Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
AXCP sədri Əli Kərimli
Gecə ilə həm İrəvanda, həm də Xankəndində Paşinyanın bugünki çıxışına etirazlar başlayıb. Hətta parlamentə hücum etmək çağırışları da səslənir. Xatırladım ki, etirazçılar Paşinyanın bu çıxışına etiraz edirlər:
“Biz elə bir kağıza imza atmaq istəyirik ki, bunun nəticəsində çoxları bizi söyəcək, “satqın” adlandıracaq. Xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəlsə belə, əgər bunun nəticəsində Ermənistan 29.800 kvadrat kilometr ərazisidə davamlı sülh və təhlükəsizlik əldə edəcəksə, biz razı və minnətdar olacağıq. Əgər bu, təmin olunarsa, mən bu qərarı imzalayacağam. Məni öz başıma nə gələcəyi maraqlandırmır, Ermənistan Respublikasının taleyi maraqlandırır”.
Etiraf edək ki, Paşinyanın bu çıxışı cəsarətli çıxışdır. Bu çıxış ümid yaradır ki, Rusiyanın Cənubi Qafqaz planları nəhayət, pozula bilər. Aydındır ki, erməni cəmiyyətinin sərsəm “Arsax” və “Böyük Ermənistan” təbliğatı ilə xəstələndirilmiş hissəsi Paşinyanın Ermənistanın da gerçək milli maraqlarına uyğun olan bu məntiqli mövqeyini süngü ilə qarşılayacaq. Gecə ilə başlayan mitinqlər də göstərir ki, Paşinyan ciddi təzyiqlə qarşılaşacaq. Üstəlik, Rusiya da əlindən gələni edəcək ki, Paşinyanı bu dəfə dəqiq devirsinlər.
Bəs biz necə oturub gözləməliyik ki, erməni cəmiyyətinin radikal kəsimi və Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırlaşan Paşinyanı devirib, yerinə Köçəryan, ya da o tipli bir işğalçını, Rusiya nökərini gətirsin? Xeyr, bizim ixtiyarımız yoxdur ki, hansısa hərəkət və ya hərəkətsizliyimizlə Rusiyanın Paşinyanı devirməsinə yardımçı olaq.
Paşinyan düşmən dövlətin hökumət başçısıdır. O ilk növbədə öz xalqının marağını düşünür. Ancaq yaxşı haldır ki, o xeyli sayda ermənidən fərqli olaraq xalqının gerçək marağının nədə olduğunu dərk edir. O da aydındır ki, Paşinyan devriləcəyi təqdirdə onu əvəz edəcək hakimiyyət daha radikal və daha Rusiyapərəst olacaq. Savaşın uzanma ehtimalı da artacaq. Ona görə də Azərbaycan hakimiyyəti Paşinyanın devrilməsinə heç bir halda kömək etməməlidir. İlham Əliyev Paşinyanla birbaşa danışıqlara girib, sərhəddəki döyüşü təcili dayandırmalıdır. Situasiyaya uyğun təcili və adekvat addımlar atılmalıdır.
Bir dəfə də biz Rusiyanın planlarını poza bilək.