Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Siyasi düşərgə üçün ən “soyuq” yay

Tarix:4-07-2017, 13:57 Baxış Sayı:169

Siyasi düşərgə üçün ən “soyuq” yay

Partiyaların planları cari işlərdən o tərəfə keçmir

Azərbaycanda seçki ilinin olmaması siyasi səhnədə durğunluğu bir qədər artırıb. Siyasət meydanı sanki boş qalıb. Bir zamanlar müxalifət partiyalarının şərti olaraq yaz, yay, payız, qış planları olurdu. İndi görünür ki, belə planlar varsa da ölkəmiqyaslı və ictimai rezonans yaradacaq səviyyədə ciddi deyil. Bir neçə müxalif partiya sədri və yetkilisinin “Yeni Müsavat”a bu barədə verdiyi açıqlamalardan da görünür ki, cari işlərdən o yana hansısa planlar nəzərdə tutulmur.


ADP sədrinin müavini Taliyət Əliyev qeyd etdi ki, yay aylarında ölkədə elə bir siyasi kampaniya və ya seçkilər olmadığından müxalifətin, o cümlədən ADP-nin hansısa proqram həyata keçirməsinə ehtiyac yoxdur: “Yay mövsümündə cəmiyyətin əksər sahələrində, o cümlədən siyasi həyatda da həmişə süstlük olub. Bu baxımdan, hansısa istisnalar olmasa, qarşıdakı yay aylarında da ölkənin siyasi həyatı mövsüm üçün xarakterik olacaq”.


Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli isə bildirdi ki, yay ayları üçün əsas rayon təşkilatlarında hesabat-seçki konfransları keçirilməsi olacaq: “Bir sıra rayon təşkilatlarımızın konfransları keçirilib, bəziləri hələ qalıb. Xüsusən də Bakı təşkilatları qalıb. Yay aylarında konfransları keçirib başa çatdırmaq nəzərdə tutulub. VHP-nin bu il payızda 25 ili tamam olur. 25 illiklə bağlı tədbirlərimiz olacaq. İlin sonuna kimi partiyanın qurultayının keçirilməsi də nəzərdə tutulur”.


VİP sədri Əli Əliyev bildirdi ki, hakimiyyət yay mövsümünün passivliyindən yararlanmağa çalışacaq. Lakin onun ehtimalına görə, bu yay aylarında durğunluq olmayacaq. İstisna olunmur ki, məhz durğun olacağı öncə görülən yayda növbədənkənar prezident seçkiləri kampaniyasına başlansın: “Seçki olmasa belə, siyasi qaynarlıq üçün digər faktorlar yetərlidir. Bütün hallara müxalifət də hazırlaşmalı, yarana biləcək istənilən hala adekvat olmağı bacarmalıdır”.


AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, AĞ Partiya olaraq yay aylarında istirahətə çəkilmək niyyətində deyillər:“Hər həftə partiyanın İdarə Heyətinin toplantılarını keçiririk və qarşıda duran məsələlərin həlli istiqamətində iş bölgüsü, fikir mübadiləsi, müzakirələr aparılır. Həmçinin hakimiyyətdaxili baş verən prosesləri analiz edirik və buna uyğun addımları müzakirə edirik. Yayda da bu olduğu kimi davam edəcək. Həmçinin ən əsası, yeni yaranmış partiya olaraq təşkilatlanmaya xüsusi yer və önəm ayırırıq. Hər iclasın əsas mövzularından biri də bu olur. Yəqin ki, siyasi cəhətdən passiv olan yay aylarında da əsas istiqamətlərimizdən biri bu olacaq. Çalışacağıq ki, sentyabra daha təşkilatlanmış və güclü şəkildə girək. Ümumən isə inkişaf tempimizdən razıyam. Əminəm ki, insanlar AĞ Partiyanın ideoloji xətti ilə tanış olduqca və hədəf və məqsədlərimiz barədə məlumatlandıqca, bizə tərəf yön dəyişəcəklər”.


Ümid Partiyasının sədr müavini Tamilla Qulami bildirdi ki, partiyanın 2017-2018-ci il yol xəritəsi planına uyğun olaraq təşkilatlanma davam etdiriləcək: “Qarşımızda olan yay ayı boyunca və gələn aylarda da rayon təşkilatlarımız konfranslar, regional müşavirələr keçirəcək”.


AMİP katibi Elşən Mustafayev isə dedi ki, yay ayları üçün görüləcək işlər var: “Ümumiyyətlə, bütün partiyalar, təşkilatlar, müxtəlif qurumlar normalda illik iş planı ilə fəaliyyət göstərməlidirlər. Kim buna nə şəkildə əməl edir, deyə bilmərəm. Amma bizdə hər il üçün maksimum imkanlar nəzərə alınmaqla iş planı tərtib olunur və il ərzində kiçik korrektələrlə bu plana uyğun fəaliyyət göstərilir. Əgər seçkilər və ya ölkəmiqyaslı böyük siyasi tədbirlər yoxdursa, hər hansı hadisə baş verməyibsə, adətən yay ayları durğun və aktiv olmayan fəaliyyətlə müşahidə olunur. Bu vaxtlar daha çox regionlarda olan təşkilatlarımızla işlər görülür. Bu il AMİP-in yaranmasının 25 illik yubileyidir. Bu vaxt iyul ayına təsadüf etdiyi üçün yay boyunca yubiley tədbirlərimizin olacağı gözlənilir”.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL