hesab etmir. İlk növbədə demoqrafik səbəbdən. Rusiyanın heç bu gün rəsmi sənədlərdə 1 milyon nəfər kimi göstərilən ordusu belə tam komplektləşdirilməyib.

Nüfuzlu hərbi ekspertlər sənədlərdə 1 milyon nəfər kimi göstərilən Rusiya ordusunun faktiki sayının savaşın əvvəlində təqribən 750 min nəfər olduğunu deyirlər. Həmin ekspertlər savaşda ölən, ağır yaralanan və orduda xidmətdən imtina edənləri çıxandan və orduya qoşulmuş muzdluları əlavə edəndən sonra hazırda Rusiya ordusunda qalanların sayının təxminən 700 min nəfər ətrafında olduğunu güman edirlər.

Rusiya əhalisi total təbliğatın və sərt repressiyanın təsiri altında özlərini Ukrayna ilə savaşı dəstəkləyən kimi göstərsə də, əslində Ukrayna ilə savaşda iştirak etmək istəmir. Çağırışçılar kütləvi şəkildə hərbi çağırışdan yayınır. Bu ilin yaz hərbi çağırış planı üçdə bir qədər kəsirlə yerinə yetirilib. Orduya nəzərdə tutulan 134 min əvəzinə yalnız 90 min nəfər (45 min az) çağırışçı toplamaq mümkün olub. Çağırış yaşına çatmış övladı olan 10 minlərlə ailə müvəqqəti olaraq MDB dövlətlərinə gediblər (viza tələb olunmadığı üçün) ki, övladlarını əsgər apara bilməsinlər. Orduda peşəkər (müqavilə ilə) xidmət edənlərə Rusiya standartlarına görə fantastik dərəcədə yüksək əmək haqqı (ayı 3 min dollardan artıq) təklif olunsa da, orduda xidmət üçün müqavilə imzalayan da çox deyil.
Beləliklə, Rusiya rəhbərliyi yüksək əmək haqqı və digər şirnikləndirici yollarla heç savaşda verdiyi itkilərin yerini doldura bilmir, nəinki ordunun sayını əlavə olaraq 137 min nəfər də artırsın.
Rusiyanın ordusunu böyütmək planı iqtisadi baxımdan çox çətin, texniki baxımdan isə qeyri – mümkünə yaxındır. Sərt iqtisadi sanksiyalar şəraitində indiki ordunu və indiki dövlət xərclərini ödəmək belə Rusiya üçün aydan – aya çətinləşir. Üstəlik də ordunun sayını137 min nəfər artırmağı Rusiya büdcəsi qaldıra bilməyəcək.

Rusiya ordusunu 14 faiz böyütmək texniki – silah, sursat təchizatı baxımdan da real deyil. Rusiya özünün müasir və ya modernləşdirdiyi silahlarının xeyli hissəsini Ukrayna ilə savaşda artıq itirib. Hazırda Rusiya məcbur olub döyüşən ordu üçün hərbi anbarlardan Sovetdən qalma, 1960-cı illərdə istehsal olunmuş, mənəvi və fiziki baxımdan köhnəlmiş və effektsiz silahları təmir edib, hərbi hissələrə göndərməli olursa, 137 minlik əlavə ordu üçün silah, sursat, rabitə vasitələrini haradan tapacaq?

Belə görünür ki, Rusiyanın ordunu böyütmək qərarı reallıqda həyata keçirilməyəcək. Əlbəttə, orduya 10 minlərlə yeni adamlar cəlb edəcəklər müqavilə ilə. Ancaq bu yeni cəlbetmələr heç ordunun məruz qaldığı itkilərin yerini doldurmayacaq, nəinki onun sayını 137 min nəfər artırmaq.

Məncə, Putinin ordunun sayını artırmaqla bağlı fərman imzalaması daha çox psixoloji savaş üçündür. Putin bu yolla ukraynalılara və beynəlxalq aləmə göstərmək istəyir ki, uzunmüddətli savaşa hazırdırlar, tükənməyiblər. Resursları hələ çoxdur.
Ancaq hazırda psixoloji savaşda Ukrayna çox öndədir. Ukrayna hərbçiləri Rusiyanın artıq bütün silahlarını öz üzərlərində yoxlayıblar və onların effektsiz olduğuna əmin olublar. Onlar hər gün gözləri ilə görürlər ki, Rusiya ordusu HİMARS və digər Qərb silahları qarşısında necə acizdir. Onlar artıq qələbələrinə, o cümlədən Krımı da azad edəcəklərinə əmindirlər. Vətən üçün vuruşan, üstəlik də bütün dünya tərəfindən dəstəklənən və gündən – günə daha müasir, dəqiq, düşmənə aman verməyən silahlarla silahlanan ordunu – Ukrayna ordusunu nə psixoloji baxımdan, nə də döyüş meydanında məğlub etmək artıq mümkün görünmür.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL