Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Vahid Əhmədov: “Bahalaşmanın qarşısını birtəhər almaq olar, əsas odur, qıtlıq olmasın”

Tarix:7-10-2022, 09:39 Baxış Sayı:112

Vahid Əhmədov: “Bahalaşmanın qarşısını birtəhər almaq olar, əsas odur, qıtlıq olmasın”

“Kəskin bahalaşma ilə bağlı hökumət tərəfindən bu yaxınlarda iclas da keçirildi. Bahalaşma, o cümlədən süni qiymət artımı, infilyasiyanın qarşısının alınması ilə əlaqədar tədbirlər planı işlənib hazırlandı, qəbul olundu, məruzələr dinlənildi. Ölkədə qiymət artımı kifayət qədər yüksəkdir. Biz bunu hiss edirik, əhalidən də çoxlu müraciətlər alıram”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

 

Deputat bildirib ki, qiymət artımının obyektiv və subyektiv səbəbləri var: “Bahalaşma təkcə Azərbaycanın daxilindən asılı deyil. Azərbaycan xaricdən kifayət qədər məhsul, xüsusilə ərzaq və qeyri-ərzaq məhsulları idxal edir. Dünya bazarında da qazla əlaqədar ciddi problem yaranıb. Neftlə bağlı da böyük problem var. Qiymətlər qalxıb. Bu səbəbdən, hətta bəzi ölkələrdə bir sıra fabriklər işlərini dayandırıblar. Yəni qiymət artımı bütün dünyada baş verir. Bunlar obyektiv səbəblərdir. Subyektiv səbəblərə gəlincə, bəzi sahibkarlar, möhtəkirlər heç nəyə baxmadan qiymət artımına yol verirlər. Bu da problemdir. Düzdür, bu istiqamətdə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən tədbirlər görülür. Amma bu tədbirləri daha da genişləndirmək lazımdır”.

 

V.Əhmədov vurğulayıb ki, inflyasiyanı müəyyən qədər cilovlamaq, bahalaşmanın qarşısını almaq üçün hökumətin gördüyü tədbirlər var: “Hesab edirəm ki, bu tədbirləri də genişləndirmək lazımdır. Əlavə Dəyər Vergisi, dövlət rüsumu, süni qiymət artımı ilə bağlı müəyyən təkliflər də səsləndirmişik. Bu təklifləri artıq işləyib, hazırlayıb, həyata keçirmək lazımdır. Təklif verdik ki, ərzaq məhsullarına heç olmasa 1-2%, qeyri-ərzaq məhsullarına isə 25-30% səviyyəsində ƏDV tətbiq edilsin. Düzdür, bir-iki ay daxilolmada müəyyən azalmalar olacaq, amma sonra yenidən bərabərləşəcək, hətta ƏDV-dən əvvəlkindən çox gəlir daxil olacaq. İkincisi, dövlət rüsumu tamamilə hökumətin ixtiyarındadır. İstənilən məhsula sıfır, istənilənə 15 də qoya bilər, 0-15 arası dəyişər. Əsas süni qiymət artımıdır. Süni qiymət artımı ölkədə kifayət qədərdir. Müşahidə edirəm, hətta quş əti məhsullarında da artım var. 20% deyirlər, xeyr, həddən artıq çoxdur. Əvvəllər bahalaşmanı ayda hiss edirdiksə, indi gündə, həftədə hiss edirik. Hökumətin qarşısında duran vacib məsələ müəyyən qədər qiymətlərin bahalaşmanın qarşısını almaqdır. Bahalaşmanın, inflyasiyanın qarşısını bir təhər almaq olar, əsas odur ki, qıtlıq olmasın.  Azərbaycanda faktiki qıtlıq yoxdur, bütün məhsullar var. Ərzaqla bağlı elə də ciddi problem yoxdur”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL