Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Xarici diplomatlar Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik ediblər

Tarix:18-10-2022, 17:20 Baxış Sayı:90

Xarici diplomatlar Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik ediblər

Azərbaycanda oktyabrın 18-də qeyd olunan Müstəqilliyin Bərpası Günü münasibətilə xarici diplomatik missiyaların rəhbərləri təbrik mesajları paylaşıblar.

“Bu il ABŞ və Azərbaycan arasında diplomatik münasibətlər qurulmasının 30 illiyini qeyd edirik.

Azərbaycan müstəqillik əldə etdiyi andan etibarən 30 ildir biz enerji təhlükəsizliyi, transmilli təhdidlərə qarşı mübarizə, ikitərəfli ticarətin inkişafı və investisiyaların artırılması, əsas azadlıqlara dəstək sahəsində birgə işi davam etdiririk.

Yuxarıda qeyd edilənlərlə yanaşı, biz əvvəlki kimi Azərbaycanda və bütünlükdə Cənubi Qafqazda dinc və firəvan gələcəyin təmin edilməsinə sadiqik.

Birləşmiş Ştatların adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik”, deyə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Gevara yazıb.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould səfirliyin saytında təbrik videoçarxı yayımlayıb.

“Bu gün Azərbaycan tarixində həqiqətən də əlamətdar gündür. 31 il əvvəl Azərbaycan yenidən müstəqillik əldə edib. Bu gözəl ölkə 70 il SSRİ-nin hakimiyyəti altında yaşayıb, amma öz mədəniyyətini və dəyərlərini qoruyub saxlayıb”, deyə səfir bildirib.

“Son 30 il ərzində biz mədəniyyət, iqtisadiyyat, ekologiya, təhsil, energetika kimi müxtəlif sahələrdə əməkdaşlıq etmişik. Bu əməkdaşlıq ildən-ilə genişlənir, ölkələrimiz və xalqlarımız arasında dostluq möhkəmlənir. Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edirəm”, deyə F.Ould bildirib.

Almaniya səfiri Ralf Horlemann öz təbrikində belə yazıb:

“Azərbaycan Respublikasına müstəqilliyini bərpa etməsinin 31-ci ildönümü münasibətilə səmimi təbriklərimi çatdırmaq istəyirəm. Müstəqillik Gününüz mübarək!”.

Eyni zamanda, Türkiyə, Ukrayna, İsrail, Fələstin, Fransa və digər ölkələrin səfirləri təbrik mesajları dərc ediblər.

Oktyabrın 18-də Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd olunur.

31 il əvvəl – 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Parlamenti Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktı qəbul edib.

Bu sənədlə Azərbaycan Respublikası 1918-20-ci illərdə mövcud olan, bolşevik Rusiyasının işğalı nəticəsində süqut edən Azərbaycan Demokratik Respublikasının varisi elan olunub.

Konstitusiya Aktına əsasən, milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara tam bərabərhüquqluluq zəmanəti verilirdi. 2006-cı ilə qədər 18 Oktyabr qeyri-iş günü idi. Amma 2006-cı ildə parlament qanunvericiliyə dəyişiklik edərək, 18 Oktyabrı bayram günləri siyahısından çıxarıb.

Contact.az

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL