Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Azərbaycan müxalifətindən “bizdə də Navalnı meydana çıxacaq” bəyanatları

Tarix:14-06-2017, 11:54 Baxış Sayı:180

Azərbaycan müxalifətindən “bizdə də Navalnı meydana çıxacaq” bəyanatları

Pənah Hüseyn: “Navalnıdan da mübariz və təcrübəli siyasətçilərimiz var ki, prosesi aparmaq iqtidarındadırlar”


Rusiyada korrupsiya əleyhinə mitinqlər ölkəni tədricən bürüməkdədir. Mitinqlərin təşkilatçısı olan müxalifətin isə yeni parlaq lideri meydana çıxıb - 41 yaşlı Aleksey Navalnı. Artıq dünyanın ən nəhəng telekanalları, informasiya agentlikləri ondan danışır, onu “parlayan siyasi ulduz” adlandırır. Keçmişdə vəkil olmuş Navalnının üzünə bu ilin aprel ayında yaşıl maye atılması və nəticədə bir gözünün kor olması, bundan əvvəl həbs olunması, iyunun 12-də təşkil etdiyi mitinqə gedərkən isə evinin yanındaca növbəti dəfə həbs olunması və etiraz nümayişlərinin təşkil olunması ilə bağlı qanunun dəfələrlə pozulması ittihamı ilə 30 gün inzibati həbs cəzasına məhkum edilməsi isə onun nüfuzunu daha da artırıb. Navalnının internet üzərindən bir çağırışı yetir ki, Rusiya kimi nəhəng dövlətin dörd bir yanında insanlar küçələrə çıxsın. 
O, sistemə qarşı faktiki təkbaşına mübarizə aparır, həbslərdən və çoxsaylı məhkəmə çəkişmələrindən qorxmur, sistemin üstünə gedir və tərəfdarlarının sayını getdikcə artırır. Moskvada icazəli yürüşün səmtini dəyişməklə Rusiya hakimiyyətini “Rusiya günü” bayram əhval-ruhiyyəsindən məhrum etdi. Hamı bayramdan danışmaq əvəzinə Navalnıdan danışır.


Yaxın qonşuluğumuzdakı Rusiyada cərəyan edən proseslərin Azərbaycana da təsiri həmişə olub. Bəs Azərbaycan müxalifətinin “Navalnısı” varmı və olması gözlənilirmi?

Bildresultat för penah huseynov

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirdi ki, Azərbaycan müxalifətinin zaman-zaman ciddi yüksəliş dövrləri olub və böyük mitinqlər təşkil etdiyi zamanlar kifayət qədərdir: “Azərbaycan müxalifətinin 2005-ci ilə qədərki, 2012-2013-cü illərdəki aktivliyi heç də özünün miqyasına, formasına görə Rusiyada indi müşahidə olunan aktivlikdən aşağı olmayıb. Hazırda Azərbaycan siyasi müxalifəti kütləvi aksiyalar sahəsində proseslərə təsir məsələsində ən böhranlı dövrünü yaşayır. Rusiya isə yalnız son bir ildə müşahidə olunan siyasi aktivliyi çıxsaq, belə dövrü yalnız 2000-ci illərin birinci 10 illiyində keçib. Ölkənin miqyasını, əhalinin sayını da nəzərə almaq lazımdır. Azərbaycan miqyasına və əhalisinin sayına görə Rusiyadan çox fərqlidir. Azərbaycanda indi müşahidə olunan siyasi passivlik müvəqqəti haldır. Azərbaycan siyasi müxalifətinin sıralarındakı liderlərin əksəriyyəti xalq hərəkatının önündə getmiş şəxslərdir. Amma yeni nəsil də gəlir. Bura gənclik hərəkatı liderlərini də aid etmək olar. O baxımdan, prinsip etibarilə hansısa siyasi liderlərin meydana çıxmasını da heç vaxt istisna eləmək olmaz. Siyasi fəallıq anlarında, siyasi proseslərin aktivləşməsi fazasında Azərbaycanda hazırda ortada olan siyasətçilər sırasında Navalnıdan da mübariz və təcrübəli siyasətçilərimiz var ki, prosesi aparmaq itqidarındadırlar”.

Image result for Ümid Partiyasının sədri İqbal Ağazadə


Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirdi ki, Azərbaycanda da Rusiyadakı kimi proses və bu prosesin “Navalnı”sı meydana çıxa bilər: “Rusiyada gedən siyasi proseslərin ölkəmizə təsir imkanları bu gün də var. Rusiyadakı mitinqlərin Azərbaycana təsirinin olmadığını görməmək doğru olmaz. Navalnının ortaya çıxmasına gəlincə, Navalnı prosesə təkan verən və prosesi təşkil edən qüvvədir. Amma Navalnı Rusiyanın gələcək prezidenti deyil. Hətta seçkilər olsa belə, Navalnı bu prosesə qatılmaz. Navalnı, sadəcə, dinamikliyi təşkil eləyən vətəndaş cəmiyyəti lideridir. Azərbaycanda da bu tipli proseslər ola bilər, müxtəlif adamlar meydana çıxa bilər. Amma biz ciddi siyasi institut kimi vətəndaş liderliyinə yox, ölkənin siyasi hakimiyyətinə iddia edirik və hakimiyyət uğrunda mübarizə aparırıq. O proseslərdən sonra keçirilə biləcək seçkinin qalibi ola bilərik. Amma Navalnının rolunu burada oynaya biləcək kifayət qədər başqa insanlar ola bilər”.

 

Mehdi Yazar

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL