Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

İran Azərbaycana qarşı müharibə edə bilərmi ?

Tarix:23-10-2022, 14:37 Baxış Sayı:105

İran Azərbaycana qarşı müharibə edə bilərmi ?

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı

İran nə istəyir? Sərhəddəki hərbi təlimlərin məqsədi nədir? Hadisələrin gedişi onu göstərir ki, İran məqsədi şəkildə Azərbaycanla münasibətləri gərginləşdirir. Belə görünür ki, İranın son hərəkətləri ilə bir tərəfdən Azərbaycanı birbaşa, açıq şəkildə təhdid edir , digər tərəfdən isə Ermənistanı birtərəfli şəkildə dəstəkləməklə Azərbaycanla aparılan sülh danışıqlarını pozmağa çalışır.
Ancaq məntiqlə İran Cənubi Qafqazda Qərbin iştirakını, təsirini artırmağa çalışan Ermənistanı özü üçün təhlükə hesab etməli, Rusiyaya sığınıb anti-Qərb ritorikasına köklənən Azərbaycan hakimiyyətinə qarşı daha loyal davranmalı idi. Reallıqda isə biz, bunun tamamilə əksini görürük. Niyə?

  1. İran və Rusiya hakimiyyətləri Qərbin Cənubi Qafqazda iştirakını özləri üçün təhlükə hesab edirlər və bu səbəbdən ikisi də Brüsselin vasitəçiliyi ilə aparılan Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını pozmaqda maraqlıdırlar. O üzdən də, Rusiya Azərbaycanı, İran da Ermənistanı özünə yaxınlaşdıraraq, bu iki ölkəni yeni bir hərbi qarşıdurmaya təhrik etməyə çalışırlar. Bu baxımdan İran xarici işlər naziri Abdullahianın “Ermənistanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir” bəyanatı, açıq şəkildə Ermənistanı Azərbaycana qarşı dəstəkləmək və aqressiv davranışlara vadar etmək məqsədi güdür.
  2. İranda baş verən 1 aydan artıq davam edən xalq etirazları rejimi ciddi şəkildə sarsıdaraq öz cəmiyyəti ilə münaqişə vəziyyətinə salıb. Adətən belə vəziyyətlərdə despotik rejimlər çıxış yolu kimi xarici düşmən təhlükəsi yaradaraq, daxili ixtilafları bir kənara qoymaq, kənar təhlükəyə qarşı birləşmək çağırışlarına əl atırlar. Bu baxımdan Azərbaycan həm İran rejiminin təbri ilə desək “Sionizmin” (İsrailin) Qafqazdakı müttəfiqi hesab olunmasına, həm də daha zəif rəqib olmağına görə, Tehran rejimi üçün daha əlverişli və legitim hədəf hesab oluna bilər.
  3. İran gerçəkdən də hesab edir ki, Ermənistanın hətta öz suverenliyi daxilində Zəngəzur istiqamətində kommunikasiyaların açılmasına razılaşması regional geosiyasi tarazlığı Türkiyənin xeyrinə dəyişə, Tehran isə oyundankənar vəziyyətə sala bilər. Bu zaman bir tərəfdən Azərbaycanla Naxçıvan arasındakı əlaqə İranın nəzarətindən çıxa bilər, digər tərəfdən isə Mərkəzi Asiyanın Türk Cümhuriyyətləri ilə dəmir yolu əlaqəsi Türkiyəyə həm iqtisadi, həm də ki, siyasi təsir gücünü kommunikasiya şəbəkəsi boyu yaymağa imkan yaradar. Bu baxımdan İranın aqressiyası, həm də onun regional oyunçu kimi rolunu zəiflədəcək Zəngəzur nəqliyyat layihəsinin doğura biləcəyi siyas və iqtisadi nəticələrə görədir.
  4. İran açıq büruzə verməsə də, hər nə qədər görməzdən gəlməyə çalışsa da, çox narahatdır ki, ABŞ və İsrail İrandakı ictimai etirazları daha da böyütmək və dərinləşdirmək üçün Azərbaycan türklərinin milli narazılığından istifadə edə bilərlər. Azərbaycan da bu məsələdə İsrailə dəstək verərsə, işbirliyinə gedərsə, bu, gerçəkdən də İran daxilindəki etiraz tonqalının üstünə benzin tökmək effekti verə bilər. Ona görə də İran sərhəddə keçirdiyi təlimlərə Araz çayını keçmək məşqini daxil etməklə, açıq və kobud bir şəkildə Azərbaycana güc nümayiş etdirərək bu cür planlardan uzaq durması üçün təzyiq edir.
    Biz yuxarıda İranın aqressiyasının mümkün səbəblərini izah etdik. Bu səbəbləri nəzərə alaraq İranın Türkiyə və İsrail faktoruna görə ölkəmizə qarşı təcavüz istəklərini gerçəkləşdirmək imkanında olmadığlnını düşünürük. Çünki İranın Azərbaycana təcavüzü Türkiyə ilə əlavə bir qarşıdurma yaratmaqla bərabər, həm də İrana zərbələr endirmək üçün fürsət axtaran İsrailin hərbi planıarının işə düşməsinə də səbə ola bilər.
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL