Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Müxalifət Lapşinə inanmamağa və ona cəza verilməsinə çağırdı

Tarix:4-07-2017, 08:59 Baxış Sayı:164

Müxalifət Lapşinə inanmamağa və ona cəza verilməsinə çağırdı

“Belə adamlara şərait yaradıb üzərinə öhdəlik qoymaq lazımdır ki, bundan sonrakı fəaliyyətlərini anti-Azərbaycan mövqeyində aparmasınlar”

Erməni işğalı altında olan Qarabağa qanunsuz səfər edən və Azərbaycanın bütövlüyünə qarşı çağırışlar səsləndirdiyi üçün Belarusda tutularaq ölkəmizə gətirilən blogger Aleksandr Lapşinin məhkəmə istintaqı başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində başlanan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə Aleksandr Lapşin özünü təqsirli bilmədiyini deyib.


Məhkəmə ona sərbəst ifadə verməsini təklif edib. Lakin A.Lapşin suallara cavab vermək istədiyini söyləyib. Dövlət ittihamçısının suallarını cavablandıran A.Lapşin blogger olduğunu, turist kimi iki dəfə Qarabağa səfər etdiyini deyib.


Dövlət ittihamçısının “işğal altında olan ərazilərin Azərbaycana məxsus olduğunu bilirdinizmi” sualına cavabında A.Lapşin “O ərazilər Azərbaycana məxsusdur” deyib: “Həmin ərazilərin Azərbaycana məxsus olduğunu internet vasitəsilə öyrənmişəm. Onda bildim ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Qarabağa gedəndə Azərbaycan tərəfinə heç bir müraciət etməmişəm. İşğal olunmuş ərazilərdə olarkən hoteldə qalmışam. Heç kimlə əlaqə saxlamamışam. Məni Qarabağda müşayiət edən qara saçlı şəxs idi. Orada olarkən Ermənistan tərəfinin rəhbər şəxslərindən heç kəslə görüşməmişəm. Səfərim barədə məqalələr yazmışam. Öz turistlik təəssüratlarımı yazmışam. Hər iki xalqa hörmətim var. Həmin videoları mən və digər şəxslər də çəkib. Özümün çəkmədiyim videolarda görüntülərdə varam. Həmin vaxt Georgi Artyonov və onun həyat yoldaşı Yuliya da yanımda olub. Mən yazılarımda Dağlıq Qarabağı coğrafi ərazi kimi göstərmişəm. Hər bir münaqişəli zonada xüsusi qeydlər etmişəm. Həmçinin bir çox ölkələrdə-Suriya, Əfqanıstan, Kosova, Qətər, Abxaziya, Osetiyada da olmuşam”.


Bir sıra müxalifət partiyaları Aleksandr Lapşinin məhkəmədə dediklərinin səmimi olmadığını və ona layiq olduğu cəzanın verilməsini bəyan edib.


“Yeni Müsavat”a açıqlamasında VİP sədri Əli Əliyev bildirdi ki, Lapşin məsələsi Dağlıq Qarabağ məsələsinə Azərbaycan rəsmi çevrələrinin beynəlxalq səviyyədə münasibətinin prinsipiallıq indikatorudur. Azərbaycanı təmsil edən şəxslər işğal olunmuş ərazilərə icazəsiz səfər edənlərə qarşı sərt olmalıdırlar. Dünya Qarabağ konfliktinə xalqların və hakimiyyətlərin davranışına rəğmən qiymət verir: “Lapşin məhkəmədə yalan danışır. O, Qarabağ ərazisini qarşı tərəfin sayaraq təbliğat aparıb. Azərbaycan hakimiyyətinin çağırışlarını iqnor edərək instaqram və digər sosial şəbəkələrdən qıcıqlandırıcı şəkillər və mətnlər paylaşırdı. Lapşinin əməlləri düz yerdə zühur etməyib. Onu bu işə həvəsləndirən şəxslər və maddi maraq olub. Bu günə qədər hakimiyyətin tövrünü kafi saymaq olar. Lapşinin ekstradisiyasına nail olmaq, məhkmənin qurulması, Lapşinin ailə üzvlərinin və özünün üzrxahlığı ümumi işimizin xeyrinədir. Fikrimcə, onu bağışlamaq olmaz. Mütləq cəza verilməlidir.

Image result for əli əliyev


Eyni zamanda bu siyasət Lapşinlə bitməməlidir. Təəssüf ki, bu mövqe bir sıra rusiyalı şou əhlinə tətbiq edilmir. Belə yanlışlar ümumi siyasətə və mövqeyə zərbə endirir. Heç kəsin şəxsi istəyi və ya şıltaqlığı milli maraqlardan üstün tutulmamalıdır. Nədənsə, praktikada bəzən belə olmur".


KXCP sədrinin müavini Xəzər Teyyublu isə dedi ki, Lapşinin bir tədqiqatçı jurnalist kimi Qarabağa səfəri təsadüf ola bilməz. Artıq 30 ilə yaxındır ki, Ermənistan öz ərazilərindəki rus hərbçiləri vasitəsilə Azərbaycanın Qarabağ hissəsini işğal edib. Bunu bütün dünya bildiyi halda özünü tanınmış blogger, jurnalist elan eləyən adamın bilməməsi mümkün deyildi. Ona görə də bu məsələdə Lapşinin indi dediklərində səmimiyyət yoxdur. İndiyə qədər bu cür təxribatçı səfərlər çox olub. Rusiyadan və digər yerlərdən musiqicilərdən tutmuş başqa sahələri təmsil edən erməni dostluğunda olanlar Azərbaycan dövlətindən icazəsiz səfərlər ediblər. Bu cür səfərlər ölkəmizin suveren hüquqlarının pozulması və beynəlxalq hüququn tapdalanmasıdır. Belə hallar yolverilməzdir və bu adamların vətəndaşlığı qeydiyyatda olduğu dövlətlərə nota verilməsindən tutmuş digər addımlar atılmalıdır. Bu, iqtidarın məsuliyyət məsələsidir. Lapşinin ifadələri məsələnin mahiyyətindən uzaqlaşmaq cəhdidir. Ona açılmış haqlı cinayət işinə uyğun da cəza kəsilməlidir".

Image result for Ümid Partiyası sədrinin müavini Tamilla Qulami


Ümid Partiyası sədrinin müavini Tamilla Qulami də dedi ki, konfliktlərlə məşğul olan və bloger kimi fəaliyyət göstərən Lapşinin Qarabağla, onun Azərbaycan ərazisi olmasıyla bağlı məlumatlara malik olmaması inandırıcı deyil: “Şübhəsiz ki, məlumatlara malik olub və bir qədər də tərəfkeşlik və yaxud da əlaqələri qismində Ermənistana isti münasibət bəsləyib. Amma bu gün Azərbaycan məhkəməsi qarşısında öz səhvini etiraf edib məlumatlı olmadığını deyirsə, biz onun sərt cəzalandırılmasının tərəfdarı deyilik. Əksinə, belə adamlara şərait yaradıb üzərinə öhdəlik qoymaq lazımdır ki, bundan sonrakı fəaliyyətlərini anti-Azərbaycan mövqeyində aparmasınlar və Qarabağın da Azərbaycan ərazisi kimi tanınmasında aktiv iştirak edib digərlərinə əsaslı informasiya versinlər”.

Image result for ADP sədrinin müavini Taliyət Əliyev


ADP sədrinin müavini Taliyət Əliyev də hesab edir ki, Lapşin ifadəsində səmimi deyil və barmaqlılqar arasında olan adam kimi, sadəcə, özünün günahsız olduğu təəssüratını yaratmağa çalışır: “Azərbaycanın sərhədlərini qanunusuz keçən, ölkənin ərazi bütövlüyü əleyhinə fəaliyyət göstərən heç bir şəxsə güzəşt olmamalıdır. O cümlədən Lapşin də Azərbaycan qanunlarını pozduğu üçün ona qanunun nəzərdə tutduğu cəza kəsilməlidir”.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL