Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

ABŞ həm “qaçan”ın, həm də “qovan”ın yanındadır

Tarix:13-07-2017, 10:08 Baxış Sayı:168

ABŞ həm “qaçan”ın, həm də “qovan”ın yanındadır

Vaşinqton və Doha arasında son anlaşma ərəb ölkələrini məmnun etmir

Qətər ətrafında gərginliyin davam etdiyi bir vaxtda Türkiyə ordusu bu ölkədəki hərbi bazasına növbəti dəfə hərbçi göndərib. Ötən gün “Birinci ordu”ya məxsus 45 xüsusi təyinatlı hərbçi Qətər gəlib və bununla da Qətərdəki Türkiyə hərbçilərinin sayı 150 nəfərdən çox olub. İyulun 16-19-da isə Qətərə daha 25 nəfərdən ibarət artilleriya heyəti gedəcək. Bundan sonra isə iki ölkənin birgə hərbi təlimləri başlayacaq.


Xatırladaq ki, 2014-cü ilin sonunda imzalanmış Qətər-Türkiyə anlaşması bu ilin iyun ayında Türkiyə parlamenti tərəfindən təsdiqlənib və bundan sonra Türkiyə hərbçilərinin Qətərə göndərilməsi başlayıb. Bütün bunlar Qətər ətrafında böhranın başladığı günlərlə eyni vaxta təsadüf edib. İyunun əvvəlində 4 ərəb ölkəsi - Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətəri terrorizmi maliyyələşdirməkdə ittiham edərək Doha ilə diplomatik əlaqələri dayandırıb. Bundan sonra Qətərə yerinə yetirməsi üçün 13 təklif göndərilib, ancaq rəsmi Doha tələbləri qəbul etməyib.


İki gün əvvəl isə ABŞ dövlət katibi Reks Tillerson Dohaya səfər edib. Səfər çərçivəsində ABŞ və Qətər hökumətləri arasında “terrorla mübarizə və terrorun maliyyələşdirilməsinin qarşısının alınması” haqqında anlaşma imzalanıb. Anlaşma nəticəsində iki ölkə Qətərin terrorla mübarizəsinə dəstək verilməsi və terrora maliyyə dəstəyi verilməsi ilə bağlı problemləri aradan qaldırmaq üçün birgə hərəkət edəcəklər.


Qeyd edək ki, 4 ərəb ölkəsinin Qətərə qarşı əsas ittihamları məhz terroru maliyyələşdirməklə bağlıdır. Adları yuxarıda qeyd olunan ərəb ölkələri isə ABŞ və Qətər arasında imzalanmış anlaşmanın “yetərli olmadığı” ilə bağlı birgə açıqlama yayıb. Bu səbəbdən də Qətərə qarşı embarqo davam edəcək. Ancaq eyni zamanda ərəb dövlətləri ABŞ-ın Qətər böhranını aradan qaldırmaqla bağlı addımlarını təqdir ediblər. Qətər hökuməti isə anlaşmanın Qətər böhranı ilə bağlı olmadığını bildirib.


Yeri gəlmişkən, bu gün Qətərə embarqo tətbiq edən 4 ərəb ölkəsi - Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn xarici işlər nazirləri Səudiyyə Ərəbistanının Ciddə şəhərində bir araya gələcək. Məsələ ondadır ki, Qətər böhranı əslində ABŞ-ın, daha dəqiqi, prezident Donald Trampın xeyir-duası ilə başlayıb. Mayın 21-də Səudiyyə Ərəbistanına səfər edən ABŞ prezidenti müsəlman ölkələri ilə toplantıdan bir neçə gün sonra 4 ərəb ölkəsi Qətərə qarşı məlum bəyanatla çıxış ediblər. Daha sonra ABŞ prezidenti özü də Qətəri ittiham edən açıqlama verdi.


Bununla da məlum oldu ki, ABŞ prezidenti əslində bu prosesin içərisindədir. Lakin eyni zamanda prezidentdən fərqli olaraq Dövlət Departamenti daha yumşaq bəyanat verdi. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə ümumiyyətlə, Qətəri müdafiə etdi. Məlum olduğu kimi, hazırda ABŞ-ın körfəz regionunda ən böyük hərbi hava bazalarından biri Qətərdə yerləşir. 13 min hərbçinin olduğu baza İraq və Suriyada İŞİD-ə qarşı mübarizənin əsas mərkəzi hesab olunur. Pentaqon bəyan etdi ki, bazanın bağlanması İŞİD-ə qarşı əməliyyatlara mənfi təsir edə bilər.


Bu prosesdə Qətər rəhbərliyi Vaşinqtonda ciddi diplomatik fəaliyyət yürütdü, ABŞ-dan 12 milyardlıq silah alınması haqda müqavilə imzaladı. Bununla da Doha müəyyən qədər Vaşinqtonu neytrallaşdırmağa nail oldu. İndi isə Amerika Qətərlə anlaşma imzalamaqla yaranmış gərginliyi yumşaltmağa çalışır. Görünür, Tillersonun Doha səfəri zamanı bu mövzu müzakirə olunub və Vaşinqton Qətərdən müəyyən vədlər alıb. Bu anlaşma Dohanı Vaşinqton təhlükəsindən sığortalayır.


Məsələ ondadır ki, ABŞ hökuməti bu böhranın daha da dərinləşməsində maraqlı deyil. Aydın məsələdir ki, Qətər “ərəb baharı” prosesində bir sıra ölkələrdə, o cümlədən Liviya, Misir, Suriya kimi ölkələrdə silahlı üsyançı qrupları maliyyələşdirib və indi də maliyyələşdirməkdə davam edir. Eyni zamanda körfəzdə bir sıra ərəb ölkələrinin hakim ailələrinin gizli şəkildə İŞİD-i maliyyələşdirdiyi də məlumdur. Ancaq Qətər hökumətinin silahlı qrupları dəstəkləməsi tamamilə açıq olub. Son illərdə Qətərin digər ərəb ölkələri ilə ideoloji-siyasi fikir ayrılığı dərinləşib və apardığı müstəqil siyasət körfəz ölkələrini qıcıqlandırıb. Bu səbəbdən, ona qarşı kəskin mövqe ortaya qoydular. Vaşinqtonla sözügedən anlaşma Qətəri xarici müdaxilə təhdidindən sığortalayır və yaranmış böhranın aradan qaldırılması prosesini sürətləndirəcək. Bu anlaşma Dohanı müəyyən qədər Vaşinqtonun təsiri altına alır. Anlaşma çərçivəsində Doha Vaşinqtonla məlumat mübadiləsi aparacaq və fəaliyyətlərini ABŞ-la koordinasiya edəcək. Bu vəziyyət Vaşinqtonu məmnun etsə də, körfəz ölkələrini razı salmır, çünki faktiki olaraq Qətər heç bir tələbi yerinə yetirmədi.


Eyni zamanda Türkiyə ilk gündən olduğu kimi, Dohanı dəstəkləməkdə davam edir. Artıq Ankara Dohaya hava koridoru da açıb. Üstəlik, ora əsgər göndərməklə Qətərin təhlükəsizliyini faktiki olaraq təminat altına alıb. Bu hadisə bir tərəfdən Türkiyəyə Qətər kimi bir müttəfiq qazandırmaqla yanaşı, ən azından 4 düşmən ölkə qazandırıb. Bu isə Yaxın Şərqə acılımı siyasi hədəf elan edən Ankara üçün ciddi riskdir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL