Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

İlqar Məmmədov hökumətin onunla bağlı planlarından yazdı

Tarix:5-07-2017, 08:14 Baxış Sayı:206

İlqar Məmmədov hökumətin onunla bağlı planlarından yazdı

REAL sədri İlqar Məmmədov həbsxanadan məktub yazıb. Məktubda hökumətin və beynəlxalq təşkilatların onunla bağlı mümkün planlarından bəhs edilir. Məktubu təqdim edirik:

“2013-cü ildə həbs olunduqdan sonra hər il Azərbaycan məmurlarının əsas Avropalı həmkarları nəzakətlə məndən azadlığa çıxmaq müqabilində ölkədən bir dəfəlik köçüb getməyə razı olub olmayacağımı soruşurdular. Mən isə cavabında həmişə deyirdim ki, vətəndaş azadlıqları Avropa Şurası üzvlüyümüzün formal müdafiəsi altında olduğu müddətcə mən bu vasitələri əsas gətirərək onlardan istifadə edəcəyəm. Həqiqətən, Azərbaycan Avropa Şurasına üzv olmasaydı, mən siyasətdə başqa yol seçər və çox güman, azadlıqdan məhrumetmə cəzasından yayına bilərdim.
Beşinci “illik təklifi” rədd etdikdən sonra beynəlxalq təşkilatın nümayəndəsindən xoşagəlməz bir əhvalat eşitdim. Deyilənə görə, Avropa Parlamentinin Azərbaycandakı insan hüquqlarının vəziyyəti ilə bağlı 15 iyun 2017-ci il tarixində qəbul edəcəyi qətnamədən öncə hökumətyönümlü parlament üzvləri səsverməni gecikdirməyə, ən pis halda isə adımın qətnamədən çıxarılmasına çalışıblar. Bu da Avropa dövlətləri ilə Azərbaycan hakimiyyətinin mənim ölkədən birdəfəlik çıxarılmağımla bağlı razılığa gəldiyindən şübhələnməyimə əsas verir…

Görünür, indi düzəlsə də, ictimaiyyətə mart ayında məlumat verdiyim kəskin bel ağrılarım hər iki tərəfə sağlamlıq bəhanəsini uydurmağa kömək etdi. Hətta bundan sonrakı həyatımı davam edəcəyim ölkənin adı da məlum idi…
Xoşbəxtlikdən, fırıldaq baş tutmadı və qətnamə qəbul olundu. Lakin xoşagəlməz hiss hələ də qalmaqdadır. Əgər hansısa Avropa dövləti Avropa dəyərlərini və qanunlarını pozmaq bahasına belə olsa neft, qaz və geosiyasi maraqlarına görə mənim gələcəyimi təyin etməyə çalışırsa, bunu təcili dayandırmalıdır. Əks halda bu əsl qalmaqaldır.
Belə olduğu təqdirdə, Avropa Şurasının yerli müxaliflərin sistem tərəfindən digər üzv ölkələrə sürgün olunduğu SSRİ-dən nəyi üstündür?

P.S. 8 İyun Avropa Şurası Nazirlər Komitəsinin mənim işimlə əlaqədar 11-ci rüblük qərarında “müsbət irəliləyiş” olduğu qənaətinə gəlməsi, əslində, mənim ünvanıma səslənən rişxənd idi. Qanun layihəsini (Avropa Şurası Nazirlər Komitəsi sklerozdan əziyyət çəkənlər kimi bu qanunun məni azadlığa çıxaracağına inanır) Parlamentin əlavə sessiyasının son günündə təqdim etməklə bu rişxəndə cənab Əliyev də qoşuldu. Avropa Şurası Nazirlər Komitəsinin sentyabrdakı İnsan Hüquqları İclasından, 12-ci “xəbərdarlıqdan” sonra Parlament ən tez oktyabr-dekabrda plenar iclas üçün yenidən yığışacaq. Mәn qorxuram ki, hәbs müddәtim başa çatanadәk onlar bir-birini qıdıqlamaqdan öldürәcәklәr”.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL