Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Kimin namizədi bəllidir?
Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərində iştirakla bağlı artıq bəzi partiyalar namizədlərini elan etməkdədirlər. VİP-in Məclisi partiyanın sədri Əli Əliyevin prezidentliyə namizədliyini irəli sürmək qərarı verib. AG Partiyanın sədri Tural Abbaslı isə “Yeni Müsavat”a dünənki müsahibəsində 2018-ci il prezident seçkilərində namizədliyinin irəli sürüləcəyini açıqlayıb.
Müsavat Partiyası isə hələ 2014-cü ilin 27 sentyabrında keçirdiyi qurultayda İsa Qəmbərin 2018-ci il prezident seçkilərinə namizədliyini irəli sürmək qərarı verib.
Belə görünür ki, növbəti seçkilərdə müxalif düşərgə namizəd bolluğu yaşayacaq.
Digər tanınmış partiyaların namizədlərinin bəlli olub-olmadığını araşdırdıq.
KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, rəhbərlik etdiyi partiyada prezident seçkiləri və namizəd məsələsi hələ müzakirə olunmayıb: “Müzakirələr olacaq. Seçkidə iştirakla bağlı qərar verməyə partiyanın qurultayının və Ali Məclisinin də səlahiyyəti var”.
“İndiyə qədər prezidentliyə namizəd olmayan M.Mirəlioğlunun bu dəfəki seçkidə namizədliyinin irəli sürülməsi gözlənilirmi?” sualına KXCP sədri belə cavab verdi: “Seçkilərdə namizədliyimin irəli sürülməsi dəfələrlə müzakirə mövzusu olub. 2003-cü ildə, 2008-ci ildə namizədliyim irəli sürülüb, lakin özüm razı olmamışam. Hesab eləmişəm ki, silahdaşlarım bu məsələdə biraz tələsirlər və sair. Zaman da göstərib ki, mənim mövqeyim doğrudur. İnşallah gələn illərdə baxarıq. Vəziyyətdən asılı olaraq qərarımız olar”.

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, rəhbərlik etdiyi partiyanın prezident seçkilərində iştirakını və namizədini müəyyənləşdirməyi qurultay həll edir. Nizamnaməyə görə Ümid Partiyasının qurultayı gələn il keçirilməlidir: “Ona görə də biz seçkiyə siyasi partiya kimi hazırlaşırıq. Amma iştirak və namizədlə bağlı qərarı gələn il keçiriləcək qurultay verəcək. Qurultay nə qərar verəcəksə, ona uyğun hərəkət edəcəyik”.
İ.Ağazadə onu da dedi ki, müxalifətin problemi vahid namizəd və ya namizəd bolluğu məsələsi deyil. Müxalifətin problemi proseslərə düzgün yanaşılma və düzgün taktika aparılması sahəsindədir: “Çox namizəd də ola bilər, ələ-ələ verib demokratik seçki üçün çalışmaq olar. Vahid namizəd də olar, lakin hər kəs vahid namizədi ortada buraxar və yanlış taktika nəticəsində demokratik seçkiyə heç bir xeyir olmaz”.
AXP sədri Pənah Hüseyn hələlik seçkilərlə bağlı müzakirə aparmadıqlarını bildirdi:

“AXP-də prezident seçkiləri ilə bağlı heç bir müzakirə aparılmır. Hələlik bu seçkilər və orda iştirakımızla bağlı deyə biləcəyimiz bir şey yoxdur. Əgər yaxın gələcəkdə dəyişən nə isə olarsa, o zaman bu barədə media vasitəsi ilə ictimaiyyətə məlumat verəcəyik. Hansısa partiyaların indi namizədlərini irəli sürməsinə gəlincə, hər bir partiyanın özünün taktikası var”.
ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, namizədliyin indidən irəli sürülməsinin tərəfdarı deyil: “Məncə indiki vəziyyətdə namizədliyin irəli sürülməsinin hələ vaxtı deyil. Vəziyyət getdikcə pisləşir. Biz bunun hayına qalmalıyıq ki, necə edək ki, Azərbaycan İraqın, Yəmənin, qeyri-sabitlik hökm sürən bu cür ölkələrin gününə düşməsin. Prezidentliyə namizədliyi seçki kampaniyası başlayanda da vermək olar. Çünki o zaman situasiya aydın olacaq və bu situasiyaya uyğun da namizədliyi irəli sürmək və ya sürməmək olar. Ona görə də biz seçkidə namizədliyimizlə bağlı indidən qərar vermək istəmirik. Gözləyəcəyik görək hadisələr necə inkişaf edir. Atacağımız addımlar iqtidarın davranışından da asılı olacaq. Çünki iqtidarla müxalifət vəhdət təşkil eləyən gücdür”.
S.Cəlaloğlu hesab edir ki, müxalifətin vahid namizədlə seçkiyə getməsi bugünkü vəziyyətdən yanaşdıqda mümkün görünmür. Bunun da bir sıra səbəbləri var. Kim ki, vahid namizəd olmaq istəyir gərək vahid namizəd psixologiyasına malik olsun, hər kəsə eyni yanaşsın, öz partiyası ilə digərlərinin arasında fərq qoymasın. Azərbaycanda müxalifətin vahid namizədi olmaq istəyən şəxslərin isə nə davranışları, nə düşüncələri, nə xarakterləri onların vahid namizəd olmasına imkan vermir.