Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı
İran qaynayır və təəssüf ki, alternativ siyasi qüvvənin olmaması səbəbindən bu qaynama qanla, ölümlə müşaiyət olunur. Alternativ qüvvənin olmaması ucbatından İran sabah ümumxalq üsyanına yuvarlanacaqsa hədəfdə ilk növbədə molla rejiminin özü olacaq. Xalq mollaları qabaqlarına çıxan birinci ağacdan asacaq, amma ölkə uzunmüddətli qarışıqlığa, qarşıdurmalara qərq olacaq, necə ki, alternativsizlik üzündən İraq, Liviya hələ də sakitləşmir, Suriyada vətəndaş müharibəsi səngimək bilmir.
İlham Əliyev də partiyalar haqqında yeni qanunla ölkədə alternativləri məhv etmək, ölkəni İran, İraq, Liviya, Suriyanın gününə salmaq istəyir. İstəyir ki, sabah bir şey olanda ölkə xaosa qərq olsun, xalqın başı qarışsın özünə, bunlar da yaddan çıxıb taladıqlarını xımır-xımır yesinlər. Amma bunun üçün hələ qaçmağı bacarmaq lazımdır.
Maraqlı olan nədir – köhnə qanunla rejim nəyi edə bilmirdi ki, yeni qanunla onu edəcək? Əslində olkədə qapadılmalı, qadağan edilməli yeganə partiya YAP-dır. İstər köhnə, istərsə də yeni təqdim olunan Partiyalar haqqında qanunda qanunun yol vermədiyi, qadağan etdiyi hər cür fəaliyyətlə məşğul olan tək partiya YAP-dır – seçki saxtakarlığı ilə hakimiyyəti ələ keçirib və saxlayır, seçki saxtakarlığı isə dünyada zorun ən sərt tətbiqi hesab olunur. Bütün əsas insan və vətəndaş hüquqları nəinki məhdudlaşdırılıb, hətta yerli-dibli məhv edilib və s.
Bəs məqsəd nədir? Bir tərəfdən müxalifət üçün avtobuslar, yeni konfiqurasiya çabaları, digər tərəfdən 10 min üzv. Cəmi 48 nəfərdən ibarət 48 partiya üçün 480 min üzvü 90 günə haradan tapacaqlar?
Görünür, avtobus müxalifəti Baydenin təşkil etdiyi demokratiya forumunun və Ukrayna müharibəsinin yaratdığı yeni çağırışların avtoritarim üzərinə qoyduğu tələblərə cavab vermir. İlham Əliyevə nəhayət çatıb ki, o çox şey edə bilər, amma özünə istədiyi müxalifəti yarada bilməz. Ona görə bu yeni qanunla istəmədiyi müxalifəti səhnədən götürməyə çalışır.
Bu yeni qanunla Əliyev post Putin dövrünə hazırlaşır. Nə qədər Putin ayaqdadır, Ərdoğan hakimiyyətdədir, daxildəki şəxsi problemlərini həll etmək üçün bütün imkanlarını səfərbər edib. Amma qanunvericiliyi saqqız kimi çeynəməklə elə Putinin yolundan yararlanır. Putinin isə hara dirəndiyini görməmək üçün sadəcə kor olmaq lazımdır.
Bu yeni qanun layihəsinin əsas spesifik xarakteri onun onun ultimativ və ünvanlı olmasıdır: 20 il ölkədə yaşamaq iddiasının ünvanı, 2 seçkini boykot edənlərin ləğvinin hədəfi məlum. 10 min üzv və onlar haqqında bütün məlumatların təqdim olunması. Partiya rəhbərliyindən öz üzvlərinin xəbərçiliyini, satqınçılığını etmək tələb olunur. Və nəhayət, qeydiyyatda olmayan partiyaların fəaliyyətinə yol verilmir. Böyük Britaniyada 400-dən artıq partiyanın yarıdan çoxunun qeydiyyatı yoxdur.
Azadlıq hərəkatı dövründə AXC qeydiyyatdan keçəndən sonra əsas hədəfimiz mübarizəni meydanlardan zallara daşımaq idi. İndi Əliyev bizi yenidən küçələrə, meydanlara qaytarmağa çalışır. Dünya qabağa gedir, xərçəng kimi dala yeriyən təkcə budur.
Belə qanun təbii ki, etirazlarla qarşılanmalı, daş-qalaq edilməlidir. Milli Məclis qarşısında piket təyin etməklə AXCP ilk addımı atdı, amma bu azdır. Özünə partiya, müxalifət deyən bütün qüvvələr kütləvi etirazlara qoşulmalı, bu qanun rədd edilməlidir. Yoxsa keçmışə qayıdıb hər şeyi yenidən küçələrdən başlamaq lazım gələ bilər.