Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
AXCP sədri Əli Kərimli
Əliyevlərin hakimiyyətdə olduğu 29 ildə siz hansısa rüşvətxor, korrupsioner, hətta qatil, terrorçu haqda məhkəmənin gecə saat 4-də həbs-qətimkan tədbiri seçdiyini görmüsünüz, eşitmisiniz? Təkcə tanınmış vəkil Elçin Sadıqov və tanınmış jurnalist Əvəz Zeynallının haqqında həbs qərarının gecə saat 4-də verilməsi, hakimin “müşavirəsinin” 5 saat çəkməsi faktı bu həbsin siyasi motivli olduğunu sübut edir.
Son illərdə onlarla siyasi məhbusun vəkili olmuş Elçin Sadıqov xeyli müddət idi ki, rejimin hədəfində idi. Elçin bəyi Vəkillər Kollegiyası üzvlüyündən xaric etməyə də bir neçə dəfə cəhdlər olmuşdu. Yalnız ciddi beynəlxalq reaksiya hakimiyyəti bu qərardan son anda çəkindirmişdi.
İndi də mətbuatda, sosial şəbəkələrdə belə bir versiya geniş yayılıb ki, Elçin Sadıqov və Əvəz Zeynallı onlara ötürülmüş hansısa kompromatların yayılmaması üçün həbs edilib. Həbslərin əsl səbəbini ən azı Elçin bəy və Əvəz bəy özləri dəqiq bilirlər. Çox yaxşı olar ki, Əvəz bəy və Elçin bəy elə ilk fürsətdəcə onlara elan edilmiş ittihamla, ümumiyyətlə bu həbsin əsas motivlərilə bağlı ictimaiyyətə məlumat çatdırsınlar.
Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi həm də ona görə ölkənin hüquq mühafizə orqanlarını və bütövlükdə hakimiyyəti rüsvay edir ki, rəsmi ittihamlara görə, dövlətdən, təqaüdçüdən, əlildən, sosial müavinat alanlardan 27 milyon manat oğurlayıb, həmin pulun 20 milyon manatını geri qaytarmış keçmiş nazir Səlim Müslümov hazırda ev dustaqlığındadır. Məhkəməyə evindən gəlib-gedir. İddialara görə, (əsl gerçəyi biz hələ bilmirik) iş adamından 20 min manat alıb, sonra da qaytarmış jurnalist və bu işdə özü qara qəpik sahibi olmamış tanınmış vəkil isə ən təhlükəli cinayətkarlar kimi gecə saat 4-də həbs olunublar. Onlara qarşı irəli sürülmüş ittihama görə isə 8 ildən 12 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bir daha sübut olunur ki, ölkəmizdə həqiqətən də analoqsuz bir idarəetmə var. Azərbaycan cəmiyyəti baş verənlərə seyrçi qalmamalıdır. Vəkilsiz qoyulan, mətbuatı məhv edilən, zorla susdurulan məhz Azərbaycan cəmiyyətidir. Ona görə də sifarişli və siyasi motivli həbslərə hamımız etiraz etməliyik.