Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Yaxud, Əli Əhmədovun dayanıqsız arqumentləri
Hökumət sözçüləri yenə də rüsvayçılqları ört-basdır etmək üçün yalanlardan yorğan düzəltməklə məşğuldu. Amma rüsvayçılığın miqyası o qədər böyükdür ki, heç bir yalan yorğanı bu rüsvayçılığı örtməyə qadir deyil.
Bu dəfə də həqiqəti şərləmək işinə Əli Əhmədov girişib. “Azərbaycan son 15 il ərzində iqtisadiyyatını 3,5 dəfə artırıb. Azərbaycan Minilliyin İnkişaf Məqsədləri çərçivəsində ən yüksək inkişafa nail olmuş azsaylı ölkələrdən biridir”- deyə Əli Əhmədov bildirib.
Xatırladaq ki, baş nazirin müavini olan Əli Əhmədov, həm də Dayanıqlı İnkişaf Şurasının sədridir. Bir ölkədə ki, inkişafın dayanıqlılığını bu adam tapşırıblar, o ölkədə inkişafa “rəhmətlik” demək olar.
Təsəvvür edin ki, 25 milyardlıq dövlət büdcəsi əriyərək 8-9 milyard dolar olub, xarici borc şişərək 25 milyard dollara qalxıb, millii valyuta “itən məzənnə”yə çevrilib, xarici şirkətlər sürətlə ölkəni tərk edir, vətəndaş üçün intihar çıxış yolu sayılır, ölkədə minimum əməkhaqqı 116 manatdı və Əli Əhmədov “ən yüksək inkişaf Azərbaycandadır” deyir. Artıq işlətdikləri ifadələrə görə utanmırlar, yalanlara görə kompleks keçirmirlər və vətəndaşın üzünə qarşı ağ-qırmızı yalanlar danışırlar. Azərbaycan kimi bir məmləkətəi dünyaya korruosiya, repressiya, hüquqsuzluq ölkəsi kimi tanıdıblar, bütün sahələri iflic vəziyyətə salıblar, onminlərlə plkə vətəndaşı Avropaya qaça bilmək üçün yollar axtarır və belə bir vaxtda Əli Əhmədov yoxsulluğun, işsizliyin kökünün kəsilməsindən danışır.
Ölkənin vətənpərvər, mübariz, intellektual təbəqəsini şərləyib həbsə atıblar, məhəkəmələri əl oyuncağına çeviriblər, səhiyyəni, təhsili “rüşvət yuvası” ediblər və rahatlıqla bütün bunları “sürətli inkişaf” adlandırırlar.
Faktiki olaraq bu hakimiyyət Azərbaycanı miniliyin ən geridəqalmış ölkəsinə çevirdi. Düşmən Ermənistanda əməkhaqqından tutmuş, insan haqlarının vəziyyətinə qədər bütün göstəricilər Azərbaycanı üstələyir. Azərbaycan minilliyin ən inkişaf etmiş ölkəsi ola biməsə də, hökumətimiz minilliyin ən rüsvayçı hökuməti olmağı bacarıb.
Göründüyü kimi, Əli Əhmədovun bütün arqumentləri dayanıqsızdır. Bu yalanların nəinki 40 gün, heç 40 saniyə də ömrü yoxdur. Çünki, ölkədəki acınacaqlı vəziyyəti hər bir vətəndaş öz həyatında hiss eləyir. 24 ildə ən elemnetar problümlərin həllinə nail olunmayıb, amma rejimoloqlar sürətli inkişaf nağılları danışmağa davam edirlər.
Reallıq budur ki, hökumət komnadası daimi inkişafdadır, dünyanın hər yerində malikanələri, biznes imperiyaları, pulları var və “inkişaf” deyəndə şəxsi inkişaflarını nəzərdə tuturlar.
Tural Milli