Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Demokratik Təşəbbüslər İnstitutu Azərbaycanda ifadə azadlığının vəziyyətində irəliləyişin olmadığını bildirir

Tarix:17-09-2022, 10:08 Baxış Sayı:114

Demokratik Təşəbbüslər İnstitutu Azərbaycanda ifadə azadlığının vəziyyətində irəliləyişin olmadığını bildirir

 Azərbaycanda ifadə azadlığının vəziyyətində irəliləyiş yoxdur. Bu barədə Azərbaycan Demokratik Təşəbbüslər İnstitutu qeyri-hökumət təşkilatının araşdırmasında deyilir.

İnstitut “Azərbaycanda ifadə azadlığının vəziyyətinə dair” araşdırma sənədi hazırlayıb. Araşdırmada 2021-ci il üçün vəziyyət təhlil edilib.  

“Azərbaycanda ifadə azadlığının vəziyyətində əvvəlki illərə nisbətən irəliləyiş əldə olunmayıb. Qanunvericilikdə heç bir pozitiv dəyişiklik qeydə alınmayıb, eləcə də praktiki səviyyədə dövlət qurumları səlahiyyətlərindən sui-istifadə edərək ifadə azadlığına legitim olmayan müdaxilələr ediblər”, - sənəddə deyilir.

Bəzən də cəzalandırma səlahiyyətlərini şəxsin ifadə azadlığını məhdudlaşdırmaq üçün əsassız təzyiq vasitəsi kimi istifadə ediblər. Sosial mediada müxalif fikirlərinə görə siyasi və ictimai fəalların saxlanması, təzyiq və təhdidlərə məruz qalması ifadə azadlığı və birləşmək hüququnun kobud şəkildə pozulması ilə müşahidə olunub. Belə ki, 2021 -ci il ərzində 6 nəfər paylaşımlarına və fikirlərinə görə cinayət məsuliyyətinə cəlb edilib.

Ən böyük problemlərdən biri qanunvericilikdə diffamasiyaya görə cinayət məsuliyyətinin olması və praktikada bu maddənin tətbiq olunmasıdır, araşdırma müəllifləri  hesab edirlər.

Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana qarşı bir çox işdə əsas pozuntu tapdığı məqamlardan biri cəzaların mütənasib olmamasıdır.

“Belə ki, həmin qərarlarda yerli məhkəmələrin ən ağır sanksiyaları seçdiyi, mövzunun ictimai debata töhfə vermə və şəxsin ictimai həyatdakı rolu kimi  faktorları nəzərə almadığı bildirilib”, - araşdırmada deyilir.

2021-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi ümumilikdə 85 işdə ifadə azadlığı hüququnun pozuntusuna qərar verib. Sıralamada 3-cü olan Azərbaycana qarşı çıxarılan 6 qərarda ifadə azadlığı hüququnun pozuntusu tanınıb. Ümumilikdə Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı ifadə azadlığı pozuntusu ilə bağlı indiyə qədər 16 qərar qəbul edib.

Hökumət Strasburq məhkəməsinin qərarlarını tam icra etmir.

Qərarların kompensasiya hissəsi əsasən icra olunsa da, qanunvericilik normaları Avropa İnsan Hüquqları Məhkəməsinin göstərişlərinə və Avropa Konvensiyasının müddəalarına uyğunlaşdırılmayıb, vəzifəli şəxslərin vətəndaşların hüquqlarının pozulmasına səbəb olan qanunsuz hərəkətləri araşdırılmır.

Araşdırmanın sonunda bir sıra tövsiyələr irəli sürülüb.

Əsasən Cinayət Məcəlləsindən 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinin çıxarılması və diffamasiyaya görə yalnız mülki məsuliyyətin müəyyənləşdirilməsi təklif olunur.

Jurnalistlərin həbs cəzalarına məhkum olunduğu cinayət işləri də yenidən araşdırılmalı və sonradan qanunsuz olaraq bu cəzaya məhkum edilmiş şəxslər azadlığa buraxılmalıdırlar.

Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən müdafiəsi, onların informasiya əldə etməsinin təmin olunması haqda qanunlar praktikada tətbiq edilməlidir.

Hakimiyyət siyasi iradə nümayiş etdirməli, siyasi məhbusların azad edilməsilə bağlı Avropa Şurası Parlament Assambleyası və yerli hüquq müdafiəçilərinin hesabatlarını nəzərə almalıdır.

İfadə azadlığının təmin edilməsilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarındakı ümumi göstərişlər yerinə yetirilməli, sosial şəbəkə istifadəçilərinə qarşı təqiblər dayandırılmalıdır, araşdırmanın sonunda  deyilir.

Demokratik Təşəbbüslər İnstitutu 2013-cü ildə təsis edilib. İnstituta Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov rəhbərlik edir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL