Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Feysbukun “siyasi polisləri” müxalifətdən nə istəyirlər?

Tarix:20-10-2022, 09:27 Baxış Sayı:97

Feysbukun “siyasi polisləri” müxalifətdən nə istəyirlər?

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı

Görmüsünüz ki, bir demokratik ölkədə hakimiyyət etiraz edənləri hansısa xarici ölkəyə bağlaya, onları etiraz etdikləri üçün Vətənə xəyanətdə, düşmənə xidmətdə ittiham edə? Yox, ola da bilməz. Çünki, insanların hansısa ölkəyə simpatiyası olub olmaması onların öz işidir və etiraz, sərbəst toplaşmaq haqqını buna görə məhdudlaşdırmaq olmaz. Maraqlıdır ki, demokratik ənənəyə malik , rifahın təmin olunduğu cəmiyyətlərdə insanlar öz ölkələrində özlərini rahat, məmnun hiss etdikləri üçün, heç başqa ölkələrin də tərəfdarına, simpatizanına çevrilmirlər. Bu cür hallar insanları öz həyatından, məmləkətindən küsdürən avtoritar rejimlərin hökm sürdüyü ölkələrə məxsus mənfi haldır.
Əgər, ortada hər hansı xarici dövlətlə məxfi əməkdaşlıq varsa, ölkənin milli təhlükəsizlik maraqlarına qarşı kənar qüvvələrlə işbirliyi həyat keçirilirsə, bunu müəyyən etmək və məsuliyyətə cəlb etmək, xüsusi xidmət orqanlarının işidir. Gözümüzün qabağında hətta bərkiməmiş demokratiyası olan Ermənistanda belə açıq aşkar Rusiyaya bağlı olan Köçəryanın liderlik etdiyi ruspərəst müxalifətə belə “sən Rusiyaya xidmət edirsən” deyib mitinq keçirmək haqqını əlindən almırlar.
Bizdə isə xalqın sərbəst toplaşmaq azadlığını tələb etmək üçün aksiya təyin edən kimi, hökumətin “siyasi polisləri” sosial şəbəkələrə tökülüşüb başlayırlar ki, bəs bu dövlətçiliyə qarşıdır, xarici dairələrin sifarişidir. Beləcə “siyasi çavuşlar” söz dubinkasını ələ alaraq başlayırlar “mitinqi dağıtmağa”.
Belə çıxır ki, ölkə konstitusiyası və sərbəst toplaşmaq azadlığı ilə müəyyən olunmuş hüquq, azadlıqlardan istifadə etmək Vətənə xəyanət imiş, xarici dövlətlərə işləmək imiş. Bu Stalinist düşüncə ilə ölkəni diktaturaya sürükləmək istəyənlər ancaq hələ bir dəfə deməyiblər ki, bəs nə vaxt vətəndaşlar öz sərbəst toplaşmaq azadlığından istifadə edəndə, bu Qərbə işləmək, dövlətçiliyə qarşı gəlmək sayılmır ?
O zaman zəhmət çəkib qanuna bunun şərtlərini də yazsınlar ki, biz də işimizi bilək. Məsələn, “Sərbəst toplaşmaq azadlığı haqqında qanuna” yazmaq olar ki, Qaradağ da mitinq keçirmək dövlət maraqlarına uğundur, ancaq, Bakıda “Qələbə” meydanında aksiya etmək Vətənə xəyanət, xarici maraqlara xidmət etməkdir. Belə olarsa biz də, “siyasi polislər” işini bilər.
Yuxarıda dedik axı, bütün demokratik ölkələrdə insanların etiraz aksiyaları keçirməsi normal, adi bir hal sayılır. Ancaq avtoritar rejimlərdə hakimiyyətlər bilirlər ki, xalqı əzirlər, soyub talayırlar, ona görə də öz, siyasətlərinin yaratdığı ictimai narazılığı gizlətmək üçün ya etiraz hüququnu boğurlar, ya da ki, etiraz edənləri xarici ölkələrə bağlayamaqla, guya ölkədə narazılıq üçün heç bir səbəb olmadığını, xaricdən gələn sifarişlə aksiyalar keçirildiyini idda edirlər.
Biz isə “siyasi polislər”in nə deməsindən asılı olmayaraq, ölkəmizin normal inkişaf yoluna çıxması, köklü demokratik islahatlar keçirilməsi və sərbəst toplaşmaq haqqımızın bərpası tələbi ilə bu ayın 24 də saat 4-də BŞİH qarşısında növbəti etiraz aksiyamızı keçirəcəyik.
Ya azadlıqlarımızın əlimizdən alınması ilə barışmalı, ya da ki, mübarizə apararaq onların geri qaytarılmasına nail olmalıyıq.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL