Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
“Turan ” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev
Cənubi Qafqaz kontekstində Azərbaycan və Ermənistan arasında birbaşa sülh danışıqları getdikcə daha dəqiq konturlar qazanır, Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana bir günlük işgüzar səfəri bunu göstərir.
Əliyev oktyabrın 24-də Tbilisiyə gəlib və 2021-ci ilin yazından Bakı və Yerevan arasında məkik diplomatiyası həyata keçirən Gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə məsləhətləşmələr aparıb. Onun siyasəti, xüsusən, Ermənistanın 1992-2020-ci illərdə Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxladığı müddətdə yaratdığı minalanmış sahələrin xəritələri müqabilində 15 erməni hərbi əsirinin azad edilməsi ilə nəticələnib.
Azərbaycanın və Ermənistanın vasitəçilik missiyasını qəbul etdiyi Gürcüstan tərəfləri böyük sül sazişini imzalamağa ən az danışıqların Avropa və Rusiya formatları qədər yaxınlaşdıran məxfi rabitə kanalını təmin etməyə müvəffəq olub. İlham Əliyev və Nikol Paşinyan oktyabrın 6-da Avropa Şurasının sədri Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə Parisdə keçirilən görüşdə sülh sazişini imzalamağa hazır olduqlarını bildiriblər.
“Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün, eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq”, deyə Əliyev Muxrani sarayında keçirilən yekun mətbuat konfransında bildirib.
“Cənab Prezident, Sizin Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə Praqada irəli sürdüyünüz təşəbbüsü də dəstəkləyirəm”, deyə Qaribaşvili bildirib.
Bu bəyanatlardan belə bir nəticə çıxarmaq olar ki, Yerevan sülh sazişini imzalamağa və üçlü formatda postmünaqişə prosesinə başlamağa razılaşıb. Keçmişdə Ermənistan Əliyevin təklif etdiyi Cənubi Qafqaz əməkdaşlıq formatının yaradılması təşəbbüsündən imtina edirdi.
Əliyev Cənubi Qafqaz regionunda dayanıqlı sülhü bərqərar etmək üçün üçtərəfli Azərbaycan-Ermənistan-Gürcüstan formatından istifadə etməyi ilk dəfə bu il iyunun 17-də IX Qlobal Bakı Forumunda təklif edib.
O, Altılar Platforması (Erdoğan tərəfindən İkinci Qarabağ müharibəsindən sonra irəli sürülüb. Cənubi Qafqaz ölkələrini – Azərbaycan-Ermənistan-Gürcüstan və qonşu ölkələri – İran-Türkiyə-Rusiyanı ehtiva edirdi) və beşli format (Gürcüstan baş naziri İrakli Qaribaşvili tərəfindən irəli sürülmüşdü və Azərbaycan-Ermənistan-Gürcüstan və Aİ-ABŞ-ı ehtiva edirdi) arasında aralıq formatdır. Formatlar 3+3 və 3+2 kod adlarını alıb. Birinci format Türkiyənin iştirakı ilə əlaqədar Ermənistanı, ikinci Rusiyanın iştirakı ilə əlaqədar Gürcüstanı qane etmirdi.
Bizim mövqeyimiz aydındır, Gürcüstan hökumətinin mövqeyi də aydındır ki, biz dialoqa və əlaqələrə başlamalıyıq. Amma, əlbəttə ki, Ermənistan olmadan bu mümkün deyil, deyə Əliyev Bakı Forumunda bildirib. Həmin vaxt Ermənistan Gürcüstanın vasitəçiliyi ilə Cənubi Qafqaz ölkələrinin XİN başçılarının təklif olunan görüşündə iştirak etməkdən imtina edib.
Amma bir ay sonra, iyulun 16-da Qaribaşvilinin vasitəçiliyi ilə Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın ilk birbaşa görüşü keçirilib. Sonradan formalaşdırılmış işçi qruplar faktiki olaraq öz kanalları ilə bütün mübahisəli məsələləri razılaşdırıblar, son nəticədə bu razılaşmalar oktyabrın 6-da Praqada qeyd-şərtsiz sülh sazişinin bağlanması haqqında razılaşmaya çevrilib. Ermənistanın Qarabağın ermənilər məskunlaşan ərazisinin statusunun müəyyən edilməsi tələbi əsas qeyd-şərtlərdən biri idi.
Məntiqli sual yaranır: Qərb və Rusiya Ermənistan-Azərbaycan sülh prosesini pozmaqda bir-birini ittiham etdiyi bir vaxtda Azərbaycan və Ermənistan qarşıdurmanı keçmişdə qoyub, “üçlər” çərçivəsində müttəfiqlik münasibətlərinə keçə biləcəkmi?
Çox güman ki, bəli. Əliyevin üçtərəfli təşəbbüsünün kompromisli, bloklardankənar və 3+3 və 3+2 sülhyaratma formatları arasında aralıq format olması buna dəlalət edir.
Astna.biz