Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Milli Şura benzinin qiymətinin artırılmasına etiraz edir

Tarix:18-07-2017, 17:59 Baxış Sayı:214

Milli Şura benzinin qiymətinin artırılmasına etiraz edir

“Milli Şura hökumətin antixalq qərarını qətiyyətlə pisləyir və onun milyonlarla insanın həyatında özünü göstərəcək ağır nəticələrini aradan qaldırmaq üçün təcili, müvafiq tədbirlər görülməsini tələb edir”. Bu barədə Milli Şuranın hökumətin benzinin qiymətini artırması ilə bağlı qərarına etiraz bəyanatında deyilir.

Milli Şura xalqa çağırış edir ki, özünə qarşı hökumətin belə saymazyana davranışına laqeyd qalmasın, kütləvi, lakin dinc və ardıcıl mübarizə ilə taleyinə sahib çıxmaq barədə düşünsün.

“İstənilən hökumət xalqın qətiyyətli tələbləri qarşısında geri çəkilməyə məcburdur”, sənəddə deyilir.

İyulun 14-də Azərbaycan Tarif Şurasının qərarı ilə Aİ 92 markalı benzinin 1 litrinin qiyməti 70 qəpikdən 90 qəpiyə qaldırılıb.

Bəyanatda deyilir ki, İlham Əliyev və komandasının yarıtmaz fəaliyyəti, korrupsiyanı dövlət siyasətinə çevirməsi milyonlarla azərbaycanlının həyat səviyyəsini daha da ağırlaşdırmaqla nəticələnir.

“Sadəcə İlham Əliyev hökuməti dünya bazarında neftin nisbətən ucuzlaşması ilə ölkə iqtisadiyyatında yaranan çöküşün əvəzini xalqın cibindən çıxarmaq istəyir. Düzgün iqtisadi siyasət qura bilməyən, ölkəni neftdən asılı vəziyyətə salan, korrupsiya və monopoliya ilə bütün mümkün iqtisadi təşəbbüsləri boğan İlham Əliyev hökuməti uzun illər ərzində neftdən gələn gəlirləri də israfçılıqla dağıdaraq, hazırkı acınacaqlı vəziyyətə səbəb olub”.

Milli Şura hesab edir ki, ölkənin gəlirləri lüzumsuz əyləncələrə, idman yarışlarına sərf olunur.

“Dövlət neft şirkəti – SOCAR pis idarəçilikdən əziyyət çəkir. Şirkətdəki nəhəng korrupsiya əməliyyatları milyardlarla neft pullarını yoxa çıxarıb. Şirkətin gəlirləri düzgün idarə edilmədiyi və qorunmadığı üçün SOCAR-ın özü hazırda müflis həddinə çatıb”.

Milli Şura hesab edir ki, benzinin qiymətinin artırılması ölkədə növbəti total bahalaşmaya səbəb olacaq.

“Bu qiymət artımının ardınca bütün yerli istehsal mallarının, nəqliyyat xərclərinin bahalaşması qaçılmazdır. Artıq yeni bahalaşma dalğası özünü bəzi xidmətlərin və məhsulların, o cümlədən ət və dərmanların qiymətində göstərir”, sənəddə qeyd edilir.

Öz növbəsində, Azərbaycan hökuməti benzinin qiymətinin artırılmasının digər mal və xidmətlərin qiymətlərinin bahalaşmasına səbəb olmadığını bildirir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL