Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Rusiyada “yeni SSRİ” çağırışları artır – xülya yoxsa reallıq?

Tarix:20-06-2017, 15:57 Baxış Sayı:219

Rusiyada “yeni SSRİ” çağırışları artır – xülya yoxsa reallıq?

“Bu cür imkanlarla imperiyanı və kiril əlifbasının bərpasını ancaq yuxularında görə bilərlər” - politoloq

Rusiyada növbəti dəfə SSRİ-ni bərpa etmək çağırışları edilməyə başlayıb. Bundan bir neçə gün öncə isə keçmiş SSRİ məkanında kiril əlifbasına keçid çağırışı edildi. Çağırış yenə Moskvadan idi. Maraqlıdır ki, Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, YAP-ın Siyasi Şurasının və İdarə Heyətinin üzvü Arif Rəhimzadə müsahibəsində bu çağırışa sanki dəstək verirmiş kimi “Azərbaycan xalqının dünyaya çıxışı üçün rus dili ingilis dilindən daha vacibdir” açıqlaması ilə çıxış etdi.

Maraqlıdır, bütün bunların eyni vaxtda baş verməsi təsadüfdür, yoxsa əlaqəli prosesin tərkib hissələridir?


Politoloq Elxan Şahinoğlu bildirdi ki, bir neçə il öncə Rusiya prezidenti Vladimir Putin müsahibələrinin birində söyləmişdi ki, SSRİ-nin dağılması əsrin böyük faciəsi idi. Bu sözlərlə Putin imperiya tərəfdarı olduğunu göstərmişdi. Elə Rusiya qoşunlarının 2008-ci ildə Gürcüstana müdaxiləsi, 2014-cü ildə Krımı işğal etməsi və Donbas separatçılarına verdiyi dəstək Kreml sahibinin SSRİ qurmaq istəyindən irəli gəlir: “Rusiyada SSRİ-nin xisləti ilə yaşayan yalnız Putin deyil, başqaları da var.

Rusiyanın Dağlıq Qarabağ münaqişəsini həll etməməkdə məqsədi də SSRİ-nin bərpa edilməsi ümidləri ilə bağlıdır. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli həm Azərbaycanın, həm də Ermənistanın Rusiyanın təsirlərindən qurtarması deməkdir. Moskva Dağlıq Qarabağ münaqişəsinin həllini məhz ona görə sürətləndirmir ki, həm Azərbaycan, həm də Ermənistan daima ondan asılı olsun və bir gün yeni imperiyanı bərpa etdikdə hər iki ölkə yenidən Rusiyanın formalaşdıracağı birliyə daxil olsun. Rusiyanın bütün perimetr boyu münaqişələrin varlığı Kremlə təsir imkanlarını itirməmək baxımından lazımdır. ”Parçala və hökm sür" yanaşmasından Kreml hələ imtina etməyib. Bu istəklərə baxmayaraq, SSRİ-nin bərpası hazırkı Rusiyanın imkanı xaricindədir".


Politoloq qeyd etdi ki, bunun 3 önəmli səbəbi var. Birincisi, 25 ildir müstəqil olan dövlətlərin əksəriyyəti, bəlkə də tamamı SSRİ və ya ona bənzər quruluşun bərpasını istəmirlər. Hətta Rusiyaya hamıdan çox bağlı olan Belarus və bu ölkənin prezidenti Aleksandr Lukaşenko belə Moskvanın qulu olmayacağını dəfələrlə bəyan edib: “Sərhədləri, fabrik və zavodlarının əksəriyyəti Rusiyanın nəzarətində olan Ermənistan da köhnə imperiyanın bərpasını istəməz. Təsadüfi deyil ki, SSRİ-nin son ilində ölkənin dövlət quruluşu ilə bağlı referendum keçiriləndə Ermənistan bu referendumda iştirak etmədi. Yəni demək istədi ki, Ermənistan SSRİ-dən kənardır. Əgər Rusiyanın müttəfiqləri bu ölkənin hegemonluğunu qəbul etmirlərsə, o biri dövlətlərdən danışmağa dəyməz. Yox, əgər Rusiya ötən əsrin əvvəllərində olduğu kimi güc yolu ilə imperiyanı bərpa etmək istəsə, qarşısında onlarla müharibəni görəcək. Heç bir dövlət müqavimətsiz Rusiyanın imperiya istəklərinə təslim olmayacaq. Onda Moskva ondan qorxsun ki, Rusiyanın özü dağılmasın.


İkincisi, Qərb dövlətləri SSRİ və ya buna bənzər imperiyanın yenidən xortlamasına imkan verməzlər. Qərb dövlətləri 70 il ərzində SSRİ-nin sütunlarını zəiflədib sonda bu imperiyanı ona görə tarixin arxivinə göndərmədilər ki, yenidən başqa formada ortaya çıxmasına imkan versinlər. Müstəqil Dövlətlər Birliyi və ya Gömrük İttifaqı ilə Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı SSRİ deyil, sözdə dövlətlərin bərabərhüquqlu əməkdaşlığını diktə edir. Ancaq Rusiya nə vaxtsa bu təşkilatları öz orbiti ətrafında birləşdirməyə çalışsa, buna həm üzv dövlətlər, həm də Qərb kəskin reaksiya verəcək".


Üçüncü səbəbə gəlincə, E.Şahinoğlu dedi ki, imperiyanın bərpası bugünkü Rusiyanın imkanı xaricindədir. Rusiya iqtisadiyyatı zəif və kövrəkdir. İmperiyanı bərpa etmək üçün güclü ordunun varlığı azdır: “İqtisadi güc də olmalıdır ki, yeni imperiya möhkəm dayaqlar üzərində qurulsun. Rusiya prezidenti Vladimir Putin 16 ildir canlı yayında hər il vətəndaşların çoxsaylı suallarına cavab verir. Putinin 16 ildə bir suala cavabı eynidir: ”Vətəndaşların gəlir imkanları azdır, maaş və pensiyaların artırılması üzərində işləyirik". 16 ildir işləyirlər, ortada nəticə yoxdur. Moskva, Sankt-Peterburq və digər bir neçə şəhəri çıxmaq şərtilə, Rusiyada kasıb həyat tərzi hökm sürür. Bu cür imkanlarla imperiyanı və kiril əlifbasının bərpasını ancaq yuxularında görə bilərlər".

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL