Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

İştə o böyük etiraf gəldi!

Tarix:17-10-2022, 11:14 Baxış Sayı:89

İştə o böyük etiraf gəldi!

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli

İllərdir biz bunları deyirdik, o lənətə gəlmiş neftin istibdadın dirəyi olduğunu anladırdıq, neft oliqarxiyalarının öz xalqlarına və insanlığa yaşatdığı zülmün neftin dünya bazarındakı qiyməti ilə düz mütənasib olduğunu yazırdıq!

2008-ci ildə neft qiymətləri kəllə-çarxa vuranda Rusiya Gürcüstana təcavüz etmədimi?! Həmən ardınca Azərbaycanda Konstitusiya Referendumu ilə əbədi hakimiyyətin yolu açılmadımı?!

2014-cü ildə neftin qiyməti yenidən 130 dolların üstünə qalxanda nə oldu?

Rusiya Krımı işğal etdi!
Azərbaycanda vətəndaş cəmiyyətinin üzərinə yaxın tarixin ən dəhşətli basqısı, repressiyaları gerçəkləşdirildi.

İndi, nəhayət ki, anladılar!
Amma nədən sonra!
Qos-qoca Bayden Səudiyyə vəliəhdi və baş naziri Muhamməd bin Salmanın ayağına- ər-Riyada gedib neftin istehsalını artırmaqla qiymətini aşağı salmaq ricasında bulundu və…rədd cavabı aldı.

Niyə, çünki, hətta Səudlar da dərk edir ki, söhbət Putin davası deyil, avtoritarizm davasıdır və hər nə qədər ABŞ-la strateji tərəfdaş olsalar da Putinlə onları dövlətlərinin milli maraqlarından da üstün maraq birləşdirir: əbədi hakimiyyət marağı.

Və budur, ABŞ-ın ən nüfuzlu siyasətçilərindən biri, Obama dönəmində Dövlət Katibinin Demokratiya, İnsan Hüquqları və Əmək məsələləri üzrə müavini olmuş, hazırda Nümayəndələr Palatasının demokrat üzvü Tom Malinovski etiraf edir:

“Uzun illər, bəlkə də onilliklər ərzində biz dəyərlərimizlə alver edərək onları neftə dəyişmişik. Və indi belə görünür ki, biz dəyərlərimizi heç neftə də dəyişə bilmirik.

Səudiyyə Ərəbistanı bizim qlobal enerji bazarlarının sabitliyindəki maraqlarımızı qorumaq üçün etməli olduğu tək bir şeyi də etmir”.

Lənətə gəlmiş neft diktatorların təkcə sərvətini deyil, gücünü, qüdrətini artırıb onları daha da azğınlaşdırdı, amma məzlum xalqlara bədbəxtlikdən başqa heç nə vermədi(((.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL