Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Bakıda Azərbaycan vasitəsilə Rusiyadan İrana qaz svopu ilə bağlı İran səfirinin bəyanatını təkzib ediblər

Tarix:23-09-2022, 10:28 Baxış Sayı:88

Bakıda Azərbaycan vasitəsilə Rusiyadan İrana qaz svopu ilə bağlı İran səfirinin bəyanatını təkzib ediblər

Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib ki, yaxın vaxtlarda Rusiya Federasiyası, Azərbaycan və İran arasında razılaşma əsasında Azərbaycan ərazisindən keçməklə  Rusiyadan İrana sutkada 9 milyon kubmetr qaz verilməsilə bağlı svop əməliyyatına başlanacaq. Bundan öncə İranın Fars agentliyi belə məlumat yaymışdı.

İranlı diplomat xatırladıb ki, İran 2022-ci il ərzində analoji əməliyyatı Türkmənistan və Azərbaycanla həyata keçirir.

Azərbaycanın qaz bazarındakı üç məlumatlı mənbə Turan ilə söhbətində Rusiya qazının svop əməliyyatı ilə bağlı məlumatları təkzib edib.

“Məlumat İranın maraqlarına əsaslanır, həqiqətəuyğun  deyil. Əvvəla, Rusiya çətin ki indi öz qazının belə tranziti barədə düşünsün; ikincisi, bizim İran istiqamətində (Astaradakı qovşaq vasitəsilə) qaz nəqli sistemimiz yalnız sutkada 2,5 milyon kubmetrdən çox olmayan həcmdə əməliyyatlar üçün nəzərdə tutulub və hazırda bu kommunikasiyalar bizim İrandan svop-əməliyyat vasitəsilə aldığımız Türkmənistan qazı ilə tutulub. Hər hansı revers mümkün deyil və nəzərdə tutulmayıb”, – SOCAR-dakı mənbələr Turan-a bildiriblər.

Azərbaycan Energetika Nazirliyinin eksperti xatırladıb ki, 2021-ci il noyabrın 28-də Azərbaycan, Türkmənistan və İran liderləri arasında əldə olunmuş razılaşmaya əsasən, 2022-ci ildə Azərbaycan svop-mübadilə çərivəsində Türkmənistandan 1,5 milyard kubmetr qaz alacaq.

Eyni zamanda, 2022-ci ilin yanvarından Türkmənistan qaz kəmərilə İrana sutkada 5-6 milyon kubmetr qaz göndərir ki, bunun 4 milyon kubmetri Azərbaycan, qalanı isə İran üçün (alternativ mənbə kimi onun  beş şimal əyaləti üçün) nəzərdə tutulub.

Azərbaycanda Türkmənistan qazı ilk növbədə onu İranın Culfa məntəqəsindən keçməklə Naxçıvan Muxtar Respublikasına göndərilir.

Amma Azərbaycan qaz svopunun əsas hissəsini Astara vasitəsilə alır və ondan ölkənin yanacaq-energetika balansının bölüşdürülməsi çərçivəsində özünün təcili ehtiyacları üçün istifadə edir.

Yayda İranın Energetika Nazirliyinin nümayəndələri bildiriblər ki, 2023-cü ildə Türkmənistandan Azərbaycan üçün svop qaz tədarükünün həcmi iki, hətta üç dəfə arta bilər.

“Biz 2023-cü il üçün Türkmənistandan İran vasitəsilə Azərbaycana qaz nəqli məsələsini sentyabrın 24-dək aydınlaşdırmalıydıq. Lakin danışıqlar yubanır”, – məsləhətləşmə prosesinə yaxın mənbə Turan-a bildirib.

Onun sözlərinə görə, aydınlıq olmadığından Astarada (İranla sərhəddə) qaz-kompressor stansiyasının gücünün artırılması üçün lazımi işlərin aparılması mümkün deyil.

“Hazırda bir danışıq yoxdur. Amma danışıqlar prosesi davam edəcək”, – ekspert deyib.

Qeyd edək ki, İran, Azərbaycan və Türkmənistan razılaşmasının həyata keçirilməsi Azərbaycana lazım gəldikdə müəyyən sutkalıq ehtiyat “mavi yanacaq” həcmini “əldə saxlamaq” üçün daxili və xarici bazarlarda qazpaylama üzrə  öz əməliyyatlarını balanslaşdırmağa imkan verir.

2022-ci ildə Azərbaycanın gözlədiyi 44-45 milyard kubmetrə yaxın qaz hasilatından yalnız 30-32 milyard kubmetrə yaxını əmtəəlik qazdır, yəni bütün növ istehlakçılar üçün nəzərdə tutulub.

Bununla yanaşı, 20 milyard kubmetrdən çox qaz ixrac, qalan hissə isə Azərbaycanın daxili ehtiyacları üçün (sənaye obyektləri, kommunal xidmətlər və s.) nəzərdə tutulub.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL