29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Cəmil Həsənli
Dünən Faiq Əmirliyə hökm oxundu. Onu 3 il 3 ay azadlıqdan məhrum etdilər. Səbail rayon məhkəməsinin gənc hakimi Aytən Əliyeva oxudu bu hökmü. Bir neçə il sonra Avropa İnsan haqları Məhkəməsi bu hökmün cəriməsini Azərbaycan dövlətinə kəsəcək.
Bütün siyasi işlərdə olduğu kimi xalqın cibi hesabına formalaşan büdcə vəsaitindən Aytən Əliyevanın ədalətsiz hökmünün cəriməsi ödənəcək. Aytən hakimə gənc olmasına baxmayaraq siyasi işlərdə xeyli təcrübə toplayıb. Bir neçə il öncə Xədicə İsmayıl haqqında həbs qəti imkan tədbirinin seçilməsi qərarını oxumuşdu. Bu yaxınlarda Mehman Hüseynovun işgəncə ilə bağlı şikayətini kəmali əzmkarlıqla rədd eləmişdi. İndi də məhkəmə araşdırması zamanı heç bir “cinayəti” sübuta yeirilməyən, əksinə məhkəmənin gedişində hakimiyyətin ifşası ilə nəticələn bir prosesdə elə həmin Aytən Əliyeva ötən ilin bu vaxtlarında DİN və Baş prokurorluq tərəfində Fətulla Gülən icmasının imamı elan edilən Faiq Əmirliyə 3 il 3 ay cəza kəsdi. Bünövrəsindən düzülüb qoşulan, yalan üzərində qurulan, vətəndaşı törətmədiyi əmələ görə cəzaya məhkum edən DİN, prokurorluq və məhkəmə orqanları arasında cərəyan edən qapalı bir cinayət şəbəkəsi formalaşıb. Tam əminliklə demək olar ki, ölkənin qanunu qorumalı, ədaləti bərqərar etməli olan orqanları konstitusyon nəzarətdən çıxıb, cinayət yuvasına çevrilib.
2011-ci ildən başlayaraq Faiq Əmirli “Azadlıq” qəzetinin yayım direktoru olub. Burada direktor sözü bir az təmtəraqlı səslənir. Əslində, Faiq qəzetin fəhləsi olub, “Azadlıq”ın bütün texniki, yayım ağırlığı onun çiyinlərində olub. Faiqə oxunan hökm “Azadlıq”a oxunan hökmdür. Faiq uzun illər ərzində AXCP sədri Əli Kərimlinin köməkçisi olub. Mərhəmətli orqanlarımız həbsindən əvvəl ona bu işdən çəkinməyi təklif etdilər. Faiq imtina etdi. Ona oxunan hökm AXCP-yə qarşı aparılan təqib kampaniyasının tərkib hissəsidir. Faiq namuslu adamdır. Dolanışıq imkanları məhdud olduğu üçün evin sata-sata şəhər kənarına çıxıb körpə balaları üçün kiçik bir daldanacaqda bənd almışdı. Zamanın sınağından çıxan əzmini və iradəsini də namuslu mövqeyi ilə cilalamışdı. Faiqə oxunun hökm ölkənin bütün namuslu adamlarının təhqir edilməsidir.
Faiq mətbuat işçisi idi, hökmü də mətbuat şadyanalığı günlərində oxundu. Ölkənin ziyalı adına iddialı olan bircə nəfərinin də bu ədalətsiz, yalan üzərində qurulmuş hökmlə bağlı səsi çıxmadı. Əksinə, Şurayi Mətbuat tərəfindən ölkədə azad mətbuatın, azad sözün axırına çıxmış İlham Əliyeva “Mətbuatın dostu” mükafatı verildi. Bir el misalında deyildiyi kimi, dostunu mənə göstər, kim olduğunu deyim.
Ölkədə vətəndaşın bir saxta işlə həbsə alınıb, ayrı bir saxta işlə cəza alması adi hala çevrilib. Faiqlə bağlı da belə oldu. Bir il öncə Faiqi Fətulla Gülənin hizmət imamı adı altında həbs etdilər. Bu gurultulu həbslə bağlı DİN və Baş prokurorluğun ictimaiyyətə açıqlamaları oldu. Söhbət adamları ağır cinayətdə, ölkənin konstitusiya quruluşunu zor gücünə dəyişməyə cəhddə ittiham etməkdən gedirdi. Faiq 10 ay bu saxta ittiham altında saxlanılıb. Son nəticədə yayım direktoru vəzifəsinə başlamazadan 10 il əvvəl ödənlimiş 2 manatlıq sənəd itkisi, 4 qəpiklik vergi öhdəliyi olan bir elanına görə 3 il 3 ay iş alıb. Bəs Gülünçilik harda qaldı, hizmət imamı moizələri, oxunan xütbələr, maşının yük yerinə qoyulan kitablar hara getdi? Vətəndaşa atılan bu böhtanın, quraşdırılan saxta cinayət işinin cəzasını kim çəkməlidir?
1937-nin Stalin repressiyaları dövründə insanlara saxta cinayət işləri quraşdırmış, işgəncələr hesabına təsdiqləyici ifadələr almış, istintaq prosesində qeyri-insanı əməllərə yol vermiş, saxta cinayət işlərinə dövlət adından qanunsuz hökmlər çıxarmış hüquq mühafizə orqanları, ədliyyə işçilərinin böyük əksəriyyəti öz cəzalarını aldılar. İlham Əliyevin repressiya şəbəkəsinin üzvlərini də eyni aqibət gözləyir.