Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Sentyabrda Qarabağda çox mühüm hadisələr baş verəcək

Tarix:30-08-2022, 09:25 Baxış Sayı:85

Sentyabrda Qarabağda çox mühüm hadisələr baş verəcək

Ermənistana gedən yeni yolun dəhliz statusu daşıması üçün Bakının şərtləri var: erməni qoşunları Qarabağdan çıxır, “artsax ordusu” tam ləğv edilir və...

Xankəndidən Ermənistana gedən yeni yolla bağlı müzakirələr başlanıb. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılmasından sonra bu mövzu daha da aktuallaşıb. Xüsusən də ən çox erməni mənbələri müxtəlif versiyaları tirajlayırlar. Əsas müzakirə məsələsi yeni yola “dəhliz” statusunun verilib-verilməməsidir. Erməni mediası iddia edir ki, Azərbaycan yeni yola “dəhliz” statusunun verilməsindən öncə üçtərəfli razılaşmada erməni qoşunlarının Qarabağdan çıxarılmasının icra edilməsini, həmçinin separatçıların qondarma “müdafiə ordusu”nun tamamilə ləğv edilməsini tələb edir. Erməni mənbələri qeyd edirlər ki, əgər bu tələblər yerinə yetirilsə, yeni yolun “dəhliz” statusu daşıması müzakirə edilə bilər.

Rusiyanın İrəvandakı səfirliyinin məsul əməkdaşı Maksim Seleznyov keçən günlərdə bəyan etdi ki, yeni yola da Rusiya hərbçiləri 5 km enində nəzarət edəcək, “Dağlıq Qarabağ və Ermənistan arasında” hərəkət əvvəlki qaydada olacaq. Sülhməramlı qüvvələrin komandanı Volkov da bu fikri təkrarlayıb. Əslində bu, İrəvanda anti-Rusiya əhval-ruhiyyəsini səngitməyə hesablanmış açıqlamalar idi. Çünki yeni yol üçün Azərbaycanın şərtləri dəyişməz olaraq qalır: yəni Zəngəzur dəhlizindəki status nə olacaqsa, yeni yol da o statusda olacaq. Erməni mediası isə Azərbaycanın əsas tələbi olan Zəngəzur dəhlizini şərtlər sırasında “görmür”.

Hikmət Hacıyevin təhsil yolu – Uğurlu diplomatik karyera - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Hikmət Hacıyev 

Yeri gəlmişkən, bəzi yerli ekspertlər Şuşadakı beynəlxalq konfransda Azərbaycan Prerzidentinin köməkçisi Hikmət Hacıyevin Xankəndi ilə bağlı bəyanatını təsadüfi hesab etmir. “Azərbaycan müharibə dövründə Xankəndinə girməyə çox yaxın idi, ancaq biz bunu etmədik. Əlbəttə, hərbi cəhətdən çox çətin qərar idi, ancaq bu, bizim üçün həm də mənəvi məsələ idi. Biz Xankəndidə mülki əhalinin ölümünü görmək istəmədik. Bu, insani məsələ idi”, - deyə Hikmət Hacıyev bildirib. Ekspertlərə görə, bu hələ də separatçılıq meyllərindən əl çəkməyən, silahlıları Qarabağdan çıxarmaq istəməyən ermənilərə və onlara “status” tələb edən xaricdəki dəstəkçilərinə bir mesaj, yaddaş təzələməsidir. Ermənilərin bu həftə açılacağı gözlənilən yeni yoldan təhlükəsiz istifadəsinə Azərbaycan təminat verib, amma onun Laçın dəhlizi statusunda olub-olmayacağı, əlbəttə ki, Bakının diktə edəcəyi şərtlərdən asılı olacaq. Bütün hallarda qarşıdakı günlərdə bu mövzu tam aydınlaşacaq. Sadəcə, rəsmi Bakı yolun dəhliz statusu daşıyacağına dair heç bir münasibət bildirməyib. Azərbaycana bununla bağlı təzyiq göstərilməsi mümkündürmü? Qarabağ ərazisində yol nə üçün dəhliz olmalıdır? Bizim yeni yolda nəzarət postlarımız olacaqmı, yoxsa yenə rus hərbçiləri gedən-gələni yoxlayacaqlar?

Fərəc QULİYEV: Yeni konvensiya ölkəmizin iqtisadi qüdrətini daha da artıracaq » davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA!

Fərəc Quliyev 

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev “Yeni Müsavat”a açıqladı ki, Azərbaycanın öz “yol xəritəsi” var. Partiya lideri hesab edir ki, addım-addım, çətin də olsa həmin xəritə üzərində irəliləyirik: “Şahmat dili ilə desək, Azərbaycan ”ağ"larla oynayır. Belə gedişdə Ermənistanın müqaviməti təbiidir, amma yeni yolun müzakirəsinə belə ehtiyac yoxdur. Eyni zamanda başqa işlər də görülür, sahədə proses gedir, yollar çəkilir, bir sözlə, Azərbaycan necə tələb edirsə, elə də olacaq. Ermənilərdən  kim vətəndaşlığı qəbul edəcəksə, yaşayacaq, istəməyən gedəcək. Artıq onların şıltaqlığına, naz-qəmzəsinə son qoyulacaq. Yeni yola ruslarla birgə nəzarətimiz olacaq və əminəm ki, Azərbaycan bu məsələdə öz iradəsini ortaya qoyacaq".

Rusiyanın Cənubi Qafqazdakı siyasəti bizə bəllidir - Fuad Əliyev » Avrasiya.Net

Fuad Əliyev

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev isə qarşıdakı bir həftədə yeni yolun hansı status daşıyacağının dəqiqləşəcəyini düşür: “Azərbaycan rəsmi elan etdi ki, sentyabrın əvvəli yoldan istifadə mümkün olacaq. Amma açıqlamada ”dəhliz" ifadəsinə yer verilmədi. Zənnimcə, yeni yolun dəhliz statusu daşımasına ehtiyac da yoxdur. Ermənilər təşəkkür etməlidir ki, onlara Ermənistana gediş-gəliş üçün yol çəkmişik. Əslində niyə gedib-gəlməlidirlər ki? Nə vaxt diplomatik əlaqələr qurular, viza ilə səfər edə bilərlər. İndiki halda onlar Azərbaycan ərazisində yaşayan, dövlətə tabe olmayan, yolunu azmış adamlardır. Sadəcə, geosiyasi reallıqları nəzərə alaraq onlara nəfəslik vermişik. Açığı, rəsmi mövqedə “dəhliz” ifadəsi olmadığı üçün Azərbaycanın yeni yola bu statusu verməyəcəyini gözləyirəm. Üstəgəl, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etdi ki, sentyabra qədər Qarabağda erməni hərbçi olmayacaq. Biz bu məsələni gələn ay tam həll etməliyik, nə Ermənistan ordusunda xidmət çəkən, nə qondarma rejimin silahlısı bölgədə qala bilər. Hər halda, sentyabrda yeni qaynar proseslər gözlənilir. Fikrimcə, növbəti mərhələdə Xocalı, Ağdərə, Sərsəng su anbarı tam nəzarətimizə keçəcək. Ardınca bütün Qarabağda suverenliyimiz təmin olunacaq".

Azərbaycanın milli faciəsi: Saleh Məmmədov

Saleh Məmmədov 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib ki, tarixən Ermənistandan Azərbaycanın rayonlarına gedən avtomobil yolu Laçın şəhərinin mərkəzindən keçib: “Hazırda da Qarabağda yaşayan ermənilərin Ermənistanla əlaqəsinin olması üçün həmin yol istifadəyə verildi. Həmin yol Laçın dəhlizi deyil, Azərbaycanın tarixi yoludur. Avtomobil yolu ilə hərəkət yaxın bir həftədə mümkün olacaq. Məlumdur ki, cəmi 10 ay ərzində Laçın şəhərinə daxil olmadan 22 kilometri Azərbaycan ərazisindən, 10 kilometri Ermənistan ərazisindən keçməklə alternativ yol çəkilib. Avqustun 15-də alternativ yol Azərbaycan ərazisindən keçmək şərtilə hazırdır. Lakin Ermənistan tərəfi üzərinə düşən 10 kilometri hələ də başa çatdırmağı üçün Qarabağda yaşayan erməni icmasının xahişi ilə Azərbaycan tərəfi yeni yola birləşən 4,8 kilometr uzunluğunda birləşdirici yolun tikintisini də həyata keçirib. Yaxın bir həftə ərzində Laçın şəhərinə daxil olmadan yeni yoldan istifadə etməklə erməni icması Xankəndi və başqa rayonlara hərəkət edə biləcək".

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL