Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Siyasi mühacirin xanımı Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirib

Tarix:19-10-2022, 11:23 Baxış Sayı:101

Siyasi mühacirin xanımı Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirib

Azərbaycanda külli miqdarda narkotik maddə dövriyyəsində ittiham olunaraq həbs edilən siyasi mühacir Anar Əliyevin xanımı Anarə Əliyeva bu gün Daxili İşlər Nazirliyinin qarşısında təkbaşına etiraz aksiyası keçirib.

O, həyat yoldaşına qarşı əsassız cinayət təqibinə, habelə onun ölkədən çıxışına qanunsuz qadağa qoyulmasına etiraz edib.

Anarə Əliyeva bildirib ki, o və həyat yoldaşı Almaniyada humanitar əsaslarla qaçqın statusu alıblar.

Bu il iyulun 8-də xəstə qayınatasını ziyarət etmək üçün Azərbaycana gəliblər. İyulun 25-də həyat yoldaşı saxta narkotik maddə alveri ittihamı ilə həbs edilib.

Üstəlik, onun özünün ölkədən çıxışına qadağa qoyulub, baxmayaraq ki, nə şahid qismində cəlb edilib, nə də təqsirləndirilən şəxs.

Bu qadağaya görə Anarə Əliyeva iki övladı ilə Almaniyaya gedə bilmir.

“Bu qanunsuz qadağaya görə mən peşə təhsilimi davam etdirə bilmirəm, övladlarım isə məktəbdə təhsilini davam etdirə bilmir. Bundan əlavə, kiçik qızım ağır zədədən sonra reabilitasiya kursunu davam etdirə bilmir. Mən həyat yoldaşımın azadlığa buraxılmasını, hüquqlarımızın pozulmasına son qoyulmasını tələb edirəm”, – Əliyeva deyib.

Polis əməkdaşları onu Daxili İşlər Nazirliyinin qəbul şöbəsinə qədər müşayiət ediblər və ölkədən çıxışına qadağanın götürülməsi üçün nazir Vilayət Eyvazova ərizə yazmasını istəyiblər.

Ona bildirilib ki, Daxili İşlər Nazirliyinə müraciətilə bağlı gün ərzində ona cavab veriləcək. 

Contact.az

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL