Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Abutalıb Səmədov: "Siyasi partiyalarla bağlı tələblər sərtləşdirilməlidir"

Tarix:30-08-2022, 13:43 Baxış Sayı:102

Abutalıb Səmədov: "Siyasi partiyalarla bağlı tələblər sərtləşdirilməlidir"

"Azərbaycanda qeydiyyatdan keçən siyasi partiyaların sayının çox olması hamıya məlumdur, bu partiyaların böyük əksəriyyətinin heç bir fəaliyyətinin olmadığını bilməyən yoxdur. Əlbəttə, partiyaların birləşməsi və fəaliyyət qabiliyyətli bir neçə böyük partiyanın qalması daha yaxşı olardı. Ancaq bu partiyaların birləşməyə meyillilərinin olmaması da məlumdur. Partiya sədri olmaq, özünü cəmiyyətə partiya sədri kimi təqdim etmək hələ də çoxları üçün kifayət qədər cazibədar görünür. Bu statusdan heç kim imtina etmək istəmir".

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

 

A.Səmədov sədri qeyd edib ki, Azərbaycanda partiyaların sayının azalması və normal partiyaların fəaliyyət göstərməsi üçün ilk növbədə "Siyasi partiyalar haqqında" qanunda dəyişiklik etmək lazımdır: "Bununla bağlı tələblər bir qədər sərtləşməlidir. Elə tələblər qoyulmalıdır ki, siyasi partiyalar fəaliyyət göstərmək məcburiyyətində qalsınlar. Onların qeytiyyatdan keçməsi üçün tələb olunan üzv sayı da artırılmalıdır. Bundan əlavə, seçkilərdə iştirak etməyən partiyaların qeydiyyatı məsələsinin ləğv olunması nəzərdə tutulmalıdır. Yalnız adı olan partiyaların birləşmək məcburiyyətində qalması üçün qeyd olunan məsələlərlə yanaşı, digər məsələlər də siyasi partiyalar haqqında qanunda əksini tapmalıdır ki, yalnız partiya sədri olması ilə fəxr edənlər siyasi fəaliyyətlərini davam etdirmələrinin mümkünlüyü üçün bundan sonra başqa yollar axtarmaq məcburiyyətində qalsınlar. Onlar həqiqətən də siyasi fəaliyyətlə məşğul olmaq və siyasətdə qalmaq istəyirlərsə, özləri digər partiyalarla birləşməyə meyilli olsunlar. İnsanların siyasi partiyalara qoşulmağa marağı olsun deyə, proporsional seçki sistemi mütləq hansısa formada bərpa olunmaldır. Açıq demək lazımdır ki, bizdə əhalinin böyük əksəriyyətinin siyasi partiyalara heç bir marağı yoxdur. Proporsional sistem onlara seçkilərdə iştirak imkanı versə, təbii ki, insanlar partiyalara gəlmək və partiyalarda fəaliyyətlərini davam etdirmək istəyində ola bilərlər. Yəni bu kimi bir çox məsələlər var ki, həll olunmalıdır. Yalnız bundan sonra Azərbaycanda siyasi partiyaların sayı azala bilər. Onların sayı isə mütləq azalmalıdır. Ancaq qeyd etmək lazımdır ki, belə tendensiya bütün dünyada mövcuddur. Digər ölkələrdə də tanınan bir neçə partiya olduğu halda, ümumi sayı çoxdur. Təkcə Türkiyədə 100-dən çox partiya var. Cəmiyyətin isə onlardın sadəcə 5-10-nu tanıyır. Yəni digər ölkələrdə də eyni vəziyyət var. Beləliklə yalnız siyasi partiyalar haqqında qanun qəbul olunduqdan sonra bu istiqamətdə real iş başlaya və Azərbaycanda həqiqətən də ciddi partiyalar meydana gələ bilər. Elə partiyalar ki, sanballı sədri, liderləri olar və onlar yalnız bir, yaxud da iki nəfərlə tanınmazlar".

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL