Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Menendes bu ölkələr arasında bərabərlik işarəsi qoyub - DETALLAR

Tarix:29-08-2022, 17:18 Baxış Sayı:96

Menendes bu ölkələr arasında bərabərlik işarəsi qoyub - DETALLAR

“ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Robert Menendes növbəti dəfə Türkiyəni hədələyib. Amerikalı senator deyib ki, Türkiyə Aralıq dənizində ciddi təhdidə çevrilib: “Türkiyə ABŞ üçün Rusiya və Çin qədər təhlükəli dövlətə çevrilib. Türkiyəni Amerika üçün əsas çağırışlardan biri kimi siyahıya əlavə etmək lazımdır”.
 
Bunu politoloq Elxan Şahinoğlu qeyd edib.
 
Onun sözlərinə görə, Menendes bildirib ki, Türkiyə NATO üzvü kimi ABŞ-ın müttəfiqi sayılsa da, Egey dənizində Yunanıstana təhlükə yaradır:
 
“Menendes misal kimi Türkiyə hərbi təyyarələrinin uçuşlarını göstərib: “ABŞ Türkiyəyə heç bir silah növü satmamalıdır”.
 
ffad3053-ebac-3a46-82fb-684e9c9a4a0a_850.jpg (63 KB)
 
Menendes ilk dəfə deyil Türkiyə əleyhinə açıqlama verir. O, 3 il əvvəl Ankaranı bu sözlərlə xəbərdar edirdi: “Türkiyə Rusiyanın S-400 zenit-raket komplekslərini alacağı təqdirdə ABŞ sanksiyalar tətbiq edəcək və eyni zamanda F-35 təyyarələrinin satışını dayandıracaq. Ankara kimlə olduğunu seçməlidir. Türkiyə NATO-nun vacib müttəfiqi qalmaqda davam etməli, ya da Qərbdən uzaqlaşmalıdır”.
 
Türkiyə “soyuq müharibə” bitdikdən sonra müstəqil xarici və təhlükəsizlik siyasəti aparır. Bu, Vaşinqtondakı siyasi dairələrin xoşuna gəlmir. Bir qrup amerikalı siyasətçi hələ də hesab edir ki, Ankara “soyuq müharibə” illərində olduğu kimi, yalnız Vaşinqtonun təlimatlarını yerinə yetirməlidir. Heç o zaman da mövqelər tam üst-üstə düşmürdü. Kipr adasında çevriliş edən yunanlar türkləri qətl edəndə Vaşinqtondan səs çıxmırdı. Türkiyə elə ki, Kiprə desant çıxardı, Vaşinqton Ankaranı hədələməyə başladı. Vaşintondakı yunan və erməni lobbisi də hər zaman Türkiyəni hədəf seçib. Menendes onların sifarişini yerinə yetirir.
 
Menendes Türkiyə ilə Rusiya və Çin arasında bərabərlik işarəsi qoyanda bunun səbəblərini araşdırmalıdır. ABŞ Türkiyəyə raketlərdən müdafiə sistemləri satmadı, Ankara Rusiyaya müraciət etmək məcburiyyətində qaldı. Türkiyə Çinlə iqtisadi əlaqələrini genişləndirməyə çalışır. Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına da marağı var. Buna baxmayaraq, türkiyəli rəsmilər çinli həmkarlarıyla danışıqlarda hər zaman uyğur türklərinin problemlərinə də diqqəti çəkir və bunun Türkiyə üçün həssas mövzu olduğunu vurğulayırlar. Digər tərəfdən, Menendes Türkiyənin Rusiya ilə yaxınlaşmasından bu qədər narahatdırsa, hər zaman müdafiə etdiyi Ermənistana da çağırış etməlidir. Çünki Türkiyədən fərqli olaraq Ermənistan tamamən Rusiyadan asılıdır”.
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL