Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Jurnalist və vəkilin hüquqlarının müdafiəsi komitəsi bəyanat yaydı

Tarix:17-09-2022, 11:09 Baxış Sayı:97

Jurnalist və vəkilin hüquqlarının müdafiəsi komitəsi bəyanat yaydı

Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun hüquqlarının müdafiəsi komitəsinin bəyanat yayıb.
Bu barədə hüquq müdafiəçisi Fikrət Cəfərli məlumat verib.
“Bu gün Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə vəkil Elçin Sadıqovun ev dustaqlığına buraxılmasını ona və Əvəz Zeynallıya qarşı açılmış cinayət işində doğru addım kimi qiymətləndirir, eyni zamanda jurnalist Əvəz Zeynallının da qısa zamanda ev dustaqlığına buraxılmasının doğru addım olacağını qeyd edirik”, – deyə müdafiə komitəsi bildirib. 
Bildirilir ki, bununla bağlı Əvəz Zeynallının vəkilləri qısa zamanda məhkəməyə müraciət edəcəklər: “
Eyni zamanda qeyd edirik ki, hər iki şəxsə qarşı açılmış cinayət işini siyasi motivli iş hesab edirik. Ən qısa zamanda bu iki tanınmış şəxsə qarşı açılmış cinayət işinə xitam verilməsinin ən doğru qərar olacağını qeyd edirik”.
Dünən, sentyabrın 16-da jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun hüquqlarını müdafiə komitəsinin həmsədrləri – Fikrət Cəfərli və Bəxtiyar Hacıyev və Əvəz Zeynallının ailə üzvləri Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyində görüşdə olublar. 
Görüşdə jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun həbsi ilə bağlı geniş məlumat verilib, ətraflı müzakirə aparılıb.
Elçin Sadıqov və Əvəz Zeynallı sentyabrın 10-dan həbs edilib.
Vəkil və “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı ilə eyni cinayət işi üzrə təqsirləndirilir.
Əvəz Zeynallı “Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün rüşvət almaqda ittiham olunur. 
Rasim Məmmədovun vəkili olan Elçin Sadıqova isə rüşvət prosesində vasitəçilik etmə ittihamı verilib.
Onların heç biri özünü təqsirli bilmir. Əvəz Zeynallı rüşvət almadığını, şərlənib həbs olunduğunu deyir.
Vəkil Elçin Sadıqov peşə fəaliyyətinə görə həbs olunduğunu bildirir. 
Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəallara vəkillik etməsidir və bu fəaliyyətinə görə cəzalandırılır.
Vəkil Elçin Sadıqov sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL