Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Dövlət Departamenti: “Azərbaycan səfirliyi ilə əlaqə saxlayırıq”

Tarix:13-10-2022, 11:02 Baxış Sayı:92

Dövlət Departamenti: “Azərbaycan səfirliyi ilə əlaqə saxlayırıq”

“Amerika Birləşmiş Ştatları zorakılığın istənilən formasını pisləyir və xarici diplomatik missiyaların təhlükəsizliyinin təmin edilməsinə sadiqdir”. “Turan”ın xəbərinə görə, bunu oktyabrın 12-də ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays Vaşinqtonda Azərbaycan səfirliyinin avtomobilinin atəşə tutulması barədə xəbərləri şərh edərkən deyib.

“Bizə bildirdilər ki, oktyabrın 11-də insident baş verib. İstintaq davam etdiyi üçün bu işin təfərrüatları barədə danışa bilmərəm. Əlavə məlumat almaq üçün sorğunuz daha çox ABŞ Məxfi Xidmətinə və paytaxt polis idarəsinə göndərilib”, – N.Prays əlavə edib.

O vurğulayıb ki, onlar Azərbaycan səfirliyinin rəsmi şəxsləri ilə əlaqə saxlayırlar.

“Anladığımız qədər, səfirlik əməkdaşlarından heç biri xəsarət almayıb”, – o, fikrini yekunlaşdırıb.

Səfirliyin xidməti avtomobilinə atəş açılıb

Bu il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açıldığı bildirilir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) oktyabrın 12-də məlumat yayıb.

Məlumatda vurğulanıb ki, baş vermiş hadisə ilə bağlı dərhal Amerika Birləşmiş Ştatlarının (ABŞ) müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib: “ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib…”.

XİN hesab edir ki, son zamanlar xarici ölkələrdəki Azərbaycan diplomatik nümayəndəliklərinə qarşı hücumlar (Paris, Beyrut və s.) sistemli xarakter daşıyır: “Təəssüflə qeyd edirik ki, nə son günlərdə baş vermiş hücumlar, nə də hələ 2020-ci ildə Avropa paytaxtlarında, habelə Los-Anceles şəhərində Azərbaycan diplomatik nümayəndəliklərinə,.. qarşı edilən hücumlarla bağlı açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib”.

Hələlik, bu açıqlamaya ABŞ-ın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Amma son illər Azərbaycan səfirliklərinə hücumlardan sonra həmin ölkə rəsmilərinin məsələlərin araşdırıldığı ilə bağlı açıqlamaları olmuşdu. Təkcə bu il Parisdə, Beyrutda mülki şəxslərin belə hücumlarının olduğu, amma səfirlik əməkdaşlarından heç kimin xəsarət almadığı bildirilib.

Azadlıq radiosu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL