Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Hərbi komissarın güllələnməsi nəyi göstərir?
Rusiyada yeni milli ziddiyyətlər yetişməkdədir !

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Rusiyada səfərbərlik prosesi Putin rejiminin rəzalətinə çevrilib. Ölkə boyu dövlət orqanları ilə vətəndaşlar arasında “qaçdı – tutdu” oyunu oynanılır sanki. Hərbi səfərbərlikdən yayınmağa çalışan insanlar kütləvi surətdə ölkəni tərk etməyə çalışırlar. Özü də bunu necə gəldi, hara gəldi qaçmaqla edirlər. Vaxtı ilə özlərini qonşu xalqlardan daha üstün sayan rusların milli qüruru, bu gün qonşu ölkələrlə sərhədlərdəki uzun növbələrdə ayaq altında sürünməkdədir. Gürcüstan sərhəddində bu ölkəyə gəlmək istəyən ruslara “Krım kimindiir?” sualı verib, “Ukraynanıdır” cavabı aldıqdan sonra buraxırlar. Son 3-4 gün ərzində 300 minə yaxın rus xaricə getməklə, səfərbərlikdən yayına bilib. Bu müddət ərzində belə bir say çox böyük göstəricidir. İş o yerə çatıb ki, hərbi komissarlığln tələbi ilə səfərbərlik yaşı olanların ölkədə çıxışına qadağa qoyulub, xüsusi icazə olmadan olanlara bilet satılmır.
Yayılan məlumatlar isə onu göstərir ki, səfərbərlik prosesi heç də Putinin qərarında göstərilən yaş məhdudiyyəti çərçivəsində aparılmır. Hərbi komissarlıqlar kimi gəldi, əllərinə keçəni tutub cəbhəyə göndərirlər.
Səfərbərlik prosesinə cəmiyyətin belə kütləvi etirazı və dövlət orqanlarının da bu işi məcburi qaydada görməsinin çox ağır nəticələrə səbəb olacağı gözlənilir. Bu gün Rusiyanın İrkutsk vilayətində bir çağırışçının hərbi komissarı güllələdiyi məlum olub. Bu artıq Putinin hərbi səfərbərlik planına qarşı cəmiyyətdəki etiraz ovqatının getdikcə radikal müqavimət mərhələsinə keçdiyini göstərir. Bir neçə əyalətdə isə hərbi komissarllq binaları od vurularaq yandırılıb.
Bu cür kütləvi narazılıq və zorakılıq şəraitində səfərbər olunub orduya göndərilən ruslar özləri ilə birgə Ukrayna cəbhəsinə mənəvi psixoloji düşkünlük “virusları” aparırlar və onların gəlişi ilə Ukraynadakı rus ordusunda fərariliyin, qorxu və narazılığın kütləviləşəcəyi gözlənilir.
Bundan əlavə sosial şəbəkələrdə yayılan görüntülərdən də, görünür ki, Rusiyanın iri şəhərləri ilə yanaşı, milli inzibati vahidlərdə də səfərbərlik əleyhinə kütləvi etiraz aksiyaları genişlənir. Xüsusi ilə Dağıstanda əhali övladlarını döyüşə göndərməmək üçün yerli hakimiyyət orqanları ilə qarşıdurmaya gedirlər.
Bu isə yeni bir tendesiyanın başlanğıcından xəbər verir. Əgər, Rusiyanın iri şəhərlərindəki etirazlar sadəcə Putin rejiminin müharibə planlarına qarşı narazılığı ifadə edirsə, qeyri rusların yaşadığı ucqarlardakı etirazlar həm də milli xarakter daşıyır və mərkəzi hakimiyyətin siyasətinə qarşı milli özünü qoruma xarakteri ehtiva edir. Bu prosesin davam etməsi Rusiyada milli zəmində mərkəzdən qaçma prosesinin başlaması üçün zəmin yarada bilər.
Səfərbərlik prosesinin başqa bir ağır nəticəsi isə Rusiyanın son 20 ildə formalaşmış insan gücünü dağıtmasıdır. Bu gün ölkəni tərk edənlər əsasən müasir informasiya texnologiyaları üzrə mütəxəssislər və işgüzar gənc insanlar olduğunu üçün, bu yaxın gələcəkdə Rusiyanın onsuz da bərbad hala düşmüş iqtisadiyyatına daha bir əlavə ağır bir zərbə olacaq.
Bu gedişlə ölkəni tərk edə bilməyənləri isə Putin rejimi aparıb boş mənasız yerə Ukraynada ət maşınından keçirməklə rus cəmiyyətinin dizlərini bükəcək.