Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Fərid Şahbazlı: Xarici ölkələrin gəncləri bu konfransa qatılmamalıdır

Tarix:19-06-2017, 14:11 Baxış Sayı:179

Fərid Şahbazlı: Xarici ölkələrin gəncləri bu konfransa qatılmamalıdır

2017-c ili 14-17 sentyabr tarixlərində Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində beynəlxalq gənclər konfransının keçirilməsi planlaşdırılır. Ermənistanın İdman və Gənclərlə İş üzrə Nazirliyi tərəfindən təşkil ediləcək konfransın məqsədi guya gənc mütəxəssislərin iştirakı ilə qondarma rejimin tanınmasının problem və perspektivlərini müzakirə etməkdir.

Məsələ ilə bağlı açıqlama verən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı qeyd edib ki, belə bir konfransın keçirilməsinə cəhd Ermənistanın növbəti siyasi təxribatı və beynəlxalq hüquq normalarına etdiyi hörmətsizlikdir:

“Konfrasının keçirilməsinin nəzərdə tutulduğu ərazilər Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarıdır. Bu ərazilərin Ermənistan tərəfindən işğalı və orada heç bir dövlət tərəfindən tanınmayan qondarma cinayətkar rejimin yaradılması faktı bütün dünya tərəfindən qəbul edilməkdədir.

Ermənistanın dəvəti ilə bu ərazilərdə hər hansı konfransda iştirak etmək beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tamamilə ziddir. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərlər ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin pozulması faktıdır və bu hüquqi məsuliyyət yaradır. Biz bu konfransda iştirak üçün dəvət olunan xarici ölkələrin gənclərini diqqətli olmağa, Ermənistanın yalanlarına uymamağa və işğalçı dövlətin təxribatçı əməllərinə alət olmamağa çağırırıq”.

F.Şahbazlı qeyd edib ki, Ermənistanın növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmaq və özünün işğalçılıq siyasətini legitimləşdirmək cəhdi nəticə verməyəcək:

“Bu gündən etibarən bu konfransa dəvət olunması ehtimal edilən bütün beynəlxalq gənclər təşkilatlarına Ermənistanın işğalçılıq siyasəti və bu konfransın təxribatçı mahiyyəti ilə bağlı məlumat xarakterli müraciətlər edəcəyik. Eyni zamanda xarici KİV və sosial şəbəkələr üzərindən işğalçı rejimin bu qanunsuz fəaliyyəti ilə bağlı davamlı məlumatlandırma kampaniyaları təşkil edəcəyik”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL