Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Fuad Əhmədli 4 il azadlıqdan məhrum edildi

Tarix:16-06-2017, 11:30 Baxış Sayı:219

Fuad Əhmədli 4 il azadlıqdan məhrum edildi

Hədəfimiz də, səngərimiz də, mübarizə yolumuz da, məqsədimiz də birdir, dəyişməzdir”.

AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədli 4 il azadlıqdan məhrum edilib.

Bu haqda bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarıb.

Fuad Əhmədlinin məhkəmədə son sözlə çıxış edib. Onun çıxışını təqdim edirik:

“İstədim bir dəfə də olsa, zərrə qədər inanım ki, heç olmasa, bir dəfə ölkənin məhkəmə sistemi bir nəfəri, onun şəxsi istəklərini yox, Azərbaycan dövlətinin maraqlarını müdafiə edəcək. Təəssüf ki, olmadı.
Ümumilikdə hüquqlarının necə pozulduğunu anlaya bilməyən zərərçəkmşlərin, nəyə şahidlik etməli olduğunu başa düşməyən şahidlərin və aldığı sifarişi bacardığı və bacarmadığı bütün üsullarla yerinə yetirməyə çalışan sözdə dövlət ittihamçısının yer aldığı bu satirik tamaşanı mən yalnız bir cümlə ilə xarakterizə etmək istərdim: Susmadım, savaşdım, şərləndim və girovam!

Amma düzünü desəm, özümdən daha çox çox aylarda “cənab hakim” və “cənab prokuror” tutillları fonunda məhz sizin düşdüyünüz duruma acıyıram. Heç şübhəsiz ki, ən qatı düşmənimə belə arzulaya biıməyəcəyim bu durumu yaşamanız yerinə hələ 2-ci, 3-cü iclasda sifariş sahibi olanlara geri dönüb heç olmasa “vallah bu dəfə heç cür alınmadı” cavabını versəydiniz bu qədər gülünc vəziyyət yaranmazdı. Cənablar, sizin adınıza tam səmimiyyətimlə təəssüf edirəm. Təəsssüf edirım ki, vaxtilə millətimizin müstəqillik savaşını açıq düşmənçilik edən general Yazov,  general Serbakov, Stepan Şamiyan və Əlikram Bayramov kimi ayrı-ayrı şəxslər şanlı tariximizin arzulaolunmaz və qaranlıq səhifələrində mənfi obrazlar olaraq səciyyətləndirildyi kimi siz də tarixdə bu cür qalacaqsız. Amma şəxsən mən sifarişçi kim olursa-olursa və sifariş nə olursa-olsun bu cür rəzil bir iş tutmağa razı olmazdım. Etiraf etmək tələb olunursa,  bəli bəlkədə mən vəzifə səlahiyyətlərini aşmışam. Bu torpaqlar da bu məmləkətdə işıqlı sabah və müstəqillik uğrunda mübarizə ilə səlahiyyətləndirildiyim halda, ilk gündən bəri üzərimə düşəndən daha artığını eləməyə çalışmışam. Heç olmasa, buna görə mühakimə olunsaydım, həbsimə belə etiraz etməzdim.

Geridə qalan on ay ərzində şəxsimə və ailəmə göstərdikləri hərtərəfli və misilsiz dəstəyə görə əqidə yoldaşlarıma sonsuz minnətdarlığımı bildirirəm. Sadəcə, ricam var: kimsə mənə və ya ailəmə “Qəzan mübarək, bəy” tipli xitablar müraciət etməsin. Çünki mən qəzamı deyil, istiqlal davasının nisbətən çətin mərhələsini yaşadığımı düşünürəm. Çünki mənim əsl qəzam Seymur Həzi, Taleh Bağırzadə, Gözəl Bayramlı, Faiq Əmirli, İlkin Rüstəmzadə, Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, İlqar Məmmədov, Bayram, Qiyas kimi cəsur insanlar əsir götürülərkən yaşanıb. Bu dəfə isə olsa-olsa, qarşı düşərgənin çılpaqcasına qorxu nümayişindən daha artıq deyil.

Dostlar, unutmayaq ki, sizlərin rəşadəti, qədirbilən bacı və qardaşlarımızın mübarizəsi, hüquq və ədliyyə sahəsinin admiralı sayıla biləcək dəyərli vəkillərin, cənab Əsabəli Mustafayevin müstəsna təcrübəsi və ən əsası, canımız fəda olası analarımızım duaları sayəsində görüşəcəyimiz gün də uzaqda deyil.

Bundan daha vacibi isə  respublikamızın müstəqilliyinə və milli istiqlaliyyətimizə qovuşacağımız gündür. Buna görə, fürsətdən istifadə edib müəyyən mənada, ölkə rəhbərliyinə təşəkkür edirəm ki,  cameəmizin neçə-neçə dəyərli oğul və qızları olan sizlər hələ də öz milli azadlıq səngərini qoruduğu bir vaxtda, aranızda ən cəsatətsiz olan məni həbs etdilər.
“Qurtuluş günü” ərəfəsində illərin məhbəsinə məhkum edilməyim isə bir ayrı növ özünüifşa sənədinin təntənəsidir.
Qısaca, heç nə dəyişməyib yoldaşlar. Balaca tədbirlər də və virtualda üzrlü səbəbdən gec-gec görünəcəyimi nəzərə almasaq, əmin ola bilərsiz ki, yanınızdayam. Hədəfimiz də, səngərimiz də, mübarizə yolumuz da, məqsədimiz də birdir, dəyişməzdir. Bir Fuad gedər, yerinə mini gələr.

Yaşasın hürriyyət aşiqləri!
Yaşasın istiqlaliyyət davamız!
Yaşasım doğma respublikamız -Azərbaycan”!

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL