Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

İrəvan və havadarları seçim qarşısında: bu şans da qaçırılsa...

Tarix:31-08-2022, 08:22 Baxış Sayı:90

İrəvan və havadarları seçim qarşısında: bu şans da qaçırılsa...

“Bu baş verməyincə, Azərbaycan Ermənistanı haqlı olaraq cəzalandırmağa çalışacaq...”

Bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti dəfə bir araya gələcəyi gözlənilir. Azərbaycan tərəfi ümidlidir ki, bu görüşdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq. Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada avqustun 27-də keçirilən konfransda deyib.

Daha əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın yaradılması barədə razılıq əldə olunduğunu xatırladan H.Hacıyev onu da bildirib ki, Bakının İrəvana sülh təşəbbüsü masa üzərində əbədi qalmayacaq. Bu, əslində İrəvanın sülh oyunbazılığından bezən Bakının ona “sülh istəmirsənsə, yenə müharibə alacaqsan” mesajıdır. Yaxud Ermənistan ərazi bütövlüyümüzü tanımayacaqsa, onun da ərazi bütövlüyünün tanınmayacağı haqda daha bir xatırlatmadır.

Bu mənada budəfəki Brüssel görüşü yetərincə kritik xarakterli olmaqla bərabər, ondan ehtiyatlı gözlənti də var. Çünki əvvəlki görüşlərdə əldə olunan kövrək anlaşmalar Nikol Paşinyan tərəfindən ya sabotaj edilib, ya da təhrif. Bu dəfə də belə olmayacağına inam güclü deyil.

Bəs Paşinyan bu şansı da qaçırsa, yəni nəticə yenə neqativ olsa, Bakının adekvat addımları nə olacaq? Azərbaycan Prezidenti İlham Əliyev Nikol Paşinyanla sonrakı görüşlərdən imtina edə bilərmi? Hər halda, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, görüş xətrinə görüşlərə qatılmaq niyyəti yoxdur.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi - ƏTRAFLI - en son xeberler 2022, xeberler bu gun 2022

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə keçirilən son görüş bu il mayın 22-də olmuşdu: “Bu görüşdən sonra Şarl Mişel açıqlamışdı ki, növbəti görüş iyulun sonu və ya avqustun sonunda ola bilər. İyulda olmadı, avqustun sonu ilə bağlı deyilən isə reallaşır. Yəqin ki, 31 avqust görüşündə həm keçən görüşlərdəki razılaşmaların necə yerinə yetirildiyinə bir baxış həyata keçiriləcək, həm də gələcək planlar barədə fikir mübadiləsi aparılacaq. Təəssüf ki, əvvəlki razılaşmalar Ermənistan tərəfindən yerinə yetirilmir. Nikol Paşinyan bu məsələlərin həyata keçirilməsini yubadır. Nə sərhədlər müəyyənləşir, nə kommunikasiyalar xəttinin açılması istiqamətində ciddi addımlar var, nə də sülh sazişi hazırlanır.

Ona görə də Hikmət Hacıyev də haqlı olaraq bildirib ki, artıq sülh sazişinin hazırlanması üçün masa üzərində iş başlamalıdır, komissiya yaradılmalıdır. Bu, müsbət təklifdir. Hikmət Hacıyev bu yaxınlarda özü Brüsseldə olub və Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryanla görüşmüşdü. Ola bilsin ki, həmin görüşdə bu barədə fikir mübadiləsi aparılıb. Amma Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşündən də ciddi nəticə çıxmasa, Ermənistan tərəfindən konkret ciddi addımlar atmaq əvəzinə söz oyunu oynamaq cəhdi olarsa, düşünürəm ki, Azərbaycan məsələləri daha kəskin formada həll etmək məcburiyyətində olacaq. Qarabağla bağlı isə fikir mübadiləsi aparmaq mümkün deyil. Çünki Qarabağ Azərbaycanın daxili mövzusudur".

Politoloq vurğuladı ki, Brüssel görüşündən sonra Qarabağdakı separatçılar silahlarını yerə qoymasalar, mümkündür ki, yenidən antiterror əməliyyatları həyata keçirilsin: “Lakin hər halda, görüşdən əsas gözlənti, Hikmət Hacıyevin də dediyi kimi, sülh sazişinin mətni üzərində işə başlamaq üçün işçi qrupunun yaradılmasıdır. Üçtərəfli işçi qrupu da ola bilər - Avropa İttifaqı, Azərbaycan və Ermənistan. Sülh sazişi imzalanarsa, digər məsələlərin həlli də sürətlənər. Kommunikasiya xətlərinin açılması və sərhədlərin müəyyənləşməsi kimi məsələlər həyata keçər. Əsas odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın. Çünki bu baş verməyincə, həm bölgədə gərginlik davam edəcək, həm də Azərbaycan Ermənistanı haqlı olaraq cəzalandırmağa çalışacaq. Əgər bir qonşu sənin ərazi bütövlüyünü tanımırsa, sən də qonşunun ərazi bütövlüyünü tanımayacaqsan. Belə vəziyyətdə isə biz Qərbi Zəngəzurla bağlı öz fikirlərimizdə qalacağıq”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL